Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-385/2024 13.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “əri X2 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, əri 30 oktyabr 1969-cu il təvəllüdlü X2 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X4 30 oktyabr 1969-cu ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş, 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində vəfat etmişdir. X1 rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda əri Mirsahab Aslanova ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinin 13 fevral 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum əri X2 ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, 14 mart 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək mülki işin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, odur ki, işə iştirakları olmadan baxılaraq qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, əri X4 30 oktyabr 1969-cu ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş, 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində vəfat etmişdir. X1 rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda əri Mirsahab Aslanova ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinin 13 fevral 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum əri X2 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin əri X4 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində vəfat etmiş, ünvan 3 dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X2 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində vəfat etməsini və ünvan 3 dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X4 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində yaşadığı evdə vəfat etmişdir. O, qonşu olaraq mərhumun dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X2 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində vəfat etməsini və ünvan 3 dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 13 fevral 2024-cü il tarixli 313 nömrəli məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Yevlax Rayon İcra Hakimiyyəti başçısının Malbinəsi kənd soveti tərəfindən 01 yanvar 1994-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənməmiş fotosurətindən görünür ki, X4 ilə X3 arasında nikah 01 yanvar 1994-cü il tarixdə 01 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə - Aslanov, arvada – Aslanova soyadları verilmişdir. İş materiallarında olan: X2 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X2 30 oktyabr 1969-cu ildə doğulduğu və xx.xx.2024-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Yevlax şəhəri bölməsinin 24 aprel 2024-cü il tarixli 138 nömrəli arayışdan görünür ki, X4 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhəri, Yeni qəsəbə, 8/33 ünvanında ailə üzvlərinin yanında vəfat etmiş, ünvan 3 dəfn olunmuşdur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 30 oktyabr 1969-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş X4 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində vəfat etmiş, ünvan 3 dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 30 oktyabr 1969-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş X2 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 30 oktyabr 1969-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş X2 20 yanvar 2024-cü il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-385/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-385/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver