Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-406/2025 17.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış uşaqlara alimentin ödənilməsinə dair 22 yanvar 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından 13 may 2012-ci ildə X5 və 29 may 2013-cü ildə X9 adlı iki uşaqları doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(045)-631/2019 saylı qətnaməsi ilə 06 iyun 2011ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 sayla qeydə alınmış nikah akt qeydi pozulmuş və boşanmadan sonra uşaqları- 13 may 2012-ci ildə doğulmuş X5 və 29 may 2013-cü ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək anaları X4 yanında saxlanmaları qət edilmişdir. Tərəflər arasında bağlanmış və mediator X8 tərəfindən tərtib olunmuş 22 yanvar 2025-ci il tarixli MŞG/MT/032-2025-00033 nömrəli barışıq sazişinə əsasən tərəflər övladlarına alimentin təyin olunması barədə razılığa gəlmiş, ata Maraqlı şəxs övladları- 13 may 2012-ci ildə X5 və 29 may 2013-cü ildə X1 üçün 24 yanvar 2025-ci il tarixdən etibarən hər ay hər uşağa görə 50 (əlli) manat, iki uşağa görə cəmi 100 (yüz) manat aylıq alimentin ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh Maraqlı şəxs “Barışıq sazişi”nin tələblərini pozaraq yerinə yetirməkdən imtina edir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyindən, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi 17 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə verərək, məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 17 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə verərək, barışıq sazisinin təsdiq edilməsinə razı olduğunu, məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş AZ-İİ № 837566 nömrəli doğum haqqında arayışdan görünür ki, X5 13 may 2012-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- X6r. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş AZ-İİİ № 105201 nömrəli doğum haqqında arayışdan görünür ki, X9 24 may 2013-cü ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- X6r. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(045)-631/2019 saylı qətnaməsinin surətindən görünür ki, 06 iyun 2011-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyində 04 sayla qeydə alınmış nikah akt qeydi pozulmuş və boşanmadan sonra uşaqları- 13 may 2012-ci ildə doğulmuş X5 və 29 may 2013-cü ildə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək anaları X4 yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X8 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 22 yanvar 2025-ci il tarixli MŞG/MT/032-2025-00033 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs övladları- 13 may 2012-ci ildə X5 və 29 may 2013-cü ildə X1 üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, iki uşaq üçün cəmi 100 (yüz) manat alimentin 24 yanvar 2025-ci il tarixindən başlayaraq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X3 iştirakı ilə tərtib edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 22 yanvar 2025-ci il tarixli MŞG/MT/032-2025-00033 nömrəli barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahından 13 may 2012-ci ildə doğulmuş X2 və 29 may 2013-cü ildə X1 üçün ata Maraqlı şəxs hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 22 yanvar 2025-ci il tarixli MŞG/MT/032-2025-00033 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 24 yanvar 2025-ci il tarixdən-barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 22 yanvar 2025-ci il tarixli MŞG/MT/032-2025-00033 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Tərəflər arasında bağlanmış 22 yanvar 2025-ci il tarixli MŞG/MT/032-2025-00033 nömrəli barışıq sazişi icra edilməsi üçün, 24 yanvar 2025-ci il tarixdən hesablanmaqla, 13 may 2012-ci ildə doğulmuş X5 və 29 may 2013-cü ildə X1 üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, iki uşaq üçün cəmi 100 (yüz) manat sabit pul məbləğində aylıq aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə elektron qaydada daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-406/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-406/2025
17.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver