Məhkəmə qərarları › İş №2(040)-52/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-52/2025

09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-52/2025 09.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6815 (altı min səkkiz yüz on beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli, 2720 nömrəli sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə medalı ilə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. Eyni zamanda, müharibədə ağır yaralanaraq xəsarət aldığı üçün müharibə veteranıdır. Müharibədə yaralandıqdan sonra təxris olunmuş ve Ağdaş şəhəri ərazisində icarə əsasında mağaza işlədərək təlabatını ödəyir. Cavabdeh 3 ilə yaxın bir müddətdir ki, tanımışdır. Cavabdeh 23 sentyabr 2024-cü il tarixdə ona pul lazım olduğunu bildirmişdir. Uzun müddətdir onu tanıdığı üçün ona 6815 manat borc pul vermişdir. Bundan sonra cavabdeh öz əl yazısı ilə yazaraq ona 6815 (altı min səkkiz yüz on beş) manat borcu olduğunu bildirmiş və həmin borcu 27 sentyabr 2024-cü il tarixdə saat 18:00-da qaytaracağını demişdir. Cavabdehin qeyd etdiyi vaxt gəlib çatanda ondan borcunu qaytarmasını tələb etsə də, o qısa müddətə qaytaracağını demiş, cavabdehin yaşadığı ünvana gedərək pulu ödəməsini tələb etsə də müxtəlif bəhanələr gətirərək pulu ödəməmişdir. Cavabdeh ondan aldığı pul vəsaitini qısa müddət ərzində ödəyəcəyini bildirir, lakin verdiyi vədlǝrǝ əməl etməmişdir. O, düşünür ki, cavabdeh ümumiyyətlə həmin pulu qaytarmaq fikrində deyildir. Buna görə də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə hazırlıq iclası 21 noyabr 2024-cü il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 12 dekabr 2024-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 09 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq 23 sentyabr 2024-cü il tarixdə Ağdaş şəhərində 6815 (altı min səkkiz yüz on beş) manat pul vermişdir. Pulu verməsinə dair Cavabdeh şəxsən qəbz də yazdırmışdır. Bununla bağlı şahidi də vardır. Cavabdeh pulu aldıqdan sonra borcundan heç bir məbləğ qaytarmamışdır. Hazırda Cavabdeh ona 6815 (altı min səkkiz yüz on beş) manat borcu qalmışdır. Ona görə də Cavabdeh 6815 (altı min səkkiz yüz on beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, onunla heç bir qohumluq münasibəti yoxdur. İddiaçı Ağdaş şəhərində mağaza işlədir, o da həmin mağazanın yanında çay evi işlədir. Rustam çay sifariş etmiş, o da Rustamın mağazasına çay aparmışdır. Səbuhini şəxsən tanımır, yalnız üzdən tanıyır. Həmin vaxt Rustamın Səbuhiyə dəftər vərəqinə oxşar kağızda qəbz yazdırdığını görmüşdür. Amma həmin vaxt onlardan heç nə soruşmadan çayı qoyub getmişdir. Sonradan Rustamla söhbət əsnasında Səbuhinin Rustamdan borca pul aldığını, pulu almasına dair Səbuhiyə həmin qəbzi yazdırdığını öyrənmişdir. Bu sadaladıqları 2024-cü ilin sentyabr ayında baş vermişdir. O, Cavabdeh İddiaçı pul borclu olduğunu və məhkəməyə təqdim edilmiş qəbzin Cavabdeh tərəfindən yazıldığını təsdiq edir. İş materiallarında olan: Cavabdeh adından yazılan qəbzdə qeyd edilmişdir ki, “Gəncə şəhəri, yeni qəsəbə, bina 23, mənzil 22-də yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə Ağdaş sakini X1 6815 manat almışam. xx.xx.2024-cü il saat 18:00-da pulu qaytaracağıma söz verirəm.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 6815 (altı min səkkiz yüz on beş) manat borcunun olduğu təsdiq olunmuşdur. Belə olan halda, Cavabdeh 6815 (altı min səkkiz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6815 (altı min səkkiz yüz on beş) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar