Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-530/2024 04.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 1500 ailəlik qəsəbədə məskunlaşıb yaşayır. Cavabdeh ilə 2006-cı ildən nikaha daxil olmaqla ailəli olmuşdur. O, ailə həyatı quran zaman onun yaxın qohumları ona qızıl-zinət əşyaları hədiyyə etmişlər. Keçmiş həyat yoldaşı olan cavabdeh onlar bir yerdə yaşayan vaxt onu aldadaraq onun adına 11 aprel 2022-ci il tarixdə "xxxx" MMC-dən 3140 (üç min yüz qırx) manat, 10 oktyabr 2022-ci il tarixdə isə "xxxx" ASC-nin Gəncə filialından 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində kredit götürmüşdür. Onlar krediti götürən vaxt ona məxsus 30000 manat dəyərində qızılları girov qoymuşlar. Onlar krediti götürən vaxtdan sonra bir müddət cavabdeh hər ay vaxtında ödəniş etsə də, sonradan onların ailəsində narazılıq yaranmış, keçmiş həyat yoldaşı olan cavabdeh krediti ödəməmiş və onun bundan xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, "xxxx" ASC ona məxsus qızılları sataraq 4110 (dörd min yüz on) manat kredit borcuna çıxmışlar. Eyni zamanda da "xxxx" MMC-dən 3140 (üç min yüz qırx) manat götürdüyü kreditə görə də ona məxsus qızıllar satılaraq kredit borcu bağlanmışdır (İddia maddi hüquq norması olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi ilə əsaslandırılmışdır). Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2770/2016 saylı 30 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahları pozulan vaxt iddiaçı heç bir pul, əmlak tələbi irəli sürməmiş, yeddi il ərzində heç bir tələbi olmamışdır. Bu illər ərzində iddiaçının ondan ancaq aliment tələbi olmuşdur. İddiaçı Kəlbəcər Rayon Məhkəməsində ona qarşı qızıl-zinət tələbinə dair iddia qaldırmış, lakin iddiası əsassız olduğundan rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Kəlbəcər Rayon Məhkəməsinin qızıl tələbinə dair hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Lakin iddiaçı yenə də ondan əl çəkmir, heç bir əsası, sübutu olmadan əsassız olaraq ona qarşı tələblər irəli sürür. Onlar 2016-cı ildən rəsmi olaraq ayrılmışlar. Onlar ayrıldıqdan sonra İddiaçı götürdüyü kreditin ona heç bir aidiyyəti yoxdur, birgə nikah dövründə götürülməyən kreditə görə öhdəliyi yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə rəsmi olaraq 2016-cı ildə ayrılsalar da, onlar 2022-ci ilədək faktiki olaraq bir yerdə yaşamışlar. Onlar bir yerdə yaşayan vaxt cavabdeh onu aldadaraq onun adına 11 aprel 2022-ci il tarixdə "xxxx" MMC-dən 3140 (üç min yüz qırx) manat, 10 oktyabr 2022-ci il tarixdə isə "xxxx" ASC-nin Gəncə filialından 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində kredit götürmüşdür. Onlar krediti götürən vaxt ona məxsus qızılları girov qoymuşlar. Onlar krediti götürəndən bir müddət vaxtadək cavabdeh hər ay vaxtında ödəniş etsə də sonradan onların ailəsində narazılıq yaranmışdır. Keçmiş həyat yoldaşı bundan sonra krediti ödəməmiş və onun bundan xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, "xxxx" ASC ona məxsus qızılları sataraq 4110 (dörd min yüz on) manat kredit borcuna çıxmışlar. Eyni zamanda da, "xxxx" MMC-dən 3140 (üç min yüz qırx) manat götürdüyü kreditə görə də ona məxsus qızıllar satılaraq kredit borcu bağlanmışdır. Cavabdehlə bir ailə kimi yaşamasını və onun adına götürülən krediti cavabdehə verməsini təsdiq edə biləcək şahidləri də vardır. Hazırda cavabdehdən 7250 (yeddi min iki yüz əlli) manat pulun alınıb ona verilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 18 iyun 2007-ci ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuş və Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli 2(040-2770/2016 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, bundan sonra iddiaçı ilə münasibətləri kəsilmişdir; onlar yalnız uşaqlarına görə görüşmüşlər. İddiaçı götürmüş olduğu krediti özü imzalamaqla öz adına götürmüş və onun bundan xəbəri olmamışdır; onun iddiaçının götürdüyü kreditlərə heç bir aidiyyəti olmamışdır. Nikahları pozulan vaxtdan sonra yeddi il ərzində iddiaçının ondan alimentdən başqa heç bir tələbi olmamışdır. İddiaçının ona qarşı irəli sürdüyü iddia yalandan ibarətdir, tam əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında könüllü dindirilən X4 (iddiaçının dayısı) ifadəsində bildirmişdir ki, onun bacısının qızı olan İddiaçı ilə Cavabdeh nikahları 2016-cı ildə rəsmi qaydada pozulsa da, tərəflər 2022-ci ilədək birlikdə yaşamışlar; 2017-ci ildə Eldar tikintidə işlədiyinə ailə birlikdə Bakı şəhərinə getmişdir. 2021-ci ildə onun və iddiaçının qardaşının toyu olanda Eldarla Sadəgül ailəvi olaraq birlikdə həmin toyda iştirak etmişlər. Onun tərəflərlə çox yaxın əlaqələri olmuş, birlikdə gəzmişlər, bir-birinə qonaq gedib-gəlmişlər. Sadəgül qızılları lombarda qoyanda, o, Sadəgülə demişdir ki, “öz adına kredit götürmə, niyə sənin adına kredit götürülür ki?”, Sadəgül də həmin vaxt ona bildirmişdir ki, Eldarın şəxsiyyət vəsiqəsi yoxdur, ona görə də, o, krediti öz adına götürür. Şahid qismində məhkəmə iclasında könüllü dindirilən X2 (iddiaçının qardaşı) ifadəsində bildirmişdir ki, bacısı Sadəgüllə Cavabdeh nikahları 2016-cı ildə rəsmi qaydada pozulsa da, tərəflər 2022-ci ilədək bir yerdə yaşamışlar. Əslində tərəflərin nikahı formal olaraq pozulmuş, 2022-ci ildə aralarında narazılıq yarandığından faktiki olaraq ayrılmışlar. Bacısı Sadəgül qızıllarını lombarda qoyaraq kredit götürmüş, kredit alınarkən o da lombardda Sadəgül və Eldarla birlikdə olmuş, Sadəgül lombardın kassasından krediti alan kimi həmin yerdəcə dərhal bütün pulları onun yanında Eldara vermiş, lakin o, alınan kreditin məbləğinin nə qədər olduğunu bilməmişdir. Şahid qismində məhkəmə iclasında könüllü dindirilən X3 (tərəflərin birgə nikahdan olan övladıdır, yetkinlik yaşına çatmamışdır və hal-hazırda iddiaçının-anasının yanında yaşayır) ifadəsində bildirmişdir ki, atası ilə anası 2016-cı ildə rəsmi olaraq ayrılsalar da, faktiki olaraq 2023-cü ilin yanvar ayınadək birlikdə yaşamışlar. Onlar anasının qızıllarını lombarda qoyaraq pul götürmüşlər. Həmin vaxt o və kiçik qardaşı da avtomobildə olmuşlar. Həmin pulu anası Sadəgül avtomobildə olarkən onun yanında atası Eldara vermişdir. İş materiallarında olan: 10 oktyabr 2022-ci il tarixli “800805-375964/2” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 24 ay müddətinə, illik 26,5 faiz ödəmək şərtilə 3890 (üç min səkkiz yüz doxsan) manat məbləğində kredit verilməsi, “Borcalan” tərəfindən isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürməsi öz əksini tapmışdır. İş materiallarında olan: "xxxx" ASC-nin Gəncə filialı tərəfindən təsdiq edilmiş 05 aprel 2022-ci il tarixli 00024382 nömrəli “Girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi” aktından görünür ki, 05 aprel 2022-ci il tarixli 800805-375964/1 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən İddiaçı tərəfindən girov qoyulmuş 8332,31 manat dəyərində 8 ədəd qızıl-zinət əşyası: boyunbağı 1 (bir) ədəd, dəst 1 (bir) ədəd, üzük 1 (bir) ədəd, sırğa 1 (bir) cüt, kulon 1 (bir) ədəd, sancaq 1 (bir) ədəd, dəst 2 (iki) ədəd- Bankın pul anbarına saxlanca verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir tərəflər 18 iyun 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli 2(040)-2770/2016 saylı qətnaməsi ilə tərəflər arasında rəsmi nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında şifahi borc müqaviləsinin yarandığının iddia edildiyi vaxt (2021-ci il) qüvvədə olan mətninin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı özünə məxsus qızılları lombarda qoyaraq əvəzində kredit götürüb cavabdehə verdiyini bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin iddiasının dəlillərini təsdiq edən sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçı qarşısında öhdəlik daşıdığı məhkəmə icraatında öz təsdiqini tapmamış, cavabdeh tərəfindən də iddia qəbul edilməmişdir. Məhkəmə hazırki halda şahidlərin iddiaçının yaxın qohumları olması, o cümlədən şahid X1 hələ yetkinlik yaşına çatmamasını və anası ilə birlikdə yaşadığını nəzərə alaraq, mövcud şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “7250 (yeddi min iki yüz əlli) manat pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-530/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-530/2024
04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver