Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-533/2024 10.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “12800 (on iki min səkkiz yüz) manat məbləğdə pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13000 (on üç min) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(040)-533/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(040)-533/2024 saylı qiyabi qətnaməsinin ləğvinə dair 08 avqust 2024-cü il tarixdə ərizə verilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2(040)-533/2024 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(040)-533/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə 10 sentyabr 2024-cü il tarixə baxılmağa təyin edilmişdir. İddiaçı 10 sentyabr 2024-cü il tarixdə iddia tələbinin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehi yaxından tanıdığına görə ona ayrı-ayrı vaxtlarda borc pul vermişdir. Nəhayətdə cavabdeh qəbzlə yazıb ona 13000 (on üç min) manat borcu olmasını yazılı etiraf etmişdir. Həmin qəbzi də ərizəsinə əlavə etmişdir. Cavabdeh yazdığı qəbzdə borcu hər ayın 5-i 10u arası 400 (dörd yüz) manat olmaqla ödəyəcəyini qeyd etmişdir. Cavabdehdən ona olan borcunu qaytarmasını tələb etsə də bir nəticəsi olmamışdır. Bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə də müraciət etmişdir. Polis idarəsində də araşdırma aparılmış və cavabdehin ona olan 13000 (on üç min) manat borcunun qaytarılması tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh ona olan borcundan 200 (iki yüz) manatını qaytarmışdır. Cavabdehin hazırda ona 12800 (on iki min səkkiz yüz) manat məbləğində borcu vardır. Cavabdehin barışıq sazişi bağlamaq təklifini qəbul etmir. Cavabdehdən ona olan borcunu qaytarmasını tələb edir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, cavabdeh iddiaçıdan 13000 (on üç min) manat borc pul aldığını inkar etmir. Sadəcə olaraq, həmin borcunu birdəfəlik ödəyə bilmədiyinə görə ona müəyyən güzəşt olunmasını və borcunun aylıq ödənişlər şəklində hissə-hissə ödənilməsinə razılıq verilməsini xahiş edir. Cavabdeh iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdehin nümayəndəsi olaraq, məhkəmədən sadaladıqlarının nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: Cavabdeh adından 05 may 2023-cü il tarixdə yazılan qəbzdən görünür ki, X1 Reyhandan 13000 (on üç min) manat pul götürdüyünü, borcu hər ayın 5-i 10-u arası ödəyəcəyini, uzağı 10-u günü 400 (dörd yüz) manat çatdıracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis leytenantı X2 tərəfindən 02 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 12800 (on iki min səkkiz yüz) manat borcunun olduğu təsdiq olunmuş, cavabdeh tərəfindən də iddia tələbi etiraf edilmişdir. Ona görə də, Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 12800 (on iki min səkkiz yüz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-533/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-533/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver