Məhkəmə qərarları › İş №2(040)-535/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-535/2025

05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-535/2025 05.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “X2nun ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2nun 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etmiş və Yevlax rayonu Malbinəsi kənd qəbristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda müəyyən mülki hüquqlarının həll edilməsi ilə əlaqədar olaraq mərhum atasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu barədə Maraqlı şəxs1nə müraciət etmiş, lakin tələbi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də atasının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X2 1942-ci ildə Kəlbəcər rayonunda doğulmuş, 29 iyul 2024-cü ildə Bərdə şəhərində vəfat etmişdir. X1 rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizənin təmin edilməsini, atası - 1942-ci ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X3 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçinin X2 ilə qohumluq əlaqələri var. X5 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etmiş, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X3 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etməsini, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 Fərhad oğlu ifadəsində bildirmişdir ki, o, ərizəçinin X2nu tanımışdır. X5 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etmiş, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X3 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etməsini, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 27 fevral 2025-ci il tarixli 461 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda, X3 ölümü haqqında tibbi şəhadətnamə olmamasını nəzərə alaraq, ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər rayonu Ağcakənd kənd sovetliyi tərəfindən 06 fevral 1976-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuşdur. X2, anası X8 qeyd edilmişdir. İş materiallarında olan: Yevlax Rayon Polis Şöbəsi tərəfindən 20 yanvar 2005-ci il tarixdə verilmiş AZE seriyalı 02760724 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X5 XX.XX.1942-ci ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş, Kəlbəcər rayonunun Oruclu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən 28 fevral 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etmiş və Yevlax rayonu Malbinəsi qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: X3 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X3 1942-ci ildə doğulduğu və 29 iyul 2024-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 1942-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X5 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində vəfat etmiş və Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1942-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X3 29 iyul 2024-cü il tarixdə Bərdə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin atası - 1942-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X3 (FİN: 2MJW6GH) 29 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar