Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-695/2025 04.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ondan borc aldığı 3300 (üç min üç yüz) manat və bankdan onun adına aldığı kreditin ödənilməmiş qalan 4670 (dörd min altı yüz yetmiş) manat hissəsinin, cəmi 7970 manat pul vəsaitinin ona qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan borca alımış 3300 AZN (üç min üç yüz manat) pulun və onun adına 15 sentyabr 2023-cü il tarixli GNNPU-05634/1 saylı kredit müqaviləsinə əsasən "xxxx"dan alınmış və cavabdehə verilmiş kredit məbləğinin ödənilməmiş qalan 4670 (dörd min altı yüz yetmiş) manat hissəsinin (cəmi 7970 manat pul vəsaitinin) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 mart 2023-cü il tarixdə qeyrirəsmi olaraq ailə həyatı qurmuşdur. Cavabdeh bir müddət sonra ondan müxtəlif vaxtlarda cəmi olaraq 3300 AZN (üç min üç yüz manat) məbləğində borc pul verməsini xahiş etmişdir. O, cavabdehə inanaraq, geri qaytarması şərti ilə 3300 (üç min üç yüz) manat məbləğində pulu öz ailə üzvlərinin iştirakı ilə borc olaraq vermişdir. Lakin cavabdeh hazırkı vaxtadək ona olan borcunu qaytarmamışdır. Daha sonra cavabdeh öz maraqları naminə və onun etibarından sui-istifadə edərək aldatma yolu il onu razı salmışdır ki, o, cavabdeh üçün öz adına kredit götürsün, cavabdeh də öz növbəsində aylıq ödənişləri həyata keçirsin. O, 13 mart 2023-cü il tarixdə "xxxx" ASC-yə yaxınlaşaraq ilkin olaraq 3000 (üç min) manat məbləğində kredit götürmüş, daha sonra isə 15 sentyabr 2023-cü ildə cavabdehlə birlikdə "xxxx" ASC-yə yaxınlaşaraq 13 mart 2023-cü il tarixdə götürdükləri krediti bağlayaraq, cavabdehin heyvandarlıqla məşğul olması üçün 7000 (yeddi min) manat məbləğində kredit götürüb cavabdehə vermişdir. Kredit müqaviləsində mobil nömrə məlumatı bölməsində cavabdehin istəyi ilə onun nömrəsi qeyd olunub. Cavabdeh kredit ödəniş cədvəlini özü ilə götürmüş və bir müddət aylıq ödənişləri etmişdir. Bir müddət sonra məlum olmuşdur ki, cavabdeh heyvandarlıqla məşğul olmur, kredit təminatı ilə heyvan alsa da, sonradan heyvanları sataraq 5000 (beş min) manat məbləğində pul əldə etmiş, lakin kredit üzrə olan borcunu bağlamamışdır. Hazırda cavabdehlə münasibətləri pozulduğundan, cavabdeh krediti ödəməkdən imtina edir; açıq aşkar bildirir ki, kreditin götürülməsində onu aldatmışdır və ondan istifadə etmişdir; kredit cavabdehin öz məqsədləri üçün əldə olunmuşdur. Cavabdeh dəfələrlə ona hədə-qorxu gələrək onun həyatına müdaxilə etmiş, hətta dəfələrlə ona bildirmişdir ki, onunla birgə yaşamağa davam edərsə, krediti ödəyəcək. Belə halın yaranması nəticəsində cavabdeh onun sakit həyat sürməyinə mane olur və o, psixoloji sarsıntılarla üzləşir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət də etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 11 mart 2023-cü il tarixdə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Cavabdehə əvvəlcə özünün valideynlərindən alıb 3300 (üç min üç yüz) manat borc pul vermiş, sonradan cavabdehin təkidi ilə 13 mart 2023-cü il tarixdə "xxxx"dan 3000 (üç min) manat məbləğində kredit götürmüş və götürdüyü həmin məbləği Cavabdeh vermişdir. Sonradan ikinci dəfə, yəni 15 sentyabr 2023-cü ildə yenə də cavabdehin təkidi ilə "xxxx"dan 7000 (yeddi min) manat məbləğində kredit götürərək "xxxx"dan əvvəl götürmüş olduğu 3000 (üç min) manat məbləğində krediti tam ödəyərək qalan pulu da Oktaya vermişdir; 15 sentyabr 2023-cü ildə götürülmüş kreditdən 4670 (dörd min altı yüz yetmiş) manat borc ödənilməmiş qalır; Oktay ondan almış olduğu həmin pulları yalnız özünün şəxsi məqsədlərinə istifadə etmişdir; hal-hazırda onun "xxxx"a 4670 (dörd min altı yüz) manat borcu qalmaqdadır; cavabdehin hal-hazırda ona 7970 (yeddi min doqquz yüz yetmiş) manat borcu qalmaqdadır. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan heç vaxt iddiada göstərilən pulları almamışdır. O, iddiaçının kredit götürdüyünü bilmişdir; iddiaçı götürdüyü kredit vəsaitini ona verməmiş və həmin vəsaiti iddiaçı öz oğlunun təhsil xərclərinə sərf etmişdir. O, yalnız bir dəfə Zəminədən 400 (dörd yüz) manat məbləğində borc pul alıb, həmin pulu qaytarmışdır. Hal-hazırda iddiaçıya heç bir borcu yoxdur və iddianın rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (iddiaçının atası) ifadəsində bildirmişdir ki, qızı Zəminə Cavabdeh birgə qeyri-rəsmi yaşadıqları dövrdə müxtəlif vaxtlarda 3000 (üç min) manat və 4000 (dörd min) manat olmaqla, cəmi 7000 (yeddi min) manat borc pul vermişdir; 3000 (üç min) manat pulun verilməsinə şəxsən şahiddir, belə ki, qızı Zəminə yaşadıqları evdə 3000 (üç min) manat pulu ondan alıb küçədə Oktaya vermişdir. Oktay götürdüyü həmin borcları qaytarmamışdır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 (iddiaçının anası) ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin mart ayında 3300 (üç min üç yüz) manat məbləğində pulu sayaraq qızı Zəminəyə vermiş, Zəminə yaşadıqları mənzilin yerləşdiyi küçədə həmin pulu Oktaya vermişdir. Bundan başqa, Oktayla Zəminə "xxxx" ASC-dən Zəminənin adına kredit götürmüşlər, həmin kreditin 3000 (üç min) manatını Oktay ödəmiş, 4600 (dörd min altı yüz) manat borc qalmışdır və Oktay həmin kredit borcunu ödəməmişdir. Hal-hazırda Oktayın Zəminəyə 7900 (yeddi min doqquz yüz) manat borcu qalmaqdadır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (iddiaçının bacısı) ifadəsində bildirmişdir ki, nişandan bir gün əvvəl- 10 mart 2023-cü il tarixdə bacısı Zəminə yaşadıqları evin yerləşdiyi küçədə, ata evlərindən bir neçə metr aralıda 3300 (üç min üç yüz) manat məbləğində pulu Cavabdeh məxsus avtomobildə cavabdehə vermişdir- o, buna şahiddirhəmin borc ödənilməmişdir. Bundan başqa, ona məlumdur ki, Zəminənin "xxxx"dan kredit götürüb Oktaya verdiyi pul vəsaitindən "xxxx"a 4670 (dörd min altı yüz yetmiş) manat borcu qalmaqdadır və Oktay həmin borcu da ödəməkdən imtina edir. Oktayın Zəminəyə 7970 (yeddi min doqquz yüz yetmiş) manat borcu qalmaqdadır. Şahid qismində məhkəmə iclasında ifadə verən X3 (tərəflərlə qohumluq əlaqəsi yoxdur) ifadəsində bildirmişdir ki, o, uzun illər Oktyala tanışdır; tərəflərdən kimin-kimə bocu olması ilə bağlı onun məlumatı yoxdur. Bir neçə dəfə Oktay ondan heyvan almış, lakin o, Oktayın heyvanları hansı pulla aldığını bilmir. Şahid qismində məhkəmə iclasında ifadə verən X1 (cavabdehin anası) ifadəsində bildirmişdir ki, oğlu Cavabdeh İddiaçı heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini və iş materiallarını araşdırmaqla hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdeh tərəfindən ona cəmi 7970 (yeddi min doqquz yüz yetmiş) manat pul vəsaitinin ödənilməli olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid2 iddiaçının yaxın qohumları olmaları və həmin ifadələrin iddiaçının izahatı ilə, eyni zamanda şahid ifadələrinin bir-birlərini tamamlamamaları səbəbindən həmin şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Digər şahid X3 mübahisənin həlli üçün əhəmiyyət daşıyan ifadə verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-695/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-695/2025
04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver