Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-70/2025 21.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ”anası X1 ölmüş elan edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum X9 (Səadət) Səfiyar qızının 05 aprel 1993-cü il tarixdə erməni hərbi qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Kəlbəcər rayonu Çıraq kəndində doğulmuş, erməni daşnaklarının işğalı nəticəsində öz yaşayış yerindən didərgin düşüb Mingəçevir şəhərində məskunlaşmışlar. X9 (Səadət) Səfiyar qızı 05 aprel 1993-cü ildə erməni işğalçıları tərəfindən vəhşicəsinə öldürülmüşdür. Məcburi köçkünlük illəri, ailə vəziyyəti və digər səbəblərdən vaxtında qeydiyyat şöbəsinə müraciət edib anasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda X9 (Səadət) Səfiyar qızına “şəhid” statusu vermək istəyirlər, lakin bununla bağlı ondan anasının ölüm haqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı Maraqlı şəxs2nə müraciət etmiş, heç bir akt qeydinin olmadığını bildirərək şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Maraqlı şəxs2 və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, iclası onların nümayəndələrinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ilkin ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X9 (Səadət) Səfiyar qızının 05 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, o, xx xxxxxx 1970-ci ildə Kəlbəcər rayonu Çıraq kəndində doğulmuş, erməni daşnaklarının işğalı nəticəsində öz yaşayış yerindən didərgin düşüb Mingəçevir şəhərində məskunlaşmışlar. X9 (Səadət) Səfiyar qızı 05 aprel 1993-cü ildə erməni işğalçıları tərəfindən vəhşicəsinə öldürülmüşdür. Məcburi köçkünlük illəri, ailə vəziyyəti və digər səbəbdən vaxtında qeydiyyat şöbəsinə müraciət edib anasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X9 (səadət) Səfiyar qızının ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, anası - Qafarova Sədət (səadət) Səfiyar qızının ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X9 (Səadət) Səfiyar qızının adı Kəlbəcər rayon İcra Hakimiyyətində mülki şəhidlər siyahısındadır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçinin əmisi oğludur. Kəlbəcər rayonu erməni silahlıları tərəfindən işğala məruz qalan vaxtlarda Çıraq kəndinin icra nümayəndəsi işləmişdir. Kəlbəcərin işğalı zamanı kənddə idilər, xəbər almışdılar ki, erməni işğalçıları artıq rayonu alıblar. Onlar kənddən çıxmaq istəyəndə mərhum X2 dəfələrlə təklif etdilər ki, onlarla birlikdə çıxsın, lakin Sədət kənddə qaldı; X5 ilə birlikdə altı nəfər kənddə qalmışdı. Həmçinin Sədətin nəvəsi Zabil də nənəsi ilə qalmışdı. O, X1 öldürülməsini şəxsən görməmişdir; sonradan Sədətin nəvəsi Zabil girovluqdan qayıdanda həmin hadisəni belə nəql elemişdir ki, ermənilər nənəsi X3 Çıraq kəndində Zabilin gözünün qabağında güllələmişlər. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı oğlu, mərhum X1 isə nəvəsidir. Həmin hadisələr baş verəndə, yəni Kəlbəcər işğal edilərkən onun doqquz yaşı olub, amma hər şeyi xatırlayır. Erməni hərbi qüvvələri Kəlbəcər rayonunun Çıraq kəndini işğal edən zaman onlar hamısı ailəliklə “Kamaz” markalı yük avtomobilinə minib kəndən çıxmışlar; kəndən çıxan zaman onun atası öz anası X2 nə qədər onlarla birlikdə gəlməyi təkid etsə də, Sədət heç kimlə gəlməmiş, öz yurdunda qalacağını bildirmişdir. O, nənəsi X1 öldürülməsini şəxsən görməmişdir, lakin nənəsi Sədətlə birlikdə əsirlikdə qalan bibisi oğlu Zabilin söylədiklərinə əsasən, erməni hərbçiləri nənəsi X2 odlu silahdan atəş açaraq Sədəti öldürmüşlər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli 468 nömrəli məktubdan görünür ki, X1 ölümü haqqında akt qeydi Maraqlı şəxs2ndə və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə aşkar edilməmiş, ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən 27 dekabr 2024cü il tarixdə verilmiş 1595 nömrəli məktubdan görünür ki, Qafarova Sədət (Səadət) Səfiyar qızı Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. Qafarova Sədət (Səadət) Səfiyar qızının adı Kəlbəcər Rayon İcra Hakimiyyətində “Mülki şəhidlər” adlı siyahıda qeydiyyatdadır. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən 19 dekabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci il tarixdə Kəlbəcər rayonunun Çıraq kəndində doğulmuşdur, atası- X6, anası- X4r; bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə nümayəndəliyində 41 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kəlbəcər rayon polis şöbəsi tərəfindən 19 dekabr 2024-cü il tarixdə verilmiş 3-13-85/2-12645/2024 nömrəli arayışdan görünür ki, Ərizəçi X9 (Səadət) Səfiyar qızı 05 aprel 1993-cü il tarixdə vəfat etdiyi üçün Kəlbəcər RPŞ-nin arxivində məlumat yoxdur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin anası X1 ölüm faktını təsdiq edən sübutlar mövcud olmasa da, sonuncu dəfə 05 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Çıraq kəndində ölüm təhlükəsi olan şəraitdə olması təsdiq edilir; ərizəçinin anası X1 05 aprel 1993-cü il tarixdən sonrakı tarixlərdə mövcudluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): -41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. -41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. -313-cü maddəsindən görünür ki, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. -315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, ərizəçinin anası X5 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi anası X5 ölmüş elan edilsin. Bu qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-70/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-70/2025
21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver