Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-720/2025 27.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əsassız olaraq ondan aldığı pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat, eyni zamanda hüquqi yardıma görə vəkilə ödədiyi 320 (iki yüz iyirmi) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki “Qocalar evi”nin binasında məskulaşıb yaşayır. Özü fəhləliklə məşğul olur və ailəsini birtəhər dolandırır. Yaşadıqları binada şərait ağır olduğuna görə, o, 2017-ci ildə qərara gəlmişdir ki, ev alsın. Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə bina 12 mənzil 02də yerləşən mənzili (xüsusi təyinatlı yaşayış sahəsini-hakimin qeydi) Seymur İbrahimov adlı şəxsin satdığını öyrənmiş və sonradan məlum olmuşdur ki, mənzil Cavabdeh məxsusdur. O, Cavabdehlə mənzili onun adına keçirtmək şərti ilə 12000 (on iki min) manata razılaşaraq mənzili almışdır; o, Loğmana 12000 (on iki min) manat pul vermişdir. Lakin sonradan Loğman mənzili onun adına keçirtməmişdir. Daha sonra isə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi onu və digərlərini məhkəməyə verərək Cavabdehlə bağlanmış kirayə müqaviləsinin ləğv edilməsini və onların mənzildən çıxarılmasını xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(125)- 314/2025 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Mənzili 2017-ci ildə aldıqdan sonra, o, həmin mənzildə öz ailəsi ilə yaşamışdır və bugün də yaşayırlar. O, cavabdehin qanunsuz hərəkətləri barədə Kəlbəcər Rayon Polis Şöbəsinə şikayət etmiş, cavabdeh ondan 12000 (on iki min) manat aldığını etiraf etmiş, cinayət işinin başlanması rədd edilmiş, mübahisə mülki xarakaterli olduğu üçün məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası 04 iyun 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 09 iyul 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 11 avqust 2025-ci il və 27 avqust 2025-ci il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmuş, cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil 27 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 238-ci maddəsinin tələblərini rəhbər tutaraq və iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab еtmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə baxışı iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki “Qocalar evi” adlanan binada məskunlaşıb yaşamış, sonradan Gəncə şəhərindəki “1500 ailəlik Yeni qəsəbə” ərazisindən mənzil almaq qərarına gəlmişdir. O, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul verərək Loğmana məxsus ünvan 1 ünvanında yerləşən mənzili şifahi razılaşma əsasında satın almış, lakin Loğman mənzili iddiaçının adına rəsmiləşdirməmişdir. “Qaçqınkom” tərəfləri məhkəməyə verərək Cavabdehlə bağlanmış kirayə müqaviləsini ləğv etdirmişdir. Bundan sonra iddiaçı pulunun qaytarılması üçün polisə müraciət etmiş, müraciəti ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olumuşdur. Cavabdeh polisdə verdiyi izahatında pulu qaytaracağına dair vəd versə də, vədinə əməl etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis polkovnik-leytenantı X1 icraatında olan HK-1/35 nömrəli material üzrə qəbul edilmiş 04 fevral 2025-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Kəlbəcər Rayon Prokurorluğuna Seymur İbrahimov adlı şəxsin ona 2017-ci ildə ünvan 2 ünvanında olan evi satması, ancaq həmin mənzilin dövlət əmlakı olmasını ona deməməsi, hazırda məhkəmə tərəfindən mənzilin boşaldılması barədə qərar çıxarılması, Seymur İbrahimova verdiyi 12000 (on iki min) manatın qaytarılmasını xahiş etdiyi müraciət Kəlbəcər Rayon Polis Şöbəsinə göndərilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış şikayətçi İddiaçı izahatında Kəlbəcər rayon prokurorluğuna müraciət etdiyini, 2017-ci ilin yay mövsümünə kimi ailə üzvləri ilə Gəncə şəhər Gülüstan qəsəbəsində qocalar evi kimi adlandırılan binada olan mənzildə yaşadığını, 2017-ci ilin yay ayında ev almaq qərarına gəldiyini, bu səbəbdən Gəncə şəhər Yeni qəsəbə yaşayış massivinə gəldiyini, təsadüfən tanımadığı bir neçə nəfərdən həmin qəsəbədə ev satan olub olmamasını soruşduqda ona bina 12, mənzil 02-də yaşayan Seymur İbrahimovun həmin mənzili satmaq istəməsini dediklərini, bundan sonra həmin Seymur adlı şəxsi tapdığını, ondan evi almaq istədiyini bildirdiyini, Seymur ona bina 12, mənzil 02 ünvanını 12000 (on iki min) manata satmasını dediyini, qiymətdə razılaşdıqlarını, həmin pulu tam məbləğdə qeyd olunan mənzildə Seymura verdiyini, lakin həmin vaxt maddi imkanı zəif olduğundan Seymur ilə heç bir müqavilə bağlmadıqlarını və həmin evi adına rəsmiləşdirmədiklərini, bir müddət sonra isə həmin mənzillərin bir şəxsdən başqa şəxsin adına sənədləşdirilməsi ləğv olunduğundan həmin mənzilin Seymurun adında da qaldığını, lakin həmin mənzildə ailə üzvlərilə yaşamağa davam etdiyini, təxminən bir il yarım bundan əvvəl MKİS-in işçiləri istilik sisteminin yoxlanılması üçün mənzilə gələn zaman ona mənzilin Cavabdeh adlı şəxsin adına olmasını dediklərini, bu səbəbdən Seymur ilə əlaqə saxladığını, Seymur ona Cavabdeh adlı şəxsin Gəncə şəhrində 600 evlik qəsəbədə evi olmasını, həmin evi Seymur Loğmandan almasını və ikisi xəbərsiz formal olaraq rəsmi qaydada evlərini dəyişdiklərini və bundan sonra müqavilələri də öz adlarına rəsmiləşdirdiklərini, narahat olma həmin mənzildə yaşamağa davam edə bilərsən dediyini, bundan sonra isə təxminən 2024-cü ilin oktyabr ayının əvvəlində Gəncə şəhər Məhkəməsindən mesaj gəldiyini, həmin mesajda “Qaçqınkom” un Loğmanı mənzil ilə bağlı məhkəməyə verməsi yazıldığını, məhkəmədə iştirak edən zaman Loğmanın arvadı ilə boşandıqdan sonra arvadı Loğmandan şikayətçi olmasını, Loğmanın arvadı evi dəyişdirməyə razı olsa da evin satılmasına razılıq vermədiyini, bu səbəbdən həmin evi geri tələb etdiyini, Qaçqınkomun ev ilə bağlı Loğmanı məhkəməyə verdiyini, məhkəmədə Cavabdeh ilə müqavilənin ləğv olunmalı və həmin evdən çıxarılmalı olması barədə qərar qəbul edildiyini, bundan sonra Seymur ilə bir neçə dəfə danışdığını və pulunu geri tələb etdiyini, lakin Seymur ona pulu qaytarmayacağını dediyini, bu səbəbdən də, şikayət etdiyini bildirmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X5 izahatında, İddiaçı etmiş olduğu müraciət ilə tanış olduğunu, Gəncə şəhər Yeni Qəsəbə 1500 yaşayış massivində 12 saylı binanın 02 saylı mənzilinin məcburi köçkün olmağı səbəbindən ona verildiyini, Cavabdeh onun qohumu olmasını, Loğmana isə ünvan 3 ünvanı verildiyini, Loğman 2017-ci ildə ona dövlət tərəfindən verilmiş evləri dəyişməyi təklif etdiyini, bu səbəbdən Qaçqınkoma müraciət etdiklərini, evləri bir- birlərinin adına rəsmiləşdiyini, Loğman isə Göygöl rayonunda yaşadığından qeyd edilən mənzildə yaşamadığını, həmin vaxtdan bir müddət sonra, 2017-ci ildə Loğman ona evi 12 min manata Ehtiram adlı bir şəxsə satdığını, özünün hazırda gələ bilmədiyini, bu səbəbdən evin pulunu Ehtiramdan almaq lazım olduğunu deməsini, bundan sonra Ehtiram ilə Gəncə şəhər Yeni Qəsəbə 1500 yaşayış massivində bina 12 mənzil 02-də görüşdüklərini və Ehtiramın xatırlamadığı məbləğdə pulu ona verdiyini, daha sonra isə həmin pulu Loğmana verdiyini, həmin məbləğin qalanını isə daha sonra Loğman özü Ehtiramdan aldığını, bir müddət əvvəl isə Loğmanın arvadı qeyd olunan mənzillə bağlı şikayət etdiyini, bu səbəbdən Qaçqınkom Loğmanı məhkəməyə verdiyini, məhkəmə qeyd olunan mənzilin Loğmandan alınması və Ehtiramın isə həmin mənzildən çıxarılması barədə qərar qəbul etdiyini, bu səbəbdən Ehtiramın hazırda Loğmandan pulu tələb etdiyini, Ehtiramın yalan danışdığını, Loğman ilə evləri rəsmi qaydada dəyişdikdən sonra Loğman həmin mənzili Ehtirama satdığını, həmin məbləğin bir hissəsini isə Loğmanın xahişi ilə Ehtiramdan götürüb daha sonra Loğmana verdiyini bildirmişdir. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı etmiş olduğu müraciət ilə tanış olduğunu, təxminən 10 il bundan əvvəl Gəncə şəhər 600 ailəlik məcburi köçkün qəsəbəsindən məcburi köçkün olmağı səbəbilə ev verildiyini, Seymur İbrahimovun onun qohumu olmasını, Seymura isə məcburi köçkün olması səbəbindən dövlət tərəfindən Gəncə şəhər Yeni Qəsəbə 1500 yaşayış massivində binada mənzil verildiyini, 2017-ci ildə öz aralarında razılığa gəlib evləri dəyişdiklərini, bundan sonra “Qaçqınkom”a müraciət edərək rəsmi qaydada öz evlərini dəyişdiklərini, ünvan 4 ünvanı onun öz adına sənədləşdirildiyini, həmin vaxtlarda Göygöl rayonunda heyvandarlıq təsərrüfatı ilə məşğul olmağı səbəbindən həmin mənzildə qalmadığını, bu səbəbdən də, həmin mənzili satmaq qərarına gəldiyini, qəsəbədə olan tanışlarına evi satmaq fikrinin olmasını bildirdiyini, təxminən 2017-ci ilin yay aylarında Ehtiram adlı şəxsin ona zəng etdiyini və həmin mənzili almaq istədiyini dediyini, bu zaman həmin mənzili 12 min manata Ehtirama satmağa razılaşdığını, həmin vaxt Göygöl rayonunda heyvandarlıq təsərrüfatı ilə məşğul olduğundan özü gələ bilmədiyini və Seymura Ehtiramdan pulu götür dediyini, həmin vaxt Ehtiram 12000 (on iki min) manat pulun 6000 (altı min) manatını Seymura verdiyini, qalan 6000 (altı min) manatı isə təxminən 1 ay sonra Ehtiramdan qəsəbə ərazisində götürdüyünü, həmin vaxt Ehtirama evi onun adına rəsmiləşdirməyi təklif etsə də Ehtiramın razılaşmadığını və bizim öz tanışımız var onun köməkliyi ilə evi rəsmiləşdirəciyik dediyini, bundan sonra Ehtiram həmin mənzildə yaşamağa davam etdiyini, təxminən 5-6 ay əvvəl, yəni 2024-cü ildə arvadı Gülnar ilə boşanmaq qərarına gəldiklərini, Gülnar isə qəsəbədə yerləşən MKİS-ə şikayət edərək həmin mənzilin ona verilməsini tələb etdiyini, bu səbəbdən MKİS tərəfindən bina 12 mənzil 02 ilə bağlı məhkəməyə müraciət olunduğunu, həmin mənzilin ondan alınıb dövlətin hesabına keçməsi və Ehtiramın həmin mənzildən çıxarılması barədə qərar qəbul edildiyini, bu səbəbdən də Ehtiramın həmin evin pulunu tələb etdiyini, həmin mənzilin alınıbsatılmasının qadağan olunması ilə bağlı məlumatını olmasıbı, lakin həmin dövrdə qeyd olunan mənzillərin mənzil sahibinin razılığı ilə başqa şəxsin adına rəsmiləşdirilməsi mümkün olduğundan həmin mənzili öz aralarında olan razılaşma ilə Ehtirama satdığını, ona evin onun adına rəsmiləşdirilməsini təklif etdiyini, lakin Ehtiramın razılaşmadığını, hazırda maddi vəziyətinin yaxşı olmadığını, bu səbəbdən həmin pulu indi qaytara bilməyəcəyini, qısa müddət ərzində qaytarmağa çalışacağını bildirmişdir. Qərarın nəticə hissəsində: 2017-ci ildə Cavabdeh Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ona verilmiş ünvan 6 ünvanını 12000 (on iki min) manat müqabilində İddiaçı satması məlum olsa da, hazırki müddətədək İddiaçı həmin mənzildə yaşaması, Cavabdeh sözügedən mənzilə qarşı hazırki müddətədək heç bir iddia irəli sürmədiyi məlum olduğundan və tərəflər arasında olan mübahisənin mülki xarakterli mübahisə olması müəyyən edildiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, tərəflərə tələblərinin mülki xarakterli olması səbəbindən məhkəmədə mülki iddia qaldırmaq hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(125)-314/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar idarəsinin cavabdehlər İddiaçı, X3 və Cavabdeh qarşı (mübahisə predtmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi tələbina dair” iddiasınıntəmin edilməsi, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamenti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2017-ci il tarixli “12/2” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, X2, Cavabdeh və İddiaçı Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbə 12 nömrəli binada yerləşən 02 nömrəli 02 otaqlı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsindən görünür ki, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci madəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.2-ci maddəsinə əsasən, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. -241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. -244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -252-ci maddəsinə əsasən, qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçının hesabına 12000 (on iki min) manat miqdarında əsassız varlandığı təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı hazırki mülki iş üzrə məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə 320 (üç yüz iyirmi) manat haqq ödəmişdir, həmin xərcin əvəzi də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehdən tutulmaqla iddiaçıya ödənilməlidir. Ona görə də Cavabdeh 12000 (on iki min) manat əsas borc və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat xərcin əvəzi, cəmi 12320 (on iki min üç yüz iyirmi manat) məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 238, 241-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12000 (on iki min) manat əsas borc və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat xərcin əvəzi, cəmi 12320 (on iki min üç yüz iyirmi manat) məbləğdə pul vəsaiti tutulsun. Cavabdeh, qiyabi qətnamənin surətinin оnа rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Kəlbəcər Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Kəlbəcər Rаyон Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-720/2025
Kəlbəcər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(040)-720/2025
27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver