Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-764/2024 03.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2500 (iki min beş yüz) manat məbləğdə pulun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, gözəllik salonunda saç ustası işləyir. 2-ci qrup əlilliyə görə pensiya təminatı almışdır. Lakin 2-ci qrup əlilliyi ləğv edilərək 3-cü qrup əlillik pensiyası ilə təmin edilmişdir. Bu səbəbdən gözəllik salonunda daimi müştərisi Ofeliya xanım ilə söhbət əsnasında ona tanışı Elmira adlı şəxsin də eyni məsələ ilə bağlı problemini həll edən şəxs olduğunu və həmin şəxsin ona kömək edə biləcəyini demişdir. Beləliklə, daimi müştərisi Ofeliya xanımın tanışı Elmira xanım vasitəsilə 2022-ci ilin avqust ayında Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona bu məsələni həll edə biləcəyini və əvvəllər Sosial Müdafiə Fondunda işlədiyini bildirmişdir. Bunun üçün ondan 2500 (iki min beş yüz) manat pul tələb etmişdir. O da cavabdehlə razılaşaraq Ofeliya xanımın yanında Cavabdeh 2500 (iki min beş yüz) manat pul vermişdir. Lakin Cavabdeh verdiyi sözə əməl etməmişdir. Pulunu tələb etdikdə isə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək və ona hədə-qorxular gələrək bugünədək pulunu geri qaytarmamışdır. Bununla bağlı 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon 24-cü Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon 24-cü Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Abbasov Mir-Ülfət Mirağa oğlu xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh 24-cü polis şöbəsinə dəvət edərək izahatını almışdır. Cavabdeh izahatında bildirmişdir ki, “onun qızı dializ xəstəliyindən əziyyət çəkməsi səbəbindən və onun yanında olduğundan, birlikdə 1 il öncə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən gözəllik salonuna gedərək orada Hədiyyə adlı saç ustası ilə tanış olaraq daimi müştəri olmuşdur. Onun maddi durumunun aşağı olması səbəbindən Hədiyyə adlı şəxsdən 2500 manat borca pulu faiz müqabilində almış, 2023-cü ilin yanvar aylarında onunla görüşərək 500 manat pulu vermiş, lakin əsas borcu -2500 manat pulu maddi imkanı olmadığından qaytara bilməmişdir. Hədiyyə adlı şəxsdən heç bir təqaüd və ya əlillik statusunun düzəldilməsi barədə söz vermədiyini bildirmişdir”. Onun izahatından da açıq-aydın görünür ki, Cavabdeh ondan 2500 (iki min beş yüz) manat pul vəsaiti almış və geri qaytarmamışdır. Həmçinin, onun izahatında bildirdikləri, yəni ona faizə pul verdiyini söyləməsi yalandır. O cavabdehə pulu faiz üçün və ya borca verməmişdir. Bakı şəhəri Nizami rayon 24-cü Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Abbasov Mir-Ülfət Mirağa oğlu tərəfindən toplanmış material istintaqa göndərilmiş və 03 avqust 2023-cü il tarixdə icraata daxil olmuş və araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə hazırlıq iclası 29 iyul 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 28 avqust 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 03 oktyabr 2024-cü il tarixə təxirə salınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh onun işini həll edə biləcəyini bildirərək, ondan 2500 (iki min beş yüz) manat pul almışdır. O da cavabdehə inanaraq Ofeliya xanımın yanında Cavabdeh 2500 (iki min beş yüz) manat pul vermişdir. Lakin Cavabdeh verdiyi sözə əməl etməmişdir. Pulunu tələb etdikdə isə qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək və ona hədə-qorxular gələrək bugünədək pulunu geri qaytarmamışdır. Məhkəmədən əvvəl polisə müraciət etmiş, polis şöbəsində izahatı alınmış Cavabdeh ondan 2500 (iki min beş yüz) manat pul aldığını etiraf etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin təhqiqatçısı Mir-Ülfət Abbasov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək, məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdeh ona zəng edərək pulunu qaytaracağını bildirsə də məsələni yubadır. Bugünədək onun pulunu qaytarmır. Hazırda iddiasını müdafiə edir, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, Hədiyə Mustafayeva iş yoldaşıdır. Cavabdeh pulu görümək üçün İddiaçı salonuna gəlmişdir. İddiaçı pulu Cavabdeh Ofeliya xanımın yanında vermişdir. Cavabdehin iddiaçıya 2500 (iki min beş yüz) manat pul borclu olduğunu təsdiq edir. İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Abbasov Mir-Ülfət Mirağa oğlu tərəfindən qəbul edilmiş, 19 avqust 2024-cü il tarixli “təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarın məzmunundan görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh izahatında bildirmişdir ki, “onun qızı dializ xəstəliyindən əziyyət çəkməsi səbəbindən və onun yanında olduğundan, birlikdə 1 il öncə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən gözəllik salonuna gedərək orada Hədiyyə adlı saç ustası ilə tanış olaraq daimi müştəri olmuşdur. Onun maddi durumunun aşağı olması səbəbindən Hədiyyə adlı şəxsdən 2500 manat borca pulu faiz müqabilində almış, 2023-cü ilin yanvar aylarında onunla görüşərək 500 manat pulu vermiş, lakin əsas borcu -2500 manat pulu maddi imkanı olmadığından qaytara bilməmişdir. Hədiyyə adlı şəxsdən heç bir təqaüd və ya əlillik statusunun düzəldilməsi barədə söz vermədiyini bildirmişdir”. Toplanmış materialda cinayət tərkibinin olmaması müəyyən edildiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 2500 (iki min beş yüz) manat borcunun olduğu təsdiq olunmuşdur. Belə olan halda, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 45 (qırx beş) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat əsas borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-764/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-764/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver