Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-826/2025 23.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ”bacısı X2 ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, bacısı X2 29 mart 1988-ci il tarixdə Kəlbəcər rayonunun Cəmilli kəndində yaşadığı evdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 ilə anası X16 29 yanvar 1983-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 02 iyun 1984-cü ildə X8, 05 iyul 1986-cı ildə X3, 18 fevral 1988-ci ildə X5, 01 sentyabr 1991-ci ildə X6 və xx xxxx 1990-cı ildə Ərizəçi adlı uşaqları doğulmuşdur. X1 və anası-X16 31 oktyabr 2024-cü ildə dəm qazından zəhərlənərək vəfat etmişlər. Atası ilə anasının birgə nikahından doğulmuş bacısı X5 doğulandan qırx gün sonra yaşadıqları Kəlbəcər rayonunun Cəmilli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt savadsızlıqdan, sonradan isə məlum hadisələrlə bağlı Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərinə görə bacısının ölümü haqqında şəhadətnamə alınmamışdır. Bunun üçün qanunla nəzərdə tutulmuş müddət keçdiyindən, Maraqlı şəxs ölümün qeydə alınmasından imtina etmişdir. O, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Mərhum bacısı X2 ölüm sənədini əldə etmək onlar üçün çox vacibdir. Məhkəmə iclasına gətirəcəyi şahidlər də bacısı Gültəkinin 29 mart 1988-ci il tarixdə yaşadığı Kəlbəcər rayonunun Cəmilli kəndində evdə vəfat etməsini və kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edə bilərlər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək, 18 gevral 1988-ci ildə doğulmuş bacısı X2 29 mart 1988-ci il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin bibisi) ifadəsində bildirmişdir ki, qardaşı X4 ilə arvadı X13 birgə nikahından 18 fevral 1988-ci ildə X5 doğulmuş və uşaq doğuluşdan xəstə olmuşdur; Gültəkin 29 mart 1988-ci ildə Kəlbəcər rayonunun Cəmilli kəndində ölmüşdür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (ərizəçinin əmisinin arvadı) digər Şahid1 ilə eyni məzmundə ifadə vermişdir. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 15 may 2025-ci il tarixli 96 nömrəli arayışdan görünür ki, X5 18 fevral 1988-ci ildə Kəlbəcər rayonunun Cəmilli kəndində doğulmuş, atası- X4, anası- X14r; bu barədə 09 mart 1988-ci il tarixdə Kəlbəcər rayonu Seyidlər kənd İcra Nümayəndəliyində 20 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan: Maraqlı şəxs tərəfindən verilmiş 15 may 2025-ci il tarixli 171 nömrəli məktubdan görünür ki, Ərizəçi bacısı-X2 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə və Ədliyyə Nazirliyi X7nın qeydiyyat informasiya sistemində aşkar edilmədiyi bildirilmiş, bacısı-X2 ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: X7 Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 iyun 1990-cı il tarixli Xİİİ-ЖГ №424721 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), Ərizəçi xx xxxx 1990-cı ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kəndində doğulmuş, atası- X4, anası- X14r. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin bacısı- 18 fevral 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində doğulmuş X5 29 mart 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, X7nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X7nın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7nın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən X7nın qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 18 fevral 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində doğulmuş X2 29 mart 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin bacısı-18 fevral 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində doğulmuş X2 29 mart 1988-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Cəmilli kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-826/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-826/2025
23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver