Məhkəmə qərarları › İş №2(040)-840/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-840/2023

14.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-840/2023 14.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 18 may 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 30 yanvar 2019-cu il tarixdə nikahlarını Goranboy Rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 20 avqust 2019-cu il tarixdə X8 və 16 dekabr 2020-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxsla birgə yaşamaq mümkün olmadığına görə ayrılmışlar. Bu barədə Goranboy Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(045)- 1881/2021 saylı qətnaməsini məhkəməyə təqdim edir. Bu günlərdə Maraqlı şəxs aliment tələb etmək üçün qanunvericiliyin tələbinə görə Goranboy şəhər Mediasiya şurasına müraciət etmişdir. O və Goranboy rayonunun Veyisli kəndində yaşayan Maraqlı şəxs 18 may 2023-cü il tarixdə mediasiya prosesində iştirak etmişlər. Onlar övladlarına təyin olunacaq alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları 20 avqust 2019-cu il təvəllüdlü X5 və 16 dekabr 2020-ci il təvəllüdlü X1 üçün bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürmüşdür və onlar bu barədə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Həşimov X3 8-ci bəndinin tələblərini pozaraq hər ay iki uşaq üçün 140 (bir yüz qırx) manat aliment ödəməli olduğu halda alimenti tam ödəmir, bircə dəfə 110 (bir yüz on) manat ödəmişdir. Yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir, alimenti tam ödəmir və bu günə qədər onun ödənilməmiş üç ay aliment borcu yaranmışdır. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyinə görə barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs aliment tələb etmək üçün qanunvericiliyin tələbinə görə Goranboy şəhər Mediasiya şurasına müraciət etmişdir. O və Maraqlı şəxs 18 may 2023-cü il tarixdə mediasiya prosesində iştirak etmişlər. Onlar övladlarına təyin olunacaq alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları 20 avqust 2019-cu il təvəllüdlü X5 və 16 dekabr 2020-ci il təvəllüdlü X1 üçün bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürmüşdür və onlar bu barədə 18 may 2023-cü il tarixli MŞG/MT/032-2023-00575 saylı barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Həşimov X3 tələblərini pozaraq hər ay iki uşaq üçün 140 (bir yüz qırx) manat aliment ödəməli olduğu halda alimenti tam ödəmir, bircə dəfə 110 (bir yüz on) manat ödəmişdir. Yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir, alimenti tam ödəmir. Ona görə 18 may 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış MŞG/MT/032-2023-00575 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi ilə aralarında bağlanmış 18 may 2023-cü il tarixli MŞG/MT/032-2023-00575 saylı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV № 317241 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 20 avqust 2019-cu ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İV № 511829 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 16 deakbr 2020-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Mediator V.Tağıyeva (M-00223) tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 may 2023-cü il tarixli MŞG/MT/032-2023- 00575 nömrəli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, ata Maraqlı şəxs 20 avqust 2019-cu il təvəllüdlü X5 və 16 dekabr 2020-ci il təvəllüdlü X1 üçün bir uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat alimentin Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə rəsmi nikahlarından 20 avqust 2019-cu ildə doğulmuş X5 və 16 dekabr 2020-ci ildə doğulmuş X2 üçün ata Maraqlı şəxs hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 140 (yüz qırx) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 18 may 2023-cü il tarixli MŞG/MT/032-2023-00575 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 18 may 2023-cü il tarixdənbarışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 18 may 2023-cü il tarixli MŞG/MT/032-2023-00575 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. 18 may 2023-cü il tarixdən hesablanmaqla, 20 avqust 2019-cu ildə doğulmuş X8 və 16 dekabr 2020-ci ildə doğulmuş X2 üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar