Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-884/2024 21.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “onun tərəfindən 12 sentyabr 1996-cı il və 15 aprel 1997ci il tarixlərdə əmlakın özəlləşdirilməsinə sərf olunmuş pul vəsaitinin yarısının indeksasiya edilməklə qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 12 sentyabr 1996-cı ildə 438000 (dörd yüz otuz səkkiz min) manatın, 15 aprel 1997-ci il tarixdə ödənilmiş 876000 (səkkiz yüz yetmiş altı min) manat, cəmi ******* (bir milyon üç yüz on dörd min) manat pulun tam yarısının, yəni 657000 (altı yüz əlli yeddi min) manatın indiki məzənnəyə uyğun olaraq indeksləşdirilməsini və müəyyən edilmiş məbləğin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(066)-539/2021 saylı qətnaməsi ilə Cavabdehnanın ona qarşı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinnin 3 saylı Gəncə ərazi idarəsi (bundan sonra- DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsi) tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 yanvar 2019-cu il olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş Göygöl şəhəri, Heydər Əliyev prospekti, 60B ünvanında yerləşən ümumi sahəsi 17,7 kvadratmetr olan qeyri-yaşayış sahəsinin Cavabdeh payına düşən ikidəbir (1/2) hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli 10/3466 nömrəli Rəyinə əlavə edilmiş plan- sxemdə göstərilmiş qaydada naturada bölünərək iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığına görə həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(104)-2975/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Göygöl Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(066-539/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. DƏDRX-nin 3 saylı ərazi idarəsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********04-06101-083002 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış çıxarışına əsasən mübahisə predmeti olan bərbərxananın 9 kvadratmetri onun mülkiyyətinə verilmişdir. Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin 3-cü səhifəsində (əsaslandırıcı hissəsində-hakimin qeydi) qeyd edilmişdir ki, DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02/5132 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl şəhəri Heydər Əliyev prospekti 60B ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiymətinin 2019-cu il tarixə olan bazar qiyməti 12000 (on iki min) manat təşkil etməsi qeyd edilmişdir. Cavabdeh anası X2 ilə birlikdə həmin bərbərxanada işləmişdir. Həmin obyekt Xanlar (indiki Göygöl) şəhərində hərrac vasitəsi ilə alqı-satqı qaydasında onlara satılıb. O, İddiaçı güzəştli satışda iştirak edərək 4 (dörd) ədəd özəlləşdirmə çekini və X3 4 (dörd) ədəd özəlləşdirmə çekini hərrac komissiyasına təqdim etmişlər- cəmi 8 (səkkiz) ədəd çek təqdim etmişlər. Hər birinin çekləri ayrı-ayrılıqda 386400 manat məbləğində dəyərləndirilmişdir. Bundan əlavə, o və Şoqiq hərraca nağd pul ödənişini etməli idilər, lakin həmin vaxtı Şoqiq ona bildirdi ki, obyektin alınmasına görə nağd pul ödəmək imkanı yoxdur. Şoqiq ondan xahiş etmişdi ki, onun payına düşən hissəni ödəsin və o, sonra birgə işləyəcəkləri dövrdə onun əvəzinə ödədiyi məbləği ona qaytaracaq. Lakin özəlləşdirmədən sonra birgə işləmələrinə baxmayaraq, Joqiq ona borcunu qaytarmadı. Joqiqin ödəniş etmək imkanının olmadığını nəzərə alıb, o, 12 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Əmlak Komitəsinə 438000 (dörd yüz otuz səkkiz min) manat (AZM) nağd pul ödənişini Xanlar bankı vasitəsi ilə köçürmüşdür. 15 aprel 1997-ci il tarixdə təkrar Dövlət Əmlak Komitəsinin hesabına 876000 (səkkiz yüz yetmiş altı min) manat (AZM) nağd pulu Xanlar bankı vasitəsi ilə köçürmüşdür. Şoqiq isə əmlaka görə Əmlak Komitəsinin hesabına pul köçürə bilməmişdir. Beləliklə, o, 4 ədəd özəlləşdirmə çeklərini hərrac komissiyasına təqdim etməkdən əlavə ******* (bir milyon üç yüz on dörd min) manat (AZM) nağd pulu bank vasitəsi ilə Əmlak Komitəsinin hesabına köçürmüşdür. Halbuki, Şoqiq onun ödədiyi ******* (bir milyon üç yüz on dörd min) manat pulun tam yarısını, yəni 657000 (altı yüz əlli yeddi min) manat pulu ödəməli idi. Lakin, mərhum Şoqiq 4 ədəd çekdən əlavə Əmlak Komitəsinin hesabına 1 manat belə olsun pul köçürməmişdir və həmin 657000 (altı yüz əlli yeddi min) manat pulu da ona qaytarmamışdır. Şoqiqin ölümündən sonra mərhumun qızı Cavabdeh əri və nümayəndəsi Nümayəndə təhriki ilə Göygöl Rayon Məhkəməsinə müraciət edib onun pulu ilə hərrac vasitəsi ilə alınan bərbərxananın paylarla bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər və onların tələbi də təmin edilmişdir. Beləliklə, ümumi sahəsi 18 (on səkkiz) kv.m olan qeyri-yaşayış sahəsinin 9 (doqquz) kvadratmetri onun, 9 (doqquz) kvadratmetri isə cavabdehin mülkiyyətinə verilmişdir. O, məhkəməyə özəlləşdirmə çeklərindən əlavə Əmlak Komitəsinə ödədiyi ******* (bir milyon üç yüz on dörd min) manat (AZM) nağd pulun köçürülməsinə dair 12 sentyabr 1996-cı il tarixli 18 nömrəli və 15 aprel 1997-ci il tarixli 06 nömrəli bank ödəniş qəbzlərinin surətlərini təqdim edir. Həmin qəbzlərin əsilləri ondadır və məhkəmə iclasında təqdim edəcəkdir. Onu da bildirir ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman ödəniş qəbzlərini tapa bilmirdi və ona görə də həmin qəbzləri məhkəməyə təqdim edə bilməmişdir. Bu yaxınlarda evdə olan köhnə paltarları yığarkən pencəklərdən birinin cibindən ödəniş qəbzlərini tapmış və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəf əmlakın alınması ilə əlaqədar ödənişləri Əmlak Komitəsinə köçürüblərsə ödəniş qəbzlərini məhkəməyə təqdim etsələr onda bəlli olar ki, əmlakın böyük hissəsi kim tərəfindən alınıb. Lakin onu da bildirir ki, mərhum Şoqiqin pulu olmadığından, Əmlak Komitəsinə özəlləşən əmlakın dəyərini ödəməmişdir. Əgər ödəyibsə, həmin ödəniş qəbzlərini cavabdeh məhkəməyə təqdim etsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirak etdiyi 01 oktyabr 2024cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı saxta etibarnamə ilə mübahisə edilən obyekti özəlləşdirmiş, Göygöl Rayon Məhkəməsinin 17 iyun 2002-ci il tarixli qətnaməsi ilə İddiaçı adına verilmiş etibarnamə və həmin etibarnaməyə əsasən 20 sentyabr 1996-cı il tarixli müəssisənin alqısatqısına dair müqavilə etibarsız hesab edilmişdir. Həmçinin, mübahisə edilən obyekt Cavabdeh bağışlanılmışdır. Göygöl Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(66)- 539/2021 saylı qətnaməsinə əsasən Göygöl şəhəri, H.Əliyev prospekti, 60B-də yerləşən ümumi sahəsi 17,7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh payına düşən ikidəbir (1/2) hissəsinin naturada bölünərək iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçının qeyd etdikləri yalandır və əsassızdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(66)- 539/2021 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10 yanvar 2019-cu il olan “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş Göygöl şəhəri, H.Əliyev prospekti, 60B-də yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh payına düşən ikidə bir (1/2) hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 10/3466 nömrəli Rəyinə əlavə edilmiş Plan-Sxemdə göstərilmiş qaydada naturada bölünərək iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)-2975/2021 saylı qətnaməsinin surətindən göürünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(066-539/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 09 iyun 2003-cü il tarixli, 000657 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayonu, S.Hacıyev küçəsi 62 ünvanında yerləşən 18,4 kv.m bərbərxana İddiaçı və X1 mülkiyyətinə verilmiş, əmlakın ümumi satış qiyməti beş milyon yüz əlli üç min manat olmuş, dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı ünvanlı dövlət büdcəsinə üç milyon altmış altı min manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinə dair texniki pasportun təsdiqlənmiş surətindən görünür ki, Göygöl şəhəri, Heydər Əliyev prospekti, 60B (yeni qaydalarla ünvanı: AZ 2500, ünvan 3ci il tarixli, reyestr nömrəsi: **********04-06101-083002) bərbərxananın 9 kv.m-i İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanununun: -Preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlərin tariflərinin (bundan sonra istehlak qiymətləri adlanacaqdır) artması ilə əlaqədar vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir. -1-ci maddəsinə əsasən, indeksləşdirmə- Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. -2-ci maddəsinin: birinci hissəsinə (maddənin birinci abzası) əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır; ikinci hissəsinə (maddənin ikinci abzası) əsasən, istehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir; üçüncü hissəsinə (maddənin üçüncü abzası) əsasən, istehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir; dördüncü hissəsinə (maddənin dördüncü abzası) əsasən, indeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçı cavabdehin ona pul verməli olduğunu və 12 sentyabr 1996-cı ildə 438000 (dörd yüz otuz səkkiz min) manatın (AZM), 15 aprel 1997-ci il tarixdə ödənilmiş 876000 (səkkiz yüz yetmiş altı min) manatın (AZM), cəmi ******* (bir milyon üç yüz on dörd min) manat (AZM) pulun tam yarısının, yəni 657000 (altı yüz əlli yeddi min) manatın (AZM) indiki məzənnəyə uyğun olaraq indeksləşdirilərək cavabdehdən alınmasını bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, həmçinin tərəflər arasında öhdəlik barədə hər hansı razılaşmanın olmasını və ya öhdəliyin pozulmasını təsdiq edəcək sübut iş materiallarında aşkar olunmamışdır; cavabdehin iddiaçıya pul borclu olduğu məhkəmə icraatında öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-884/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-884/2024
21.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver