Məhkəmə qərarları › İş №2(040)-917/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-917/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-917/2024 15.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “övladları X1 ölüm faktının müəyyən edilməsi” barədə birgə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladları X1 19 may 2024-cü ildə Göygöl rayonunun Üçtəpə kəndində çayda boğularaq ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxış iclası 15 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Ərizəçi1 məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, hal-hazırda övladının ölümü ilə bağlı istintaq getdiyindən, ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Ərizəçi1 ərizəsi nəzərə alınmalı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “övladları X1 ölüm faktının müəyyən edilməsi”nə dair ərizələri və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “övladları X1 ölüm faktının müəyyən edilməsi” barədə birgə ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11ci maddəsinə əsasən baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar