Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-929/2024 07.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “övladı X3 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladı X3 09 iyul 2022-ci il tarixdə Göygöl rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Maraqlı şəxs2 ilə rəsmi nikahından 3 övladı doğulmuşdur. Həmin övladlarından biri vəfat etmişdir. Vəfat edən övladı 21 iyun 2021-ci il təvəllüdlü X4r. Övladı 1 yaş 1 ay 18 günündə vəfat etmişdir. Övladını Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn etmişlər. Onun övladı Göygöl Rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur və doğum haqqında tibbi şəhadətnaməsi mövcuddur.Övladı 09 iyul 2022-ci il tarixdə vəfat etməsinə baxmayaraq ona ölüm haqqında tibbi şəhadətnamə və ölüm haqqında şəhadətnaməni üzrlü səbəbdən almamışlar. Vaxtında həmin şəhadətnaməni almadıqlarına görə hazırda Maraqlı şəxs1 onlara uşağın ölüm haqqında şəhadətnaməsini vermir. Ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi ölüm sənədini əldə etmək üçün çox vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, övladı X6 21 iyun 2021-ci ildə Göygöl Rayon Mərkəzi Xəstəxanasında doğulmuşdur və doğum haqqında şəhadətnaməsi mövcuddur. Övladı 09 iyul 2022-ci tarixdə, 1 yaş 1 ay 18 günündə yaşadıqları Göygöl rayonunun Firuzabad qəsəbəsində qəflətən vəfat etmişdir. Övladını Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn etmişlər. Hazırda övladı Ziyad Quluyevə ölüm haqqında şəhadətnaməni almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, Göygöl Rayon Qeydiyyat Şöbəsinin 06 avqust 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X3 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun 21 iyun 2021-ci ildə doğulan övladı X6 09 iyul 2022-ci ildə Göygöl rayonunun Firuzabad qəsəbəsində vəfat etmişdir. Övladını Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn etmişlər. Hazırda övladı Ziyad Quluyevə ölüm haqqında şəhadətnaməni almaq üçün qeydiyyat şöbəsinə müraciət etsələr də, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X3 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. Ərizəçinin övladı X6 09 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Firuzabad qəsəbəsində vəfat etmiş, Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X3 09 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Firuzabad qəsəbəsində vəfat etməsini və Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. O, şahid olaraq, X3 09 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Firuzabad qəsəbəsində vəfat etməsini və Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 06 avqust 2024-cü il tarixli 3-16-5/8-Q/1- 536/2024 nömrəli məktubdan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 avqust 2024-cü il tarixdə verilmiş 581 nömrəli arayışdan görünür ki, Ərizəçi Göygöl rayonunun Firuzabad kəndində müvəqqəti məskunlaşıb yaşayır. X2 09 iyul 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan: X3 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X3 21 iyun 2021-ci ildə doğulduğu və 09 iyul 2022-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən 07 may 2021-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 arasında nikah 07 may 2021-ci il tarixdə 11 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Quluyev”, arvada “Quluyeva” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 05 iyul 2021-ci ildə verilmiş AZ-İV № 611280 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 21 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası-Ərizəçi, anası-Maraqlı şəxs2dır. İş materiallarında olan: Göygöl Rayon Prokurorluğu tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 23 sentyabr 2024-cü il tarixli 1745-xid-24 məktubdan görünür ki, Göygöl rayon sakini 21 iyun 2021-ci il təvəllüdlü X3 09 iyul 2022-ci il tarixdə ölümü ilə əlaqədar Göygöl rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 21 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş X6 09 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Firuzabad qəsəbəsində vəfat etmiş, Göygöl rayonunun Murovdağ qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 21 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş X3 09 iyul 2022-ci il tarixdə Göygöl rayonunun Firuzabad qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 iyun 2021-ci ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş X3 09 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunun Firuzabad qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-929/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-929/2024
07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver