Məhkəmə qərarları › İş №2(040)-935/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-935/2024

02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-935/2024 02.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “atası X4 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, atası 16 oktyabr 1968-ci il təvəllüdlü X4 25 may 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X1 şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ərazisində yaşamışdır. İşləmirdi, xəstəliyi ilə bağlı təqaüdçü idi. Uzun müddət idi ki, şəkərdiabet xəstəliyindən əziyyət çəkirdi, bununla bağlı müalicələr alırdı. Lakin 2024-cü ilin əvvəllərindən X7 şəkər-diabet xəstəliyinə görə səhhətində problemlər yaranmışdır. Xəstəliyin ağırlaşması nəticəsində hər iki ayaqlarında yaralar əmələ gəlmişdir. Atası Z.Mirzəyev son zamanlarda xəstəliyindən bezdiyini, artıq dözə bilmədiyini bildirirdi. 25 may 2024-cü il saat 18 radələrində X7 yaşadığı evə gəldikdə onu həyətdə olan yarımtikilidə ipdən asılı vəziyyətdə görmüş, dərhal ipi kəsərək atasını yerə endirmişdir. Bundan sonra X12 Xidmətinin “103” qaynar xəttinə zəng edib hadisə yerinə çağırmış, X12 Xidmətinin həkimi Verdiyeva Mehriban hadisə yerinə gəldikdə X7 artıq öldüyünü bildirmişdir. X7 ölümü ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Gəncə şəhər X2 Hüquqi Şəxsi TTTYS-nin baş həkimi S.X.Məhərrəmov 04 iyun 2024-cü il tarixli 1038 saylı arayış vermişdir. Eyni zamanda, hadisə yerinə hüquq mühafizə orqanları gəlmişdirlər. Hadisə yerinə gələn Gəncə şəhər prokurorluğunun əməkdaşı protokol tərtib etmişdir. Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Yasın Məmmədli tərəfindən 03 iyun 2024-cü il tarixli 24-3-2-2-415-0325-5 nömrəli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar vermişdir. Bundan sonra X7 ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan X7 ölümü haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsinin mümkünsüz olduğunu bildirmişlər. Bununla bağlı, 11 iyun 2024-cü il tarixli 262 nömrəli məktubu ünvanına göndərmişlər. Bundan sonra Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına arayış almaq üçün müraciət etmiş, lakin oradan ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi ölüm sənədini əldə etmək üçün çox vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, atası X6 16 oktyabr 1968-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş, 25 may 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yaşadığı evdə intihar edərək vəfat etmişdir. X7 ölümü ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Gəncə şəhər X2 Hüquqi Şəxsi TTTYS-nin baş həkimi S.X.Məhərrəmov 04 iyun 2024-cü il tarixli 1038 saylı arayış vermişdir. Eyni zamanda, hadisə yerinə hüquq mühafizə orqanları gəlmişdirlər. Hadisə yerinə gələn Gəncə şəhər prokurorluğunun əməkdaşı protokol tərtib etmişdir. Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Yasın Məmmədli tərəfindən 03 iyun 2024-cü il tarixli 24-3-2-2-415-0325-5 nömrəli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar vermişdir. Bundan sonra X7 ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsinin 11 iyun 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum atası X4 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumu və qonşusudur. Ərizəçinin atası X6 25 may 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yaşadığı evdə intihar edərək vəfat etmişdir. O, həm qohum, həm də qonşu kimi dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X4 25 may 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində vəfat etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən X4 arvadı X3 ünvanlanmış 11 iyun 2024-cü il tarixli 262 nömrəli məktubdan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən Ərizəçi ünvanlanmış 08 iyul 2024-cü il tarixli 18-1-48/2-M-122-42-113/2024 nömrəli məktubdan görünür ki, 16 oktyabr 1968-ci il təvəllüdlü X4 vəfatı ilə bağlı olaraq “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarına (4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda) müvafiq maddəsinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinin mümkün olmadığı, “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Gəncə Şəhər Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, X4 özünü asaraq intihar etməsi barədə toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 16 oktyabr 1968-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş X6 25 may 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 16 oktyabr 1968-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş X4 25 may 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 16 oktyabr 1968-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş X4 25 may 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X4 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar