Məhkəmə qərarları › İş №2(040)-960/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-960/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-960/2024 23.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “X2nın ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X2nın 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Zeyvə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun anasıdır. O, xx xxxxxx 1973-cü ildə Kəlbəcər rayonunun Bağarsaq kəndində doğulmuşdur. X5, X2dır. Anası 27 iyun 2024-cü il tarixdə vəfat etmişdir. X1 rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn edilmişdir. Anasının adına ölüm haqqında şəhadətnaməni almaq üçün Goranboy Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X2nın ölüm sənədini əldə etmək üçün vacibdir. Ərizəçi 25 sentyabr 2024-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi barədə Kəlbəcər Rayon Məhkəməsinə ərizə təqdim edərək, X2nın 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X2 1934-cü ildə Kəlbəcər rayonunda doğulmuş, 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində vəfat etmişdir. X1 rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda anası Müzayə İsmayılovaya ölüm haqqında şəhadətnaməni almaq üçün Goranboy Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsinin 16 avqust 2024-cü il tarixli məktubuna əsasən, ölüm faktının təsdiq edilməsi və şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X2nın ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, anası - 1934-cü ildə Kəlbəcər rayonunda doğulmuş X3 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin X2 27 iyun 2024-cü il tarixdə yaşadıqları Goranboy rayonunun Qaxtut kəndində vəfat etmiş, Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X3 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində vəfat etməsini və Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. X6 27 iyun 2024-cü il tarixdə yaşadıqları Goranboy rayonunun Qaxtut kəndində vəfat etmiş, Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X3 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində vəfat etməsini və Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 16 avqust 2024-cü il tarixli 03-16- 05/8-15-264/24 nömrəli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə aşkar edilməmiş, ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qaraçinar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 avqust 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Kəlbəcər rayon məcburi köçkünü Ərizəçi hazırda Goranboy rayonunun Qaxtut kəndində yaşayır. X2 ölən günə qədər Ərizəçi yanında yaşamışdır. İş materiallarında olan: “AZE seriyalı 05082204 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən (“əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır”-hakimin qeydi) görünür ki, X6 1934-cü ildə Kəlbəcər rayonunun Bağarsaq kəndində doğulmuş, Kəlbəcər rayonunun Bağarsaq kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan: X3 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X3 22 mart 1934-cü ildə doğulduğu və 27 iyun 2024-cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 1934-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağarsaq kəndində doğulmuş X6 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində vəfat etməsini və Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1934-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağarsaq kəndində doğulmuş X3 27 iyun 2024-cü il tarixdə Goranboy rayonunun Qaxtut kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1934-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağarsaq kəndində doğulmuş X3 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Qaxtut kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar