Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1002/2024 09.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçıə Mətləb qızının cavabdeh X3 qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi, son hesablaşmanın ödənilməsi və kompensasiya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıə Mətləb qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, 5 il üçün istifadə etmədiyi məzuniyyət pulunun və cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında konpensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə X7 ilə müqavilə əsasında Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Emil market”də satıcı vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixə kimi həmin marketdə işləmişdir. xx.xx.2022-ci il tarixdə işəgötürən Emil Mahmudov ona bildirmişdir ki, guya o, kassa aparatına 4-5 min manat dəyərində alqı-satqı üzrə hesablanmış ƏDV-ni özünə məxsus sosial kartına yükləmiş, nəticədə ona 7-8 min manat ziyan vurmuş və həmin əməliyyatı kassa işçisi X1 ilə birlikdə həyata keçirmişdir. Bundan sonra Emil Mahmudov ondan 7-8 min manat ziyanı tələb etmiş, o, isə etirazını bildirdikdə onun işdən azad olunduğunu bildirmişdir. Bundan sonra Emil Mahmudovdan işdən azad olunmağı barədə əmrin surətin və əmək kitabçasını istəmişdir. O, isə ona tələb etdiyi sənədlərini təqdim olunmasından imtina etmişdir. “Emil market”də işlədiyi 5 il ərzində əmək haqqı olaraq aylıq 350 manat nəğd şəkildə pul ödənilmişdir. Onun dediyinə görə aylıq əmək haqqı 400 manat olmuş, həmin məbləğdən 50 manat sosial sığrtaya ödənilmişdir. Lakin keçən müddət ərzində ona nə əmək haqqı kartı, nə də ki sosial kart verilməmişdir. Emil marketdə satıcı işləmiş, kassa əməliyyatını isə başqa şəxslər icra etmişdir. Qəbzlər üzrə yığılmış ƏDV-lər Bəkir Mahmudov tərəfindən icra olunmuşdur. Bundan sonra o, əmək kitabçasını, işdən azad olunması barədə əmirn surətini, 5 il ərzində istifadə etmədiyi məzuniyyət pulunun tələbi barədə əmək müfəttişliyinə, vergilər xidmətinə və Kürdəmir rayon prokurorluğuna müraciətlər ünvanlamışdır. Vergilər xidmətinə ünvanladığı məktublardan sonra Emil Mahmudov haqlı olaraq qanuna müfaviq qaydada cərimə olunmuşdur. Cavabdeh tərəfindən əmək kitabçası xx.xx.2023-cü il tarixdə ünvanına göndərilmişdir. Məktubu açarkən orada əmək kitabçasının olduğunu görmüş, tanış olarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını görmüşdür. Bundan sonra həmin maddənin ləğv edilməsi və əmrin surətinin ona təqdim olunması ilə bağlı cavabdehə müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, onun işdən azad olunması ilə bağlı əmrin surəti bu günə kimi ona təqdim olunmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət ünvanlasa da heç bir nəticəsi olmamışdır. Həmçinin Əmək Məcəlləsində 70-ci maddənin “ç” bəndi olduğundan heç bir yerdə işə qəbul oluna bilmir. Yalnız yüngül işlərdə yəni xadimə kimi vəzifələrdə işləyib. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək göstərdi ki, İddiaçı 2017-ci ildən onun mağazasında satıcı işləyib. Marketdə olan alış-veriş barədə hər ay vergilər iarəsinə bəyannamə verir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyannamə verərkən ona 350000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat vermişlər. Marketdə 350000 manat alış-veriş dövriyyəsi olmadığı üçün işçilərdən bu barədə soruşmuş, lakin heç kimi etiraf etməmişdir. Sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, mağazanın işçisi Taryel Mehtiyev və İddiaçı kassada yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə qazanc əldə etmişlər. Həmin sistem vasitəsilə 3044 manat pulu ələ keçirilmiş, 3089 manat pulun isə gözləmədə olduğu müəyyən edilmişdir. Onlardan həmin pulu geri istəmiş, lakin həmin şəxslər pulu ödəməkdən boyun qaçırmışlar. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam vermişdir. Əmək kitabçası İddiaçı göndərilmiş, lakin əmrin surəti ona təqdim olunmamışdır. İddiaçı kassa aparatında apardığı əməliyyatlarla bağlı heç bir invertarlaşdırma aparmamış, heç bir yoxlama həyata keçirməmişdir. Cavabdeh izahatının sonunda işin göstərilən hallarını nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Emil” marketə satıcı işinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X2 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına eyni zamanda arayışlar, iddiaçının ayr-ayrı orqanlara yazdığı ərizələr və cavab məktubları, sms-lər və digər sənədlər əlavə edilmişdir. İşin faktiki hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Emil” market satıcı işinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənidən əsasən xitam verilmişdir. Əsas kimi isə işçinin əmək funksiyalarını yerinə yetirməməsi, işçinin mağazadan kassa apaatına əsassız daxil olmalar etdiyi göstərilmişdir. İddiaçının həmin müddətdə kassa aparatına heç bir müdaxilə etmədiyini, mağazadan artıq ödəniş vurmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 144.2. 2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. - 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. -187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. -198.Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. - 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; - 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. - 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. -203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. -205.1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. - 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; - 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. - 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. - 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. - 301.1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
2. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Məhkəmə əmək qanunvericiliyinin hazırki işlə bilavasitə əlaqəsi olan, yuxarıda xronoloji ardıcıllıqla göstərdiyi normaları bu mübahisənin həllinə tətbiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvələn, cavabdehin iddiaya dair məhkəməyə ünvanladığı ərizəsində və xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin preambulasında göstərmişdir ki, iddiaçı 2022-ci ilin oktyabr və noyabr aylarında satıcı vəzifəsində çalışdığı halda, digər iş yoldaşı ilə əlbir olaraq, kassaya müdaxilə edərək real olmayan 296626.67 manat (ƏDV nəzərə alınmadan) satış edərək ƏDV çeki əldə edib, qardaşı Kərimov Turalın adına hesab açdığı EDV portalına əlavə etdiyindən və marketdə kassaya vurulmamış mallar çıxardığına görə ƏM-nin 10-cu maddəsinin a və b bəndlərinin. Həmçinin ƏM-nin 70-ci maddəsinin 72-ci maddəsinin a bəndinə görə əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirərək əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh işəgötürənə dəymiş ziyanla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Bundan əlavə, cavabdeh iddiaçı barəsində intizam tənbeh tədbiri görməmişdən əvvəl ondan yazılı izahatın verilməsini tələb etməmiş, əmrə əsas olan sənədlər əmrin özündə belə göstərilməmişdir. Ona görə də, ƏM-nin 300-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İddiaçının fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi ilə bağlı cavabdehin dəlilləri əsassız hesab edilir ona görə ki, ƏM-nin 296-cı maddəsinin 2ci nəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işin faktiki və mübahisə edilməyən hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti bu günə kimi iddiaçıya verilməmişdir. İşə əlavə edilmiş, iddiaçının ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı ərizələrinə verilmiş cavab məktublarında əmək müqaviləsinə xitam verilməsi barədə təsdiq edici sənədi təqdim edə bilmədiyinə görə müvafiq araşdırmaların aparılmasından imtina edilmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, mübahisə zamanı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X6 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Bundan əlavə, iddiaçı hazırki iddia tələbləri ilə əmək kitabçasının ona təqdim edildiyi 2023-cü ilin sentyabr ayında məhkəmədə iddia qaldırmış, lakin cavabdeh kimi X4 yox, səhvən marketdə faktiki rəhbərliyi həyata keçirən qardaşının adını göstərdiyi üçün ərizəsini geri götürmüş və müvafiq dəyişiklik edəndən sonra yenidən məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Halbuki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstanaqarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddiasında 1) onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, 2) 5 il üçün istifadə etmədiyi məzuniyyət pulunun və 3) cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında konpensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyi halda, məhkəmə iclasında həmin marketdə işləmək istəmədiyini bildirmiş və öz xahişi ilə işdən azad edilməsi barədə əmrin məzmununda müvafiq dəyişiklik edilməsini cavabdehə təklif etmiş, cavabdeh bundan imtina etmişdir. Bundan əlavə, iddiaçı iş buraxma dövründə əmək müqaviləsi olmadan ayrı-ayrı yerlərdə xadimə işlədiyi üçün cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında konpensasiyanın ona ödənilməsi hissəsindən də şifahi olaraq imtina etmişdir. Göstərilən şərtlər daxilində tərəflər barışıq sazişini bağlamaqdan imtina etdiklərinə görə, mübahisəyə mahiyyəti üzrə baxılmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməs ilə bağlı sahibkar X2 xx.xx.2022-ci il tarixli 90 nömrəli əmri ləğv edilməli, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməs ilə bağlı sahibkar X2 xx.xx.2022-ci il tarixli 90 nömrəli əmri ləğv edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi cavabdeh X3 tapşırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
SƏDRLİK EDƏN: X.X.İMANOV