Məhkəmə qərarları › İş №2(041)-1036/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1036/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1036/2023 05.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Əlhüseyn qızının iştirakı ilə, İddiaçı Əlhüseyn qızının Cavabdeh qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlhüseyn qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində iddiaçıya vurduğu maddi ziyana görə 25700 manat, mənəvi ziyana görə isə 100000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında sənədlər araşdırılarkən məlum oldu ki, cavabdeh Ağdam şəhəri Tofiq İsmayıl küçəsi ev 2/17-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayır. Cavabdeh ərizəsinə yaşayış yeri haqqında sübut əlavə etmədiyindən, iş materiallarına əlavə edilmiş sənədlərdə cavabdehin Ağdam şəhəri Tofiq İsmayıl küçəsi ev 2/17-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşadığı təsdiq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, aşağıdaki əsaslara görə mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(106)-174/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Ağdam şəhəri Tofiq İsmayıl küçəsi ev 2/17-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2, 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Mülki-Prosessual Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 35 və 45-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Əlhüseyn qızının Cavabdeh qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması ücün Ağdam rayon məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM MÜSEYİB BAYRAMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar