Məhkəmə qərarları › İş №2(041)-1046/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1046/2024

29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1046/2024 29.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 08.*2.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 ** avqust *974-cü il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qardaşı X*3 mərhum valideynləri X*4 ilə X2 birgə nikahlarından 08.*2.*973-cü il tarixdə doğulmuş və ona doğum haqqında şəhadətnamə almışlar. Qardaşı Natiq anadangəlmə xəstə doğulduğuna görə mərhum valideynləri onu uzun muüddət müalicə etdirsələr də, müalicənin heç bir nəticəsi olmamış və o, doğulandan 8 ay sonra, yəni ** avqust *974-cü il tarixdə ölmüş və onu yaşadıqları Kürdəmir şəhər qəbristanlığında dəfn etmişlər. Qardaşı Natiqin körpə ikən ölməsi valideynlərinə çox pis təsir etdiyindən həmin vaxt ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda o, ailə üzvləri ilə birlikdə mərhum valideynlərindən miras qalan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi ilə bağlı vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum qardaşı Natiqin ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, 2024-cü ilin mart ayının axırlarında Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum qardaşı X9 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı Natiqin ölümünün qeyd edtilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişlər. O, mərhum qardaşı X9 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də 08.*2.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 ** avqust *974-cü il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur X4 isə Namiqin qardışıdır. X4 08.*2.*973-cü il tarixdə doğulmuşdur. Natiq doğulandan sonra uzun müddət xəstə olmuş və valideynləri onu müalicə etdirsələr də, müalicənin heç bir nəticəsi olmamış və Natiq doğulandan 8 ay sonra ** avqust *974-cü il tarixdə ölmüşdür. Mərhum Natiqi yaşadıqları Kürdəmir şəhər qəbristanlığında dəfn etmişlər. O, Natiqin dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid İsmayılova Qalina X* ilə eyni məzmunda ifadə verib qonşulara Ərizəçi qardaşı X9 08.*2.*973-cü ildə Kürdəmir şəhərində doğulduğunu, onun ** avqust *974-cü il tarixdə xəstəlikdən öldüyünü və Kürdəmir şəhər qəbristanlığında dəfn edildiyini təsdiq etdi. O, yaxın qonşu kim mərhum Natiqin bütün yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, İİ-JQ 32*8*8 nömrəli Arayışından görünür ki, X*3 08.*2.*973-cü il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*0-*3*-25/2024 nömrəli məktubdan görünür ki, onun 08.*2.*973-cü il təvəllüdlu qardaşı X9 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş X7, X*0 və X3 iştirakı ilə *5.05.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X*3 *973-cü ildə Kürdəmir şəhərində anadan olmuş, *974-cü ildə isə Kürdəmir şəhərində ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum qardaşı X*3 mərhum valideynləri X*4 ilə X2 birgə nikahlarından 08.*2.*973-cü il tarixdə doğulmuş və ona doğum haqqında şəhadətnamə almışlar. Qardaşı Natiq anadangəlmə xəstə doğulduğuna görə mərhum valideynləri onu uzun muüddət müalicə etdirsələr də, müalicənin heç bir nəticəsi olmamış və o, doğulandan 8 ay sonra, yəni ** avqust *974-cü il tarixdə ölmüş və onu yaşadıqları Kürdəmir şəhər qəbristanlığında dəfn etmişlər. Qardaşı Natiqin körpə ikən ölməsi valideynlərinə çox pis təsir etdiyindən həmin vaxt ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda o, ailə üzvləri ilə birlikdə mərhum valideynlərindən miras qalan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi ilə bağlı vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum qardaşı Natiqin ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, 2024-cü ilin mart ayının axırlarında Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum qardaşı X9 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı Natiqin ölümünün qeyd edtilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişlər. O, mərhum qardaşı X9 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin 08.*2.*973-cü il təvəllüdlü qardaşı X9 **.08.*974-cü il tarixdə Kürdəmir şəhərində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X7 və X5 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, 08.*2.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 **.08.*974-cü il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.*2.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 **.08.*974-cü il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar