Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1063/2023 14.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 04.09.*968-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş əri X8 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, X3 ilə xx.xx.2007-ci il tarixdə evlənib nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. X3 ilə birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Mərhum əri X2 Federasiyasının vətəndaşı olmaqla uzun müddət Rusiyada yaşamıdır. O, ürək çatmamazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə son vaxtlar xəstəliyi ilə əlaqədar Rusiyaya getməmiş və üç ildən artıq müddətdə yaşadığımız Kürdəmir rayonunun Şilyan kəndində yaşamışdır. Mərhum əri uzun müddət müalicə olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə yaşadıqları Şilyan kəndindəki evlərində vəfat etmişdir. Mərhum ərinin vəfatı ilə əlaqədar Şilyan Həkim məntəqəsinə müraciət edib onun ölümü ilə bağlı ölüm haqqında məlumat vərəqəsini alıb ölümün qeyd edilməsi üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına təqdim etmiş, lakin mərhum əri Rusiya Federasiyasının vətəndaşı olduğuna görə Xəstəxanada onun olməsi ilə bağlı sənədin verilməsinin mümkün olmadığını bildirmişlərp. Hazırda mərhum əri X5 istər yaşadıqları Şilyan kəndində və istərsə də Rusiya Federasiyasında olan əmlakları ilə bağlı ailələrinə vacib olan sənədləşmə işlərinin aparılması üçün mərhum ərinin ölümü haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Buna görə Şilyan Həkim məntəqəsindən aldığı Ölüm haqqında məlumat vərəqəsini Maraqlı şəxsnə təqdim etmişdir. Maraqlı şəxsndə ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olduğunu bildirib ona olüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah edib, ona bu barədə məktub vermişlər. O, mərhum əri X8 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də 04.09.*968-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş əri X8 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*3 ifadəsində göstərdi ki, X3 onun qardaşıdır. Qardaşı Müslüm uzun müddət Rusiya Federasiyasında yaşamaqla Rusiya Federasiyasının vətəndaşıdır. Müslüm Rusiyada yaşadığı müddətdə xəstəliyə tutulmuş və son 3 ili Şilyan kəndindəki evində yaşamış və uzun müddət müalicə olunsa da, xx.xx.2023-cü il tarixdə Şilyan kəndindəki evində ölmüşdür. Qardaşı Müslüm vəfat edəndən sonra onu Şilyan kəndinin qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X* Bəybala Mahmud oğlu ilə eyni məzmunda ifadə verib qardaşı X8 xx.xx.2023-cü il tarixdə Şilyan kəndindəki evində öldüyünü və onu Şilyan kəndinin qəbristanlığında dəfn etdiklərini bildirdi. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 324085 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 ilə Ərizəçi arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X*6 ifadəsində göstərdi ki, X3 onun həmkəndlisi olmaqla uzun müddət qonşuluqda yaşamışdır. Müslüm Rusiyada yaşadığı müddətdə xəstəliyə tutulmuş və Şilyan kəndində yaşadığı 3 il ərzində mütəmadi müalicə olunsa da müalicənin heç bir nəticəsi olmamış və o, xx.xx.2023-cü ildə Şilyan kəndindəki evində vəfat etmişdir. X*5 vəfat edəndən sonra onu Şilyan kəndinin qəbristanlığında dəfn etmişlər, yaxın qonşu kimi onun bütün yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, AZ-İ *47**97 nömrəli arayışdan görünür ki, X*4 04.09.*968-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və Şilyan kənd Həkim məntəqəsi tərəfindənKürdəmir rayon Mərkəzi Xəstəxanasına təqdim etmək üçün verilmiş Ölüm haqqında məlumat vərəqəsinin surətindən görünür ki, X*5 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndindəki evində ürək çatışmamazlığı xəstəliyindən ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-*6/5-8-*0-2xx-xx/2023 nömrəli məktubdan görünür ki, onun 04.09.*968-ci il təvəllüdlü əri X6 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi X3 ilə xx.xx.2007-ci il tarixdə evlənib nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. X3 ilə birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Mərhum əri X2 Federasiyasının vətəndaşı olmaqla uzun müddət Rusiyada yaşamıdır. O, ürək çatmamazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə son vaxtlar xəstəliyi ilə əlaqədar Rusiyaya getməmiş və üç ildən artıq müddətdə yaşadığımız Kürdəmir rayonunun Şilyan kəndində yaşamışdır. Mərhum əri uzun müddət müalicə olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə yaşadıqları Şilyan kəndindəki evlərində vəfat etmişdir. Mərhum ərinin vəfatı ilə əlaqədar Şilyan Həkim məntəqəsinə müraciət edib onun ölümü ilə bağlı ölüm haqqında məlumat vərəqəsini alıb ölümün qeyd edilməsi üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına təqdim etmiş, lakin mərhum əri Rusiya Federasiyasının vətəndaşı olduğuna görə Xəstəxanada onun olməsi ilə bağlı sənədin verilməsinin mümkün olmadığını bildirmişlərp. Hazırda mərhum əri X5 istər yaşadıqları Şilyan kəndində və istərsə də Rusiya Federasiyasında olan əmlakları ilə bağlı ailələrinə vacib olan sənədləşmə işlərinin aparılması üçün mərhum ərinin ölümü haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Buna görə Şilyan Həkim məntəqəsindən aldığığı Ölüm haqqında məlumat vərəqəsini Maraqlı şəxsnə təqdim etmişdir. Maraqlı şəxsndə ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olduğunu bildirib ona olüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah edib, ona bu barədə məktub vermişlər. O, mərhum əri X8 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin 04.09.*968-ci il təvəllüdlü əri X8 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində yaşadığı evdə ölməsi Ölüm haqqında məlumat vərəqəsinə, həmçinin ərizəçinin özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X7, X4 və X*2 oğlunun ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X*0 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, 04.09.*968-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş əri X8 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.09.*968-ci il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş əri X8 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1063/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1063/2023
14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver