Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1090/2024 09.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X*4 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, *9.09.*97*-ci ildə Kürdəmir rayonunda anadan olmuş arvadı X5 *7.06.2004-cu ildə tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərəziçi Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X7 ilə nikahlarını 04.*2.*99*-ci ildə qeyd etdirməklə ailə həyatı qurublar. X*0 *9.09.*97*-ci ildə anadan olmuş və *7.06.2004-cü ildə vəfat etmişdir. Onu Kürdəmir rayon qəbirstanlığında dəfn etmişlər. Səhlənkarlıqları ucbatından onun ölümü ilə bağlı şəhadətnamə almamışdır. Hazırda yenidən ailə həyatı qurmuş, lakin mərhum arvadının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün nikahını qeydə aldıra bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, arvadının ölümü barədə Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. X5 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Odur ki, X5 *7.06.2004-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qohumudur. Ərizəçinin arvadı Afət onun bacısıdır. Bacısı Afət uzun sürən xəstəlikdən sonra 2004-cü ildə vəfat edib. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında dindirilmiş şahid X8 digər şahid X2 ilə eyni məzmunda ifadə verərək Afət Şükürovanın *7.06.2004-cü ildə öldüyünü, onun Kürdəmir rayon qəbirstanlığında dəfn edildiyini təsdiq etdi. İşə əlavə olunmuş *999628 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X4 *9.09.*97*-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 02,02.2024-cü il tarixli, 3-*6-5/8*0-xx-xx/2024 nömrəli məktubdan görünür ki, X5 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona rayon məhkəməsinə müraciət etməsi izah edilmişdir. İşdə olan aktın surətindən görünür ki, X7 *7.06.2004-cü ildə vəfat etdiyi, Kürdəmir rayon ərazisində yerləşən Şıxlıq qəbiratanlığında dəfn edildiyi göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi arvadı-*9.09.*97*-cü ildə anadan olmuş X7 *7.06.2004-cü ildə ölmüş, Kürdəmir rayon qəbristanlığında dəfn edilmişlər. X* ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi yenidən nikaha daxil ola bilmir. X5 *7.06.2004-cü ildə ölməsi və onun Kürdəmir rayon qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun*2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının *.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.*-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi *9.09.*97*-ci ildə anadan olmuş əri X5 *7.06.2004-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2004-cü il tarixli, 3-*6-5/8-*0-xx-xx/2024 nömrəli məktubunda X5 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, *9.09.*97*-cü ildə anadan olmuş X5 *7.06.2004-cü ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *9.09.*97*-cü ildə anadan olmuş X5 *7.06.2004-cü ildə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *9 sentyabr *97*-cü ildə anadan olmuş X5 *7 iyun 2004-cü ildə Kürdəmir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən * (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1090/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1090/2024
09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver