Məhkəmə qərarları › İş №2(041)-1091/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1091/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1091/2024 08.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, ərizəçi X3 iştirakı ilə Ərizəçi X3 Maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X9 məhkəməyə ərizə ilə müraciət edərək *5.03.*929-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X4 *3 yanvar *985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X9 ərizəni müdafiə edərək göstərdi ki, X*0 onun atasıdır. Atası Ş.Həsənov *5.03.*929-cu il tarixdə Kürdəmir rayonunda anadan olub. Uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Ş.Həsənov **.0*.*985-ci il tarixdə uzun sürən xəstəlik səbəbindən vəfat etmişdir. Onu *3.0*.*985-ci il tarixdə Kürdəmir şəhər qəbristanlığınbda dəfn etmişlər. Ş.Həsənova ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş lakin qeydiyyat şöbəsində heç bir akt aşikar edilməmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyirlər, lakin mərhum atasının ölüm haqqında sənədi olmadığından torpaq sahəsinin sənədləşdirilməsi mümkünsüzdür. Bu səbəbdən atası Ş.Həsənovun ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, 2024-cü ilin yanvar ayında Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum atası X4 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə atası X4 ölümünün qeyd edtilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişlər. O, mərhum atası X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də *5.03.*929-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş X4 *3 yanvar *985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*4 ifadəsində göstərdi ki, X2 onun qaynatasıdır. Lakin onlara gəlin gəlməmişdən əvvəl həmdə qohum olduqlarından onu yaxşı tanımışdır. Mərhum X* uzunsürən xəstəlikdən sonra *3.0*.*985-ci il tarixdə vəfat etmişdir. Onu təxminən həmin vaxtlarda yaşadıqları Kürdəmir şəhər qəbristanlığında dəfn etmişlər. Onun valideynləri, Şamilin dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X*2 ifadəsində göstərdi ki, X2 onun qaynatasıdır. Lakin onlara gəlin gəlməmişdən əvvəl həmdə qohum olduqlarından onu yaxşı tanımışdır. Mərhum X* uzunsürən xəstəlikdən sonra *3.0*.*985-ci il tarixdə vəfat etmişdir. Onu təxminən həmin vaxtlarda yaşadıqları Kürdəmir şəhər qəbristanlığında dəfn etmişlər. O, mərhum qaynatası Şamilin dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X*3 ifadəsində göstərdi ki, X2 onun qudasıdır. Onun qızı Yeganə mərhumun gəlinidir. Lakin mərhumla quda olmamışdan əvvəl həmdə qohum olduqlarından onu yaxşı tanımışdır. Mərhum X* uzunsürən xəstəlikdən sonra *3.0*.*985-ci il tarixdə vəfat etmişdir. Onu təxminən həmin vaxtlarda yaşadıqları Kürdəmir şəhər qəbristanlığında dəfn etmişlər. O, mərhum qudası Şamilin dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş NZ-N-073022* nömrəli Hərbi biletin surətindən görünür ki, X2 *929-cu il tarixdə Kürdəmir şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən X7 göndərilmiş *2.0*.2024-cü il tarixli, 5/8-06-25 nömrəli məktubdan görünür ki, onun *5.03.*929-cu il təvəllüdlu atası X2nun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş X*2, X*3 və X** iştirakları ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X*0 *985-ci ildə Kürdəmir şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qəbristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, X2 *929cu il tarixdə anadan olmuş və *985-ci il tarixdəvəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X5 mərhum atası X*0 *5.03.*929-cu il tarixdə Kürdəmir rayonunda anadan olub. Uzun müddət Rusiya Federasiyasında yaşamış və **.0*.*985-ci il tarixdə uzun sürən xəstəlik səbəbindən vəfat etmişdir. Onu *3.0*.*985-ci il tarixdə Kürdəmir şəhər qəbristanlığınbda dəfn etmişlər. Qızı Ərizəçi atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş lakin qeydiyyat şöbəsində heç bir akt aşikar edilməmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək istəyir, lakin mərhum atasının ölüm haqqında sənədi olmadığı səbəbindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən atası Ş.Həsənovun ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, 2024-cü ilin yanvar ayında Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum atası X4 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə atası X4 ölümünün qeyd edtilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah etmişlər. O, mərhum atası X4 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin *5.03.*929-cu il təvəllüdlü atası X4 *3.0*.*985-ci il tarixdə ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X*2, X*3 və X** ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizəçi X5 ərizəsi təmin edilməli, *5.03.*929-cu il təvəllüdlü atası X4 *3.0*.*985-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *5.03.*929-cu il təvəllüdlü X4 *3.0*.*985-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar