Məhkəmə qərarları › İş №2(041)-110/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-110/2024

18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-110/2024 18.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 23 aprel *929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş atası X* 06 noyabr 20*7-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətqnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 0*.**.2023-cü il tarixdə keçirildikdən sonra məhkəmə baxışı iclası *7.**.2023-cü il il, 07.*2.2023-cü il, *8.*2.2023-cü il və *8.0*.2024-cü il tarixlərə təyin edilərək məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə və maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Qeyd olunduğu kimi, tərəflər rəsmi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlamaq üçün əsas olan hallardan biri də işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar