Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1145/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1986-cı ildə Kürdəmir şəhərində anadan olmuş Babaşova Turan Hüseynağa qızınun xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, Babaşova Turan Hüseynağa qızı onun qızıdır. Qızı Turan xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində doğulmuş, xx.xx.1993-cü il tarixdə məktəbə gedərkən avtoqəza olmuş, Turanəni xəstəxanaya aparsalarda o, xəstəxanada ölmüş və onu Kürdəmir rayonunda, kənd qəbrstanlğında dəfn etmişlər. Qızı Turan öləndən sonra onlar heç bir orqana müraciət etməmiş və onun ölümünü qeyd etdirməmişlər.1998-ci ildə torpaq isalahatı zamanı ailələrinə pay torpaqğı verilərkən,vəfat etmiş qızı Turanın da adı Dövlət aktında qeydə alınmışdır. 2024-cü ildə əkinə görə subsidiyaların verilməsi üçün pay torpaqlarına çıxarışın əldə olunması ilə əlaqadar Reystr xidmətinə müraciət etmiş,lakin qızı vəfat etsə də dövət aktında onun adının yaşayan şəxs kimi göstərilməsi ona problemlər yaratmışdır. O, qızı Turanəyə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qızının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstədi ki, ərizəçi onun həmkəndçisidir. Ərizəçinin qızı Turan uşaqkən avto qəza nəticsində ölmüşdür. Belə ki, 1993-cü ildə Kürdəmir rayonunda “Köhnəbazar” adlanan yerdə məktəbdən çıxarkən, maşın Turanı vurmuşdur. Onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmamışdır. Turanın dəfnində iştirak etmişdir. O, kənd qəbirəstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Hüseynağa onun həmkəndlisidir. Kürdəmir rayonun Xırdapay kəndinə 50 ildən artıqdır ki, gəlin gəlmiş və orada yaşayır. Ərizəçi Hüseynağanın qızı məktəbə gedəkən avtoqəza nəticəsində vəfat etmiş, o, özü yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Xİİ-JQ 269828 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Babaşova Turan Hüseynağa qızı 24 noyabr 1986-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Babaşova Turan Hüseynağa qızınun Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X9 Ərizəçi adına ünvanlanmış xx.xx.2025-ci il tarixli,18-1- 49/2-B-20-xx-xx/2025 saylı məktubundandan görünür ki, Babaşova Turan Hüseynağa qızının ölümü barədə Kürdəmir rayon Mərkəzi Xəstəxanası”PHŞ-də heç bir məlumat tapılmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, Kürdəmir RİHB-nını Xırdapay kənd İƏD üzrə nümayəndəsi X3, Xıdrapay kənd Bələdiyyəsdinin sədri X6, Kürdəmir RPŞ İTB-nin baş inspektoru,kənd sahə müvəkkili X4, Babaşov Hüseyn Hüseynağa oğlu,X5 və X2 tərəfindən imzalanan aktdan görünür ki, həqiqətən Babaova Turan Hüseynağa qızı xx.xx.1993-cü il tarixdə vəfat etmiş və onu Kürdəmir rayon Xırdapay kənd qəbrstanlığında dəfn etmişlər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Babaşova Turan Hüseynağa qızı xx.xx.1986-cı ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. O, avtoqəza nəticəsində 19 sentyabr 1993-cü il tarixdə Kürdəmir rayonu, Xırdapay kəndində vəfat etmişdir. Onun xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda ölməsi şahid ifadələri, kənd sakinləri tərəfindən tərtib edilmiş akt və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Babaşova Turan Hüseynağa qızınun ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, Babaşova Turan Hüseynağa qızınun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Babaşova Turan Hüseynağa qızınun ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 24 noyabr 1986-cı ildə Kürdəmir şəhərində anadan olmuş Babaşova Turan Hüseynağa qızınun 14 sentyabr 1993-cü il tarixdə Kürdəmir rayonunda “köhnə bazar ” adlanan yerdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Babaşova Turan Hüseynağa qızına veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “14 sentyabr 1993-cü il”, öldüyü yer kimi “Kürdəmir rayonu”, ölüm səbəbi kimi “yol-nəqliyyat hadisəsi ” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-1145/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1145/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver