Məhkəmə qərarları › İş №2(041)-1166/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1166/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1166/2025 02.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonun Atakişili kəndində anadan olmuş mərhum X3nın xx.xx.2013-cu il tarixdə Kürdəmir rayonun Atakişili kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Mərhum X3 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Mərhum X3 ailə qurmamış və xx.xx.2013-cu il tarixdə yaşadığları evdə vəfat etmişdir. Bacısı Pəri vəfat edənə kimi onunla bir evdə yaşamışdır. X3 öləndən sonra onu Kürdəmir rayonunun "Şıxlıq" adlanan qəbristanlığında dəfn etmişlər. Bacısı Pərinin ölməsi ailəyə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışlar. Ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Kürdəmir rayonunun Atakişili kəndi ərazisində olan pay torpaq sahəsinə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq istəyərkən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3nın ölümünün qeyd edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də birgə mülkiyyətdə olan pay torpaq sahəsinin öz adına sənədləşdirilməsi mümkün olmamış və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi izah edilmişdir. Bundan sonra 2025ci ilin aprel ayında əvvəl Maraqlı şəxsnə müraciət edib mərhum bacısı Pəriyə ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Qeydiyyat şöbəsində bacısı Pərinin ölümünün qeyd edilmədiyini bildirib ona məhkəməyə müraciət etməyi izah edilmişdir. Bundan sonra ölüm haqqında tibbi şəhadətnamə almaq məqsədilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin xəstəxanada ölüm hadisələrinin qeyd kitabının saxlama müddətinin 3 il olmaqla vaxtı keçmiş sənədlərin utilizasiya olunması ilə bağlı mərhum X3nın ölümü barəsində Kürdəmir rayon Mərkəzi Xəstəxanasında heç bir məlumatın olmadığı bildirilmiş və bu barədə də məktub verilmişdir. O, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. X7 isə onun bacısıdır. O, xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Anidən təzyiqi düşdüyü üçün xəstəxanaya aparılan zaman vəfat etmişdir. Onu kənd camaatı Kürdəmir rayonunun Şıxlıq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. X7 isə onun bacısıdır. Pəri Kərimova ölümündən 1-2 gün qabaq möhkəm soyuq olmuş və nəticədə qrip olmuşdur. Axşama yaxın təzyiqi düşmüş və xəstəxanaya aparan zaman vəfat etmişdir. Onu Kürdəmir rayonunun Şıxlıq kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısıdır. X7 isə onun xalasıdır. X2 xx.xx.2013-cü il tarixdə təzyiqi birdən birə düşmüşdür. Xəstəxanaya aparan zaman ölmüşdür. Onu kənd camaatı Kürdəmir rayonunun Şıxlıq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/810-1xx-xx/2025 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X4 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmadı, ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi üçün ölüm faktını qeydə almaq səlahiyyətləri daxilində deyildir. Bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan Kürdəmir rayon Atakişili kənd soveti tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Kürdəmir rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-49/2-K-26xx-xx/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X4 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1969-cu ildə doğulmuş X4 xx.xx.2013-cü il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə doğulmuş X4 xx.xx.2013-cü il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar