Məhkəmə qərarları › İş №2(041)-1190/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1190/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1190/2024 01.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktınn müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ** dekabr *963-cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş qardaşı X5 *6 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qardaşı X9 ** dekabr *963cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş, Cəbrayıl rayonu işğal olunanarkən özü və ailə üzvləri mərhum qardaşı Mahirdə olmaqla məcburi köçkün kimi Kürdəmir rayonunda məskunlaşmışlar. Qardaşı Malik bir müddət Kürdəmir rayonunda yaşadıqdan sonra Rusya Federasiyasına getmiş, Rusiyanın vətəndaşı olmuş və uzun müddət orada yaşamışdır. Malikdə xərçəng xəstəliyi aşikar olunduğundan o, 2023-cü ilin əvvəllərində Kürdəmir rayonuna qayıtmış və ölənə kimi ərizəçi və ailə üzvləri ilə birlikdə Qaçqın şəhərciyində yaşamışdır. Malikin səhətinin ağırlaşması nəticəsində O, *3.06.2023cü il tarixdə Kürdəmir şəhərinin Qaçqınlar şəhərciyində vəfat etmişdir. Təcili yardım maşını gəlmiş və artıq mərhum dünyasını dəyişdiyi üçün çıxıb getmiş və heç bir sənəd verməmişdir. qardaşı X9 öləndən sonra onu valideynlərinin basdırıldığı yerdə Beyləqan şəhər qəbristanlığında dəfn etmişlər. Hazırda qardaşının barəsində ölüm haqqında sənəd əldə etmək zərurəti yaranmışdır. Belə ki, mərhumdan qalan əmlak və digər hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün vacibdir. Bu məqsədlə o, Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum qardaşı X5 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı X5 ölümünün qeyd edilmədiyini bildirib ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olmasını bildirib ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini izah edib bu barədə ona məktub vermişlər. Mərhum qardaşı X5 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də ** dekabr *963-cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş qardaşı X5 *3 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır, mərhum X7 onun qardaşıdır. Mərhum qardaşı X9 *6 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat etmiş və onu valideynlərinin basdırıldığı yerdə Beyləqan şəhər qəbristanlığında dəfn etmişlər. O, mərhum qardaşı X5 dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır, mərhum X7 onun qardaşıdır. Mərhum qardaşı X9 *6 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində uzun sürən xəstəlikdən sonra 60 yaşında vəfat etmiş və onu valideynlərinin basdırıldığı yerdə Beyləqan şəhər qəbristanlığında dəfn etmişlər. O, mərhum qardaşı X5 dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası, Kursk vilayəti, Kastorencki rayon Miqrasiya Xidmətinin Dairə İdarəsi tərəfindən verilmiş *3.03.2009-cu il tarixli, 38.08.62*000 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 **.*2.*963-cü il tarixdə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Daşveysəlli kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3*65/8*0*3725-2024 nömrəli məktubdan görünür ki, onun qardaşı **.*2.*963-cü il təvəllüdlü X5 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Ərizəçi, X8 və X3, Cəbrayıl rayon İHB-nin Minbaşlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Zakir Camalovun iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X9 *3 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində ölmüşdür. İş materiallarına əlavə edilmiş Cəbrayıl rayon İHB-nin Minbaşlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Zakir Camalovun iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, X9 həqiqətən *3 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində vəfat etmiş, *6.06.2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində yerləşən mərasim evində ehsan süfrəsi açılmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X2 qardaşı X9 ** dekabr *963-cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş, Cəbrayıl rayonu işğal olunanarkən özü və ailə üzvləri mərhum qardaşı olmaqla məcburi köçkün kimi Kürdəmir rayonunda məskunlaşmışlar. Qardaşı Malik bir müddət Kürdəmir rayonunda yaşadıqdan sonra Rusya federasiyasına getmiş, Rusiyanın vətəndaşı olmuş və uzun müddət orada yaşamışdır. Qardaşı Malikdə xərçəng xəstəliyi aşkar olunduğundan o, 2023-cü ilin əvvəllərində Kürdəmir rayonuna qayıtmış və ölənə kimi ərizəçi və ailə üzvləri ilə birlikdə Qaçqın şəhərciyində yaşamışdır. Malikin səhəti günügündən ağırlaşması nəticəsində O, *3.06.2023-cü il tarixdə Kürdəmir şəhərinin Qaçqınlar şəhərciyində vəfat etmişdir. Ərizəçinin dediklərindən Təcili yardım maşını gəlmiş və artıq mərhum dünyasını dəyişdiyi üçün çıxıb getmiş və heç bir sənəd verməmişdir. X9 öləndən sonra onu valideynlərinin basdırıldığı yerdə Beyləqan şəhər qəbristanlığında dəfn etmişlər. Hazırda qardaşının barəsində ölüm haqqında sənəd əldə etmək zərurəti yaranmışdır. Belə ki, mərhumdan qalan əmlak və digər hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün vacibdir. Bu məqsədlə o, Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum qardaşı X5 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı X5 ölümünün qeyd edilmədiyini bildirib ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olmasını bildirib ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini izah edib bu barədə ona məktub vermişlər. X5 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də ** dekabr *963-cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş X5 *3 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində ölməsi ərizəçinin izahatı, iş üzrə dindirilmiş şahidlər X6 və X* ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, ** dekabr *963-cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş X5 *3 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ** dekabr *963-cü il tarixdə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuş X5 *3 iyun 2023-cü il tarixdə Kürdəmir şəhərində salınmış Məcburi Köçkün şəhərciyində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar