Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1198/2024 30.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktınn müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 23 aprel 1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş X3nun 06 mart 2017-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X3 xx.xx.1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmaqla ölənə kimi Xırdapay kəndində yaşamış və xx.xx.2017-ci il tarixdə yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində ölmüşdür. X3 öləndən sonra onu Kürdəmir rayon qəbristanlığında dəfn etmişlər. Mərhum X14 öləndən sonra ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması üçün mərhum atası Əlsafanın ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum X3nun ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə atası Əlsafanın ölümünün qeyd edilmədiyini bildirib ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olmasını bildirib ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini izah edib bu barədə ona məktub vermişlər. Mərhum X3nun ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də 23 aprel 1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş X3nun 06 mart 2017-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğlu, mərhum X12 isə onun əmisidir. X4 xx.xx.2017-ci il tarixdə 88 yaşında vəfat etmiş və onu Kürdəmir rayon qəbristanlığında dəfn etmişlər. O, mərhum X4nun dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Məhəmmədin mərhum atası Əlsafa da onun qonşusu olmaqla yanaşı, bacısının qaynıdır. X12 88 yaşında, xx.xx.2017-ci il tarixdə vəfat etmiş və onu Kürdəmir rayon qəbristanlığında dəfn etmişlər. O, yaxın qonşu və qohum kimi mərhum Əlsafanın dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 Cəlil Şamil oğlu ilə eyni məzmunda ifadə verib qonşusu Ərizəçi X3nun 06 mart 2017-ci il tarixdə öldüyünü və Kürdəmir rayon qəbristanlığında dəfn edildiyini təsdiq etdi. O, yaxın qonşu kimi mərhum Əlsafanın dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının xx.xx.2005-ci il tarixli, AZE 03926020 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-441-25 nömrəli məktubdan görünür ki, onun atası xx.xx.1929-cu il təvəllüdlü X8 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş X13, X2, Ərizəçi, Kürdəmir rayon İHB-nin Xırdapay kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi X11 və X6 iştirakı ilə xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X12 06 mart 2017-ci il tarixdə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi Əlsafa oğlunun X3 xx.xx.1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmaqla ölənə kimi Xırdapay kəndində yaşamış və xx.xx.2017-ci il tarixdə yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində ölmüşdür. X3 öləndən sonra onu Kürdəmir rayon qəbristanlığında dəfn etmişlər. Mərhum X14 öləndən sonra ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması üçün mərhum atası Əlsafanın ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə ərizə ilə müraciət edib mərhum X3nun ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə atası Əlsafanın ölümünün qeyd edilmədiyini bildirib ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olmasını bildirib ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini izah edib bu barədə ona məktub vermişlər. Mərhum X3nun ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin xx.xx.1929-cu il təvəllüdlü X3nun xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X13, X2 və X6 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş X8 xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1929-cu il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş X8 xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1198/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1198/2024
30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver