Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1208/2023 03.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 26.0*.*983-cü il tarixdə Bakı şəhərində anadan olmuş bacısı X3 30 sentyabr *983-cü il tarixdə Kürdəmir rayonunun Böyük- Kəngərli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum bacısı X7 valideynləri X6 ilə X2 birgə nikahlarından 26.0*.*983-cü il tarixdə doğulmuş və ona doğum haqqında şəıhadətnamə almışlar. Bacısı Təranə anadangəlmə xəstə doğulduğuna görə validenləri onu uzun müddət müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamış və Təranə doğulandan 8 ay sonra, yəni 30 seyntyabr *983-cü il tarixdə ölmüş və onu yaşadıqları Kürdəmir rayonunun Böyük-Kəngərli kəndinin qəbristanlığında dəfn etmişlər. Bacısı Təranənin körpə yaşlarında ölməsi valideynlərinə çox pis təsir etdiyindən həmin vaxt ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum bacısı Təranənin ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edib mərhum bacısı X3 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə bacısı Təranənin ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum bacısı Təranənin ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, mərhum bacısı X3 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də 26.0*.*983-cü il tarixdə Bakı şəhərində anadan olmuş bacısı X3 30 sentyabr *983-cü il tarixdə Kürdəmir rayonunun Böyük-Kəngərli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*6 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi olmaqla qohumudur. Daşdəmirin bacısı mərhum Təranə *983-cü ilin yanvar ayında doğulub və o doğulavrkən anadangəlmə xəstə olub. Rüstəmin valideynləri Təranəni uzun müddət müalicə etdirsələr də, müalicənin heç bir nəticəsi olmamış və Təranə 30.09.*983cü il tarixdə ölmuşdür. Həmin gün Təranəni yaxın qohum əqrabanın və qonşuların iştakı ilə yaşadıqları Böyük Kəengərli kəndinin qəbristanlığında dəfn etmişlər. O, qohum və həmkəndli kim mərhum Təranənin dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X* Fariz Arif oğlu ilə eyni məzmunda ifadə verib qonşusu olan Ərizəçi 26.0*.*983-cü il tarixdə anadan olmuş bacısı, mərhum X3 valideynləri tərəfindən müalicə olunmasına baxmayaraq 30.09.*983-cü il tarixdə öldüyünü və onun yaşadıqları Böyük Kəngərli kənd qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs *7.05.2023-cü il tarixli, İX-JQ 370553 nömrəli arayışından görünür ki, X7 26.0*.*983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 06.*0.2022-ci il tarixli, 2/533 nömrəli məktubdan görünür ki, onun 26.0*.*983-cü il təvəllüdlü bacısı X3 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş, X8, X*0 və X*2 iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və Kürdəmir rayon İHB-nin Böyük Kəngərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Kürdəmir rayonunun Böyük Kəngərli kəndində Ərizəçi X7 adlı bacısı olmaş və 30.09.*983-cü ildə Böyük Kəngərli kəndində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum bacısı X7 valideynləri X6 ilə X2 birgə nikahlarından 26.0*.*983-cü il tarixdə doğulmuş və ona doğum haqqında şəıhadətnamə almışlar. Bacısı Təranə anadangəlmə xəstə doğulduğuna görə validenləri onu uzun müddət müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamış və Təranə doğulandan 8 ay sonra, yəni 30 seyntyabr *983-cü il tarixdə ölmüş və onu yaşadıqları Kürdəmir rayonunun Böyük-Kəngərli kəndinin qəbristanlığında dəfn etmişlər. Bacısı Təranənin körpə yaşlarında ölməsi valideynlərinə çox pis təsir etdiyindən həmin vaxt ona ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum bacısı Təranənin ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edib mərhum bacısı X3 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə bacısı Təranənin ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum bacısı Təranənin ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. O, mərhum bacısı X3 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin 26.0*.*983-cü il təvəllüdlü bacısı X3 30.09.*983-cü il tarixdə Kürdəmir rayonunun Böyük Kəngərli kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X*6 və X4 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli 26.0*.*983-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 30.09.*983-cü il tarixdə yaşadığı Kürdəmir rayonunun Böyük Kəngərli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.0*.*983-cü il tarixdə Bakı şəhərində anadan olmuş X3 30.09.*983-cü il tarixdə yaşadığı Kürdəmir rayonunun Böyük Kəngərli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1208/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1208/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver