Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1212/2025 12.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “X10 Xidməti” publik hüquqi şəxsin X11 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “X10 Xidməti” publik hüquqi şəxsin X11 Sistemlərinin İstismarı İdarəsinə (bundan sonra X11 Sistemlərinin İstismarı İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında 64-13 nömrəli xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və buraxılmış iş günlərinə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət X11 Sistemlərinin İstismarı İdarəsində baş mütəxəssis vəzifəsində işləmiş. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı o dəfələrlə cavabdeh idarəyə müraciət edərək işinə bərpa olunmağını xahiş etmiş, lakin ona imtina etmişlər. İşlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, X11 Sistemlərinin İstismarı İdarəsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən idarə üzrə bütün tutulan vəzifə ştat vahidi xx.xx.2024-cü Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatlanı Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X10 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmrilə "X10 Xidməti” ixtisara düşmüşdür. Ştat vahidinin ixtisara düşməsi barədə İddiaçı xəbərdarlıq edilmiş və o, xx.xx.2024-ci il tarixdə xəbərdarlığı öz imzası ilə qəbul edib götürmüşdür. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən X11 Sistemlərinin İstismarı İdarəsindən (keçmiş adı X3 İdarəsi) 14-cü dərəcəli baş mütəxəssis vəzifəsində çalışan K.A. Şəmiyev xx.xx.2024-cü il tarixdən iş yeri ixtisar olunduğundan, əmək stajından asılı olaraq azı 4 həftə qabaqcadan rəsmi xəbərdar edilməklə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir və son-haqq hesab aparılaraq ona ödənilmişdir. Əmr sistemə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir, hər bir şəxs özünə aid sima proqramında özünə aid bütün sənədləri görür. Lakin İddiaçı qanunvericiliklə həmin əmrdən şikayət vermə hüququ 1 ay müddət olduğu halda müddəti keçirdərək 6 ay sonra şikayət vermişdir. Göründüyü kimi İddiaçı şikayət vermə müddətini keçiridb. Həmçinin hazırda X11 Sistemlərinin İstismarı İdarəsində 14-cü dərəcəli baş mütəxəssis vəzifəsi yoxdur. İdarədə tək İddiaçı tutduğu ştat vahidi ixtisarı düşməyib, ondan başqa 158 nəfərin tutduğu ştat vahidi ixtisara düşüb və işdən çıxıblar. İddiaçı idarənin rəhbərliyi tərəfindən heç bir ədavət və düşmənçilik münasibəti göstərilməyib, ona qarşı heç vaxt qərəzli mövqeydə olunmamış, sadəcə onlardan aslı olmayan səbəblərə görə onun işədiyi ştat vahidi ixtisara düşdüyü üçün bu barədə ona xəbərdarlığı təqdim edərək əmək müqaviləsinə xitam verilmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı əmrdən şikayət vermə müddətini keçirtdiyinə, həmçinin yuxarıda sadalanan digər əsaslara görə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, ali təhsilli mütəxəssis olmaqla 1992ci il tarixdə Kürdəmir rayon Suvarma Sistemləri idarəsində fasilələrlə baş mütəxəssis vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq və töhmət almamış, intizam məsuliyyətinə cəlb edilməmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X10 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşməsi və AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi və bu barədə ona əlavə məlumat veriləcəyini bildirib həmin xəbərdarlığa imza edilmişdir. X11 Sistemlərinin İstismarı İdarəsinə yeni təyin edilmiş rəis M.A.Aşurov “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş struktru və ştat cədvəlinə əsasən X3 İdarəsi üzrə bütün tutulan vəzifə ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar olaraq özünün xx.xx.2024-cü il tarixli 64-13 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bütün bunlara baxmayaraq X11 Sistemlərinin İstismarı İdarəsinin rəisi M.A.Aşurov göstərilənlərin heç birinə məhəl qoymadan onun ali təhsilli mütəxəssis olmaqla neçə illik iş təcrübəsini nəzərə almadan Əmək Məcəlləsinə zidd olmaqla barəsində ayrı-seçkilik edərək xx.xx.2024-cü il tarixli, 64-13 nömrəli əmri ilə tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsini ləğv etmişlər. İddiaçı izahatının sonunda ailə vəziyətini, yaşını və qarşı tərəfin bütün nöqsanlarını nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı X3 İdarəsində 14-cü dərəcəli baş mütəxəssis vəzifəsində çalışmışdır. "X10 Xidməti" publik hüquqi şəxsin yaradılması ilə əlaqədar İddiaçı işlədiyi ştat vahidi ixtisara düşmüşdür. Ona ən azı 4 həftə qabaqcadan rəsmi xəbərdarlıq edildikdən sonra xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini (1 ay) keçirərək 6 ay sonra şikayət vermişdir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunmuş, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onların müsabiqə əsasında yenidən işə qəbul olunması, işçilərin bir qisminin Agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulmuşdur. X3 İdarəsi Həmkarlar ittifaqı komitəsinin sədri X12 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X10 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Bundan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X10 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən 159 nəfərin ştat vahidi ixtisara düşdüyü üçün X3 İdarəsi Həmkarlar ittifaqı komitəsinin 15 avqust 2024-cü il tarixli iclasında məsələ müzakirə edilmiş və əmək qanunvericiliyinin tələblərinə riayət etməklə ştat vahidlərin ixtisarına razılıq verilmişdir. Hətta özünün də ştat vahidi ixtisara düşdüyündən xx.xx.2024-cü il tarixli 64-13 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilmiş və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və X2 Xidməti yaradılmışdır. Həmin Fərmanın 4-cü bəndində Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X2 Xidməti işçilərinin say həddi cəmi 164 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 57 ştat vahidi və regional bölmələri üzrə 107 ştat vahidi müəyyən edilmişdir. Agentliyin tabeliyində tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X10 Xidməti, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin Meliorasiya X6 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X8 İnstitutu, tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X4 Müdiriyyəti, tabeliyindəki Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılmışdır (5-ci bənd). 6.7. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu:
1. Azərbaycan Dövlət Su X1 (şöbələr və sektorlar).
2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti və onun yerli bölmələri. Beləliklə, Agentliyin tabeliyində X10 Xidməti yuxarıda adı çəkilən Fərmanın 5-ci bəndinə əsasən yaradılmış, işçilərinin say həddi və ştat vahidləri həmin Fərmanın 4-cü bəndinə uyğun olaraq müəyyən edilmişdir. X11 Sistemlərinin İstismarı İdarəsi də Agentliyin tabeliyində olan X10 Xidmətinin struktur vahidi kimi yenidən təşkil edilmiş və İdarənin yeni strukturu və ştat vahidləri Agentliyin təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq Xidmət tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Fərmanın 4-cü bəndinə əsasən Agentliyin tabeliyində olan regional bölmələri üzrə 107 ştat vahidi müəyyən edildiyindən, bundan əvvəl həmin qurumlarda çalışan çoxlu sayda işçilər öz iş yerlərini itirmək məcburiyyətində qalmışdır. X11 Sistemlərinin İstismarı İdarəsindən əvvəl müvcud olmuş X3 İdarəsində çalışan 159 nəfər işçinin, o cümlədən, İddiaçı çalışdığı baş mütəxəssis ştat vahidi ixtisar edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, yeni yaradılmış X11 Sistemlərinin İstismarı İdarəsi tərəfindən ştat vahidləri ixtisara düşən işçilərə əmək stajına uyğun olaraq xəbərdarlıq məktubları göndərilmişdir. Bundan əlavə, X3 İdarəsi Həmkarlar ittifaqı komitəsinin 15 avqust 2024-cü il tarixli iclasında məsələ müzakirə edilmiş və əmək qanunvericiliyinin tələblərinə riayət etməklə ştat vahidlərin ixtisarına razılıq verilmişdir. İşdə olan, X11 Sistemlərinin İstismarı İdarəsinin “əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2024-cü il tarixli 64-13 nömrəli əmrinə əsasən “X3 İdarəsi” bölməsində "Baş mütəxəssis XİV-dərəcəli" vəzifəsində işləyən İddiaçı Aydın oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. - 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. - 143-cü maddəsinin 1-ci hissəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. - 144-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşdə olan, X11 Sistemlərinin İstismarı İdarəsinin “əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2024-cü il tarixli 64-13 nömrəli əmrinin 2-ci bəndində işçinin xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 54 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibat işinin təşkili və uçotu bölməsinə həvalə edilmişdir. Həmin əmrin 4-cü bəndində işçiyə işdənçıxarma müavinətinin ödənilməsi baş mühasibə tapşırılmışdır. Cavabdehin iddiaya dair etirazında və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının iddia müddəti keçməklə məhkəməyə müraciət etdiyini və bu əsasla iddianın rədd edilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Hazırki iş üzrə iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsini, habelə işə bərpa edilməsi və buraxılmış iş günlərinə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə uyğun olaraq hazırki mübahisə üzrə iddia müddəti Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq müəyyən edilməlidir. İddiaçı iddia müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Bundan əlavə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmiş, iddiaçının həmin əmrin ləğv edilməsi barədə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV