Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1213/2023 03.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X** və X8 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək *7.0*.20**-ci il tarixdə ölmüş mərhum atası X*3 və xx.xx.2006-cı il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *4 avqust *998-ci il tarixli, 08 saylı qərarı ilə mərhum atası X*3 və mərhum X2na Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,67 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. X2 xx.xx.2006-cı il tarixdə, atası X*3 *7.0*.20**-ci il tarixdə, qardaşı X*0 isə 26.02.20*8-ci il tarixdə ölmüşdür. Bacıları Rayə ilə Fatma ailə qurmaqla onların hər ikisi öz ailələri ilə birlikdə özlərinə məxsus olan evlərdə yaşayırlar. Mərhum valideynləri ölənə kimi onlara verilmiş pay torpaq sahəsindən özləri istifadə etmişlər. Mərhum valideynlərindən qalan bütün miras əmlakı, o cümlədən Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 0,67 hektar torpaq sahəsini onların ölümündən sonra digər vərəsələr olan bacılarının razılığı ilə o, özü qəbul edib idarə edir. Mərhum valideynlərindən qalan bütün əmlakı bacıları Rayə və Fatmanın razılığı ilə öz adına sənədləşdirmək istəyir. Bununla bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri toplayıb Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbulu müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Ona görə də *7.0*.20**-ci il tarixdə ölmüş mərhum atası X*3 və xx.xx.2006-cı il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X** ifadəsində göstərdi ki, onlar ailədə 2 qardaş iki bacı olmaqla, İddiaçı onun qardaşı, Fatma isə bacısıdır. Hər üçü ailə qurmaqla özlərinə məxsus olan evlərdə yaşayırlar. X2 xx.xx.2006-cı il tarixdə, atası X*3 *7.0*.20**-ci il tarixdə, qardaşım X*0 isə 26.02.20*8-ci il tarixdə ölmüşdür. Mərhum valideynlərindən miras qalan büütün əmlakı qardaşı İddiaçı qəbul etmiş və valideynlərindən qalan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən 0,67 ha torpaq sahəsindən hazırda qardaşı Hüseyn istifadə edir. O, valideynlərindən qalmış bütün miras əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X* Rayə Əskər qızı ilə eyni məzmunda ifadə verib mərhum valideynlərindən miras qalmış əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etdiyini, həmin əmlakla bağlı heç bir iddia tələbinin olmadığını bildirib bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ *88982 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 23.**.2022-ci il tarixli, AZ-İİ 309642 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 *7.0*.20**-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin 24.**.2022-ci il tarixli, AZ-İ898267 nömrəli arayışından görünür ki, X*0 26.02.20*8-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Atakişili kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 0*.05.2023-cü il tarixli, *009 nömrəli arayışdan görünür ki, mərhum atası X*3 onunla birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşamış, *7.0*.20**-ci il tarixdə vəfat etmiş və onun ailə üzvləri qızı Mürsəlova (Rzayeva) Rayə Əskər qızı, Məhərrəmova (Rzayeva) Fatma Əskər qızı və İddiaçı ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Atakişili kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 0*.05.2023-cü il tarixli, *0*0 nömrəli arayışdan görünür ki, mərhum X2 onunla birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşamış, xx.xx.2006-cı il tarixdə vəfat etmiş və onun ailə üzvləri qızı Mürsəlova (Rzayeva) Rayə Əskər qızı, Məhərrəmova (Rzayeva) Fatma Əskər qızı və İddiaçı ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 635 nömrəli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş X4 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin vərəsəlik qəbul müddəti ötürüldüyü bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının izahatını, üçüncü şəxslərin ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının *4 avqust *998-ci il tarixli, 08 saylı qərarı ilə mərhum atası X*3 və mərhum X2na Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,67 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. X2 xx.xx.2006-cı il tarixdə, atası X*3 *7.0*.20**-ci il tarixdə, qardaşım X*0 isə 26.02.20*8-ci il tarixdə ölmüşdür. Bacıları Rayə ilə Fatma ailə qurmaqla onların hər ikisi öz ailələri ilə birlikdə özlərinə məxsus olan evlərdə yaşayırlar. Mərhum valideynləri ölənə kimi onlara verilmiş pay torpaq sahəsindən özləri istifadə etmişlər. Mərhum valideynlərindən qalan bütün miras əmlakı, o cümlədən Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən 0,67 hektar torpaq sahəsini onların ölümündən sonra digər vərəsələr olan bacılarının razılığı ilə o, özü qəbul edib idarə edir. Mərhum valideynlərindən qalan bütün əmlakı bacıları Rayə və Fatmanın razılığı ilə öz adına sənədləşdirmək istəyirm. Bununla bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün lazım olan sənədləri toplayıb Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbulu müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. X3 və X8 valideynlərindən qalan bütün əmlakın iddiaçının adına sənədləşdirilməsinə razıdırlar. İddiaçı valideynlərindən miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, vərəsəliyin qəbulu müddətinin ötürüldüyünə görə ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı bacıları mərhum valideynlərindən miras qalan əmlakdan paylarına düşən hissəni qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı *7.0*.20**-ci il tarixdə ölmüş mərhum atası X*3 və xx.xx.2006-cı il tarixdə ölmüş mərhum X2ndan miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessuadl müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə İddiaçı *7.0*.20**-ci il tarixdə ölmüş mərhum atası X*3 və xx.xx.2006-cı il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı *7.0*.20**-ci il tarixdə ölmüş mərhum atası X*3 və xx.xx.2006-cı il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbi üzürlü hesab edilsin və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1213/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1213/2023
03.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver