Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1214/2025 24.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 235 manat ümumilikdə isə iki uşağa görə 470 manat alimentin ödənilməsi tələbinə əsasən 17 fevral 2025-ci il tarixinədək yığılmış 3320 manat (üç min üç yüz iyirmi manat) gecikdirilmiş borcun ödənilməsini və barışıq sazişi üzrə hər ayın 15 dən 29-na kimi olan 470 manat məbləğin tam ödənilməsi barədə Barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 235 manat ümumilikdə isə 2 uşağa görə 470 manat aliment tələbilə maraqlı şəxs ödəməyə razılıq verilmişdir və həmin alimentin ödənilməsini öz üzərinə öhdəlik götürmüşdür. Lakin qarşı tərəf Barışıq sazişi üzrə 4 dəfə ödəniş olub mart ayı üzrə iki dəfə 1000 manat və 350 manat, aprel ayı 300 manat, oktyabr ayı 200 manat ümumilikdə 1850 manat, digər aylar üzrə uzərinə götürdüyü öhdəliyə də əməl etməyərək Sazişin tələblərini pozmuşdur. Ərəziçi məhkəməyə göndərdiyi teleqrammada öhdəsində xəstə uşağının olmasını nəzərə alaraq, ərizəyə iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barışıq sazişi bağlanarkən işlədiyi üçün alimenti vaxtında ödəmiş, hazırda işləmədiyindən borcu yaranmış və yaxın vaxtlarda borcunu ödəyəcəkdir. İş materiallarında olan, Elektron Məhkəmə informasiya sistemindən tərəflərə aid məlumat pəncərəsindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında, Maraqlı şəxs Kürdəmir rayonu Karrar kəndində qeydiyyatdadırlar. Onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarında olan, Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00114 nömrəli barışıq sazişinin 1.1-ci bəndindən görünür ki, “1.1.Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 bir uşağa görə 235 manat ümumilikdə isə 470 manat aliment ödəməyə razıdır və həmin məbləği mart ayından başlayaraq hər ayın 15-dən 30-dək uşaqlarının anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür.” Məhkəmə qeyd edir ki, Ərizəçi bundan əvvəl də ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində Bakı 10 saylı Mediasiya təşkilatında bir uşağa görə 235 manat ümumilikdə isə iki uşağa görə 470 manat alimentin ödənilməsi tələbinə əsasən 17 fevral 2025-ci il tarixinədək yığılmış 3320 manat (üç min üç yüz iyirmi manat) gecikdirilmiş borcun ödənilməsini və barışıq sazişi üzrə hər ayın 15 dən 29-na kimi olan 470 manat məbləğin tam ödənilməsi barədə Barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin ərizəsində əlavə tələblər irəli sürdüyünə görə və qətnamənin əsaslandırıcı hissəsində göstərilən digər nöqsan və çatışmamazlıqlara görə məhkəmənin 2(041)-839/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00114 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizəsində də, 17 fevral 2025ci il tarixinədək yığılmış 3320 manat (üç min üç yüz iyirmi manat) gecikdirilmiş borcun ödənilməsi və barışıq sazişi üzrə hər ayın 15 dən 29-na kimi olan 470 manat məbləğin tam ödənilməsi tələbini qoymuşdur. Halbuki, borcun ödənilməsi tələbi ilə bağlı iddia ərizələrinə xüsusi iddia icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, həmin hissələrdə icraata xitam verilməli, barışıq sazişinin təsdiq edilməsi hissəsində isə ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. (3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz.) Həmin Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355- 23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü madəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barışıq sazişi qanunun tələblərinə riayət edilməklə bağlanılmış, hər iki tərəf mediasiyada iştirak etmiş və saziş uşaqların saxlanılması üçün alimentin tutlması ilə bağlı Ailə Məcəlləsinin müddəalarına uyğundur. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya təşkilatında bağlanmış aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00114 nömrəli barışıq sazişi təsdiq edilsin. “1.1.Maraqlı şəxs bəyan edir ki, birgə nikah dövründə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 bir uşağa görə 235 manat ümumilikdə isə 470 manat aliment ödəməyə razıdır və həmin məbləği mart ayından başlayaraq hər ayın 15-dən 30-dək uşaqlarının anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür.” Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1214/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1214/2025
24.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver