Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1248/2025 23.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə anadan olmuş mərhum bacısı X9 xx.xx.2015-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, X6 onun bacısıdır. Bacısı Mahirə xx.xx.1970-ci ildə doğulmuş, xx.xx.2015-ci ildə vəfat etmiş və onu Kürdəmir rayonu Yenikənd kənd qəbirstanlığında dəfn etmişlər. Bacısı Mahirənin ölümü haqqında heç bir sənəd almamışlar. Daha sonra Qeydiyyat şöbəsinə müraciət etsələr də onun ölümü barədə sənəd əldə edə bilməmişlər. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün bu gün vərəsəliklə bağlı torpaq sanədini qeydiyatdan keçirə və heç bir əməliyyat apara bilmirlər. Bununla bağlı dövlət orqanlarına və o, cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. O, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi ilə əmi nəvəsidilər. Ərizəçinin bacısı X1 yaşayırdı. Ailəli deyildi. Öz evində də qəfildən ölmüşdür. Onu kənd camaatı Kürdəmir rayon Yenikənd kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində göstərdi ki, Ərizəçi ilə qudadılar. X9 pxisioloji xəstəliyi var idi. O, qəfildən ölmüşdür. Onu Kürdəmir rayonunun Yenikənd kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır. X6 isə onun xalasıdır. X3 pxisioloji xəstəliyi var idi. Narahat olduğu üçün, ancaq yatırdı. O, xx.xx.2015-ci il tarixdə qəfildən vəfat etmişdir. Onu Kürdəmir rayon Yenikənd kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 04768504 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və A3 ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1970-ci il tarixdə Kürdəmir rayon Yenikənd kəndində doğulmuşdur. X7, anası X8r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 108742 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 255943 nömrəli arayışdan görünür ki, X17 xx.xx.2007-ci il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-10-xx-xx/2025 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü X9 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmadı, ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır. Qeyd olunan sənədləri təqdim edə bilmədiyi üçün ölüm faktını qeydə almaq səlahiyyətləri daxilində deyildir. Bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Kürdəmir rayon Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 55 nömrəli arayışdan görünür ki, Kürdəmir rayonu Yenikənd kəndndə qeydiiyatda olmuş mərhum vətəndaş X13 xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində anadan olmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum Yenikənd kənd qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi ərazi bölmələrinin idarəetmə birliyi “Kürdəmir rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-49/2-İ-28xx-xx/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X9 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1970-ci ildə doğulmuş X9 xx.xx.2015-ci il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə doğulmuş X9 xx.xx.2015-ci il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X2 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1248/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1248/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver