Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1255/2023 01.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, ərizəçi X8 iştirakı ilə Ərizəçi X8 Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X*7 məhkəməyə ərizə ilə müraciət edərək bacıları 24.09.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 *4.03.*974-cü il tarixdə və 22.0*.*979-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş X*3 *8.05.*979-cu il tarixdə ünvan 2 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X*7 ərizəni müdafiə edərək göstərdi ki, o, *985-ci ildə Kürdəmir şəhərində anadan olub. Atası Paşa ilə anası Mirvarinin birgə nikahlarından 4 uşaqları olub. O və digər 3 bacı və qardaşları. Həmin uşaqlardan bir o qalır, qalan bacı və qardaşları vəfat ediblər. Vəfat edən * qardaşının ölümü qeydə alınıb və ölüm haqqında şəhadətnaməsi var. Lakin bacıları 24.09.*973-cü il tarixdə anadan olmuş X9 və 22.0*.*979-ci il tarixdə anadan olmuş X*0 ölümü qeydə alınmayıb. Bacısı Ofeliya doğulduğundan cəmi altı aya yaxın yaşayıb və vəfat edib. Digər bacısı Rəhilə doğulduğundan dörd ay sonra vəfat edib. Valideyinləri sağ olarkən bacıları Ofeliya və Rəhiləyə ölüm haqqında şəhadətnamə almayıblar. Valideyinləri sağ olarkən həmişə deyiblər ki, Ofeliya və Rəhilə adlı qızıları anadan olub və cəmi Oğeliya altı ay, Rəhilə isə 4 ay yaşayıb. Valideyinlərinin deməsinə görə qızları Ofeliyanın *974-cü ilin mart ayının *4-də, Rəhiələnin isə *979-cu ilin may ayının *8-də ölüblər. Öna görə ki, həmişə valideyinləri qızlarının həmin günlərdə ölməsini ona xatırladırdılar. O da bacılarının həmin illərdə aylarda və günlərdə öldüklərini bu səbəbdən bilir. Valideyinlərinin deməsinə görə hər iki bacısı qəflətən xəstələnib elə 2-3 günün içərisində ölüblər. O, belə hesab edir ki, atası və anası savadsız insanlar olduğundan vaxtında qızlarına ölüm haqqında şəhadətnamə almayıblar, sonradanda bunun üçün heç bir zərurət yaranmayıb. Lakin hazırda bacıçı Ofeliyanın və Rəhilənin ölüm haqqında şəhadətnamələrinə ehdiyacı var. Belə ki, valideyinlərimdən ona qalan evi və torpağı adına sənədləşdirmək istəyir. Arxiv sənədlərində bacısı Ofeliyanın və Rəhilənin adları olduğu üçün onların ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət edib, lakin oradan bacısı Ofeliyanın və Rəhilənin ölümlərinin qeyd edilmədiyi ona bildirilib və ölümün qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilib. Ona görə ki, həmin sənədi artıq başqa cür əldə edə bilmir. Ölümün qeyd edilməsi faktının müəyyən edilməsi məhkəmə qaydasında həll edildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də bacıları 24.09.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 *4.03.*974-cü il tarixdə ünvan 2 ünvanda və 22.0*.*979-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş X*3 *8.05.*979-cu il tarixdə ünvan 2 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*8 ifadəsində göstərdi ki, X*7 ilə hazırda qonşuluqda yaşayır. Qətibənin atası Paşa və anası Mirvari ilə uzun müddət qonşu kimi bir küçədə yaşayıblar. Uzun müddətdir ki, qətibənin atası Paşa və anası Mirvari vəfat ediblər. Qətibənin özündən başqa 2 bacı və * qardaşı olub. Onun həmin bacıları və qardaşı öblüblər. Qardaşı bir neçə il bundan əvvəl, bacıları isə çöxtan ölüblər. Hazırda valideyinlərindən qalan evdə Qətibə uşaqları ilə birlikdə tək yaşayır. Qətibənin bir bacısı Ofeliya*4.03.*974-cü il tarixdə, o biri bacısı Rəhilə isə *8.05.*979-cu il tarixdə yaşadıqları atalarına məxsus ünvan 2 yerləşən evdə ölmüşlər. Ofeliya və Rəhiləni vəfat edəndən sonra onu qohumların və qonşuların iştirakı ilə Kürdəmir rayonunun Şıxlıq adlanan qəbristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X*9 ifadəsində göstərdi ki, X*7 ilə hazırda qonşuluqda yaşayırvə onu bir qonşu kimi yaxından tanıyır. Qətibədən əvvəl onun valideyinləri ilə uzun müddət qonşu kimi bir küçədə yaşayıblar. Qətibənin atası Paşa və anası Mirvari çoxdandır ki, vəfat ediblər. Qətibənin özündən başqa 2 bacısı və * qardaşı olub. Qətibənin bacıları Ofeliya və Rəhilə ondan əvvəl doğulublar və ölüblər. Qətibə həmin bacılarını görməyib. Qətibənin qardaşı bir neçə il bundan əvvəl ölüb. Hazırda valideyinlərindən qalan evdə Qətibə uşaqları ilə birlikdə tək yaşayır. Qətibənin bir bacısı Ofeliya*4.03.*974-cü il tarixdə, o biri bacısı Rəhilə isə *8.05.*979-cu il tarixdə yaşadıqları atalarına məxsus ünvan 2 yerləşən evdə ölmüşlər. Ofeliya və Rəhiləni vəfat edəndən sonra onu qohumların və qonşuların iştirakı ilə Kürdəmir rayonunun Şıxlıq adlanan qəbristanlıqda dəfn etmişlər. İş materiallarına əlavə edilmiş 26.04.*99*-ci il tarixli, XİV-JQ № 475950 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*7 xx xxxxxx *985-ci il tarixdə X3 ilə X* birgə nikahlarından doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, AZ-32*2666 nömrəli arayışdan görünür ki, X*5 24.09.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, AZ-327978 nömrəli arayışdan görünür ki, X20 22.0*.*979-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 28.0*.2023-cü il tarixli, AZ-İ №*08667 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş 09.09.20*6-cı il tarixli, AZ-İ № 824844 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09.09.20*6-cı il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən X*4 göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-*6-5/8-*0-*09/2023 nömrəli məktubdan görünür ki, onun bacıları 24.09.*973-cü il təvəllüdlü X5 və *4.03.*974-cü il təvəllüdlü X*0 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X*7 ərizəni müdafiə edərək göstərdi ki, o, *985-ci ildə Kürdəmir şəhərində anadan olub. Atası Paşa ilə anası Mirvarinin birgə nikahlarından 4 uşaqları olub. O və digər 3 bacı və qardaşları. Həmin uşaqlardan bir o qalır, qalan bacı və qardaşları vəfat ediblər. Vəfat edən * qardaşının ölümü qeydə alınıb və ölüm haqqında şəhadətnaməsi var. Lakin bacıları 24.09.*973-cü il tarixdə anadan olmuş X9 və 22.0*.*979-ci il tarixdə anadan olmuş X*0 ölümü qeydə alınmayıb. Bacısı Ofeliya doğulduğundan cəmi altı aya yaxın yaşayıb və vəfat edib. Digər bacısı Rəhilə doğulduğundan dörd ay sonra vəfat edib. Valideyinləri sağ olarkən bacıları Ofeliya və Rəhiləyə ölüm haqqında şəhadətnamə almayıblar. Valideyinləri sağ olarkən həmişə deyiblər ki, Ofeliya və Rəhilə adlı qızıları anadan olub və cəmi Oğeliya altı ay, Rəhilə isə 4 ay yaşayıb. Valideyinlərinin deməsinə görə qızları Ofeliyanın *974cü ilin mart ayının *4-də, Rəhiələnin isə *979-cu ilin may ayının *8-də ölüblər. Öna görə ki həmişə valideyinləri qızlarının həmin günlərdə ölməsini ona xatırladırdılar. O da bacılarının həmin illərdə aylarda və günlərdə öldüklərini bu səbəbdən bilir. Valideyinlərinin deməsinə görə hər iki bacısı qəflətən xəstələnib elə 2-3 günün içərisində ölüblər. O, belə hesab edir ki, atası və anası savadsız insanlar olduğundan vaxtında qızlarına ölüm haqqında şəhadətnamə almayıblar, sonradanda bunun üçün heç bir zərurət yaranmayıb. Lakin hazırda bacıçı Ofeliyanın və Rəhilənin ölüm haqqında şəhadətnamələrinə ehdiyacı var. Belə ki, valideyinlərimdən ona qalan evi və torpağı adına sənədləşdirmək istəyir. Arxiv sənədlərində bacısı Ofeliyanın və Rəhilənin adları olduğu üçün onların ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət edib, lakin oradan bacısı Ofeliyanın və Rəhilənin ölümlərinin qeyd edilmədiyi ona bildirilib və ölümün qeyd edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsk hüququnun olması ona izah edilib. Ona görə ki, həmin sənədi artıq başqa cür əldə edə bilmir. Ərizəçinin bacıları 24.09.*973-cü il təvəllüdlü X5 *4.03.*974-cü il tarixdə, 22.0*.*979-cu il təvəllüdlü, X*0 *8.05.*979-cu il tarixdə ünvan 2 ünvanında yerləşən yaşadığı evdə ölməsi ərizəçinin özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X** və X*2 ifadələri ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizəçi X8 ərizəsi təmin edilməli, bacıları 24.09.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 *4.03.*974-cü il tarixdə və 22.0*.*979-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş X*3 *8.05.*979-cu il tarixdə ünvan 4 ünvanında yerləşən evdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.09.*973-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş X9 *4.03.*974-cü il tarixdə və 22.0*.*979-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş X*3 *8.05.*979-cu il tarixdə ünvan 4 ünvanında yerləşən evdə ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1255/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1255/2023
01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver