Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1259/2023 07.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılov Fərid Bəybala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 09.*0.*994-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş X4 *6.06.2023-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq kəndində yaşayır. 09.*0.*994-cü il tarixdə anadan olmuş oğlu X* rayonunda aparılan tikinti işlərində çalışarkən 2023-cü ilin iyun ayında qəflətən naməlum şəraitdə xəstələnmiş və bir neçə günlüyə evlərinə gəlmişdir. Oğlu Nurlan bir neçə gün ev şəraitində müalicə olunmuş, lakin xəstəliyi şiddətləndiyinə görə onu Kürdəmir Mərkəzi rayon Xəstəxanasının göndərişi ilə Akademik M.A.Topçubaşov adına Elmi- Cərrahiyyə Mərkəzinə göndərilmişdir. Oğlu *4.06.2023-cü il tarixdə Mərkəzə stasionar müalicəyə qəbul edildikdən sonra onun aşağı ətraf venaların dopler müayinsi edilmişdir. Dopler müayinəsindən sonra onun səhətinin ağırlaşdığına və müalicənin heç bir nəticə verməyəcəyinə görə həkimlərin məsləhəti ilə *5.06.2023-cü il tarixdə evə buraxılmışdır. X** evlərinə gətirərkən yolda vəfat etmiş və *6.06.2023-cü il tarixdə onu yaşadıqları Qarabucaq kəndinin qəbristanlığında dəfn etmişlər. Oğlu vəfat etdikdən sonra onun ölməsi barədə arayış almaq üçün Kürdəmir Mərkəzi rayon xəstəxanasına müraciət etsə də, oğlu Nurlanın xəstəxanada ölmədiyini bildirib ona arayış verməmişlər. Mərhum oğlu Nurlanın ölümü haqqında şəhadətnamənin alınması zərurəti yarandığına görə ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə oğlu Nurlanın ölümünün qeyd edilmədiyini bildirib on ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum oğlu Nurlanın ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. Ona görə də 09.*0.*994-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş oğlu X4 *6.06.2023-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, mərhum X9 onun bacısı oğludur. Bacısı oğlu Nurlan Kəlbəcər rayonunda aparılan tikinti işlərində çalışarkən 2023cü ilin iyun ayında qəflətən naməlum şəraitdə xəstələnmiş və o, bir neçə günlüyə evlərinə gəlmişdir. Nurlan bir neçə gün ev şəraitində müalicə olunmuş, lakin xəstəliyi şiddətləndiyinə görə onu Kürdəmir Mərkəzi rayon Xəstəxanasının göndərişi ilə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə göndərmişlər. Nurlan *4.06.2023-cü il tarixdə Mərkəzə stasionar müalicəyə qəbul edildikdən sonra onun aşağı ətraf venalarının dopler müayinsi edilmişdir. Dopler müayinəsindən sonra Nurlanın səhətinin ağırlaşdığına və müalicənin heç bir nəticə verməyəcəyinə görə həkimlərin məsləhəti ilə onu *5.06.2023cü il tarixdə evə buraxmışlar. Bacısı X** evlərinə gətirərkən yolda vəfat etmiş və *6.06.2023-cü il tarixdə onu yaşadıqları Qarabucaq kəndinin qəbristanlığında dəfn etmişlər. O, yaxın qohum kim mərhum bacısı oğlu Nurlanın dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 Asif Kazım oğlu ilə eyni məzmunda ifadə verib bacısının əri olan X4 *6.06.2023-cü il tarixdə öldüyünü və onun yaşadıqları Qarabucaq kənd qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X9 *4.06.2023-cü il tarixdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə stasionara qəbul edilmiş, *5.06.2023-cü il tarixdə evə buraxılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 3*6-5/8-*0-3xx-xx/2023 nömrəli məktubdan görünür ki, onun 09.*0.*994-cü il təvəllüdlü oğlu X4 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Qarabucaq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 3*.07.2023-cü il tarixli, 5*7 nömrəli arayışdan görünür ki, onun oğlu 09.*0.*994-cü il təvəllüdlü X9 *6.06.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq kəndində yaşayır. 09.*0.*994-cü il tarixdə anadan olmuş oğlu X* rayonunda aparılan tikinti işlərində çalışarkən 2023-cü ilin iyun ayında qəflətən naməlum şəraitdə xəstələnmiş və bir neçə günlüyə evlərinə gəlmişdir. Oğlu Nurlan bir neçə gün ev şəraitində müalicə olunmuş, lakin xəstəliyi şiddətləndiyinə görə onu Kürdəmir Mərkəzi rayon Xəstəxanasının göndərişi ilə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə göndərilmişdir. Oğlu *4.06.2023-cü il tarixdə Mərkəzə stasionar müalicəyə qəbul edildikdən sonra onun aşağı ətraf venaların dopler müayinsi edilmişdir. Dopler müayinəsindən sonra onun səhətinin ağırlaşdığına və müalicənin heç bir nəticə verməyəcəyinə görə həkimlərin məsləhəti ilə *5.06.2023-cü il tarixdə evə buraxılmışdır. X** evlərinə gətirərkən yolda vəfat etmiş və *6.06.2023-cü il tarixdə onu yaşadıqları Qarabucaq kəndinin qəbristanlığında dəfn etmişlər. Oğlu vəfat etdikdən sonra onun ölməsi barədə arayış almaq üçün Kürdəmir Mərkəzi rayon xəstəxanasına müraciət etsə də, oğlu Nurlanın xəstəxanada ölmədiyini bildirib ona arayış verməmişlər. Mərhum oğlu Nurlanın ölümü haqqında şəhadətnamənin alınması zərurəti yarandığına görə ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə oğlu Nurlanın ölümünün qeyd edilmədiyini bildirib on ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum oğlu Nurlanın ölüm haqqında şəhadətnaməsi olmadığına görə onunla bağlı olan hissədə müəyyən zəruri hərəkətlər edə bilmirlər. Ərizəçinin 09.*0.*994-cü il təvəllüdlü oğlu X4 *6.06.2023-cü il tarixdə Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X7 və X5 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli 09.*0.*994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş X4 *6.06.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.*0.*994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş X4 *6.06.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonunun Qarabucaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1259/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1259/2023
07.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver