Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1263/2023 12.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, X*0, X6 və X7 üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək *5.**.2009-cu il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, hazırda Kürdəmir şəhəri, H.Əliyev prospekti, 3-cü məhəllə, ev 6, mənzil 8-də yaşayır. Onlar ailədə 2 bacı və 2 qardaş olmuşlar. X2 *5.**.2009-cu il tarixdə, anası X*3 isə **.07.2023-cü il tarixdə vəfat etmişdir. Digər bacı qardaşlarım ailə qurmaqla, özlərinə məxsus evlərdə yaşasalarda hazırda onun yaşadığı evdə qeydiyyatdadırlar. O, digər qardaş və bacılarının razılığı ilə mərhum atadan qalan bütün əmlakı öz adına sənədləşdirmək üçün 2023-cü ilin may ayında Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi mirasın qəbul edildiyi müddətin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməyimi tövsiyyə etmişlər. Qardaşı Cavid və bacıları Gültəkinlə Aytəkin də mərhum atasından qalan bütün əmlakın onun adına sənədləşdirilməsinə razıdırlar. Ona görə də *5.**.2009-cu il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdehnə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X*0 ifadəsində göstərdi ki, onlar ailədə 2 qardaş iki bacı olmaqla, İddiaçı onun qardışı, X6 ilə X7 bacılarıdır. O, özü və bacıları Aytəkinlə Gültəkin ailə qurmaqla özlərinə məxsus olan evlərdə yaşayırlar. Qardaşı Nazim isə mərhum atalarından qalma evdə yaşayır. X2 *5.**.2009-cu il tarixdə, anası X*3 isə **.07.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum valideynlərindən miras qalan qalan büütün əmlakı qardaşı İddiaçı qəbul etmiş və valideynlərindən qalan evdə də qardaşı Nazim yaşayır. O, valideynlərindən qalmış bütün miras əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmiş və həmin əmlakla bağlı heç bir iddia tələbi yoxdur. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X* Cavid Həsənxan oğlu ilə eyni məzmunda ifadə verib mərhum valideynlərindən miras qalmış əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etdiyini və həmin əmlakla bağlı heç bir iddia tələbinin olmadığını bildirdi. İş üzrə üçüncü şəxs X6 məhkəməyə teleqram göndərib ailə vəziyyəti ilə əlaqədar *2.*0.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib iş onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə mülki işə iş üzrə üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 25.**.2009-cu il tarixli, AZ-İ 387047 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *5.**.2009-cu il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş 2*.07.2023-cü il tarixli, AZ-İİ 283773 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 **.07.2023-cü il tarixdə Kürdəmir şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş X3 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, *5.**.2009-cu il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş və qəbul etmək fikrində olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 444 nömrəli məktubdan görünür ki, mərhum X4 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin miras payın qəbul müddətinin ötürüldüyü bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçının izahatını üçüncü şəxslərin ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, hazırda Kürdəmir şəhəri, H.Əliyev prospekti, 3-cü məhəllə, ev 6, mənzil 8-də yaşayır. Onlar ailədə 2 bacı və 2 qardaş olmuşlar. X2 *5.**.2009-cu il tarixdə, anası X*3 isə **.07.2023-cü il tarixdə vəfat etmişdir. Digər bacı qardaşlarım ailə qurmaqla, özlərinə məxsus evlərdə yaşasalarda hazırda onun yaşadığı evdə qeydiyyatdadırlar. O, digər qardaş və bacılarının razılığı ilə mərhum atadan qalan bütün əmlakı öz adına sənədləşdirmək üçün 2023-cü ilin may ayında Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etdim. Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi rayonu mirasın qəbul edildiyi müddətin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və ona məhkəməyə müraciət etməyimi tövsiyyə etmişlər. Qardaşı Cavid və bacıları Gültəkinlə Aytəkin də mərhum atasından qalan bütün əmlakın onun adına sənədləşdirilməsinə razıdırlar. İddiaçı valideynlərindən miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, miras payın qəbulu müddətinin ötürüldünə görə ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. İş materiallarından, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı qardaş və bacıları mərhum valideynlərindən miras qalan əmlakdan paylarına düşən hissəni qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı *5.**.2009-cu il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə İddiaçı *5.**.2009-cu il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməli və həmin əmlakla bağlı ona Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı *5.**.2009-cu il tarixdə ölmüş mərhum X2ndan miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməli və həmin əmlakla bağlı İddiaçı Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1263/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1263/2023
12.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver