Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1325/2023 20.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək *5.04.*975-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş qardaşı X2 *6.0*.2008-ci il tarixdə Kürdəmir şəhərində ölməsi və 04.03.*947-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş anası X* 02.*2.2022-ci il tarixdə Kürdəmir şəhərində ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, mərhum X3 anası, X7 işə qardaşıdır. Mərhum anası 04.03.*947-ci il tarixdə, mərhum qardaşı Sarvan isə *5.04.*975ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuşlar. Mərhum qardaşı X7 *6.0*.2008-ci il tarixdə, anası Abihəyat isə 02.*2.2022-ci il tarixdə ölmüşlər. Onların hər ikisini Kürdəmir rayonunun Mollakənd kənd qəbristanlığında dəfn etmişlər. Atası Telman isə *3.**.20*9-cu il tarixdə ölmuş, ona ölüm haqqında şəhadətnamə almışlar. Mərhum qardaşı Sarvana və mərhum anasına isə ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum qardaşı X2 və mərhum anası X* ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edib mərhum qardaşı X2 və mərhum anası X* ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı Sarvanın və anası Abihəyatın ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum qardaşı X2 və mərhum anası X* ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ona görə də *5.04.*975-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş qardaşı X2 *6.0*.2008-ci il tarixdə Kürdəmir şəhərində ölməsi və 04.03.*947-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş anası X* 02.*2.2022-ci il tarixdə Kürdəmir şəhərində ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Ərizəçi və mərhum X7 xalası oğlu, mərhum X3 isə xalasıdır. Seymurun qardaşı Sarvan *6.0*.2008-ci ildə, Xalası Abihəyat isə 02.*2.2022-ci il darixdə ölmüşlər. Yaxın qohum kimi mərhumlar Sarvanın və xalası Abihəyatın dəfn və bütün yas mərasimlərində iştirak etmiş və onların hər ikisini Kürdəmir rayonunun Mollakənd kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X8 oğlu ifadəsində göstərdi ki, Ərizəçi və mərhum X7 onun əmisi oğlu, mərhum X3 isə əmisi arvadıdır. Əmisi oğlu Sarvan *6.0*.2008-ci ildə, əmisi arvadı Abihəyat isə 02.*2.2022-ci il darixdə ölmüşlər. Yaxın qohum kimi mərhum əmisi oğlu Sarvanın və mərhum əmisi arvadı Abihəyatın dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının 25.*0.2003-cü il tarixli, AZE 0*398032 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 04.03.*947ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 24.04.*975-ci il tarixli, İİİ-JQ 34*284 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 *5.04.*975-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 25.0*.2023-cü il tarixli, 2/40 nömrəli məktubdan görünür ki, onun 04.03.*947-ci il təvəllüdlü anası X* və *5.04.*975-ci il təvəllüdlü X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum X3 anası, X7 işə qardaşıdır. Mərhum anası 04.03.*947-ci il tarixdə, mərhum qardaşı Sarvan isə *5.04.*975-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuşlar. Mərhum qardaşı X7 *6.0*.2008-ci il tarixdə, anası Abihəyat isə 02.*2.2022-ci il tarixdə ölmüşlər. Onların hər ikisini Kürdəmir rayonunun Mollakənd kənd qəbristanlığında dəfn etmişlər. Atası Telman isə *3.**.20*9-cu il tarixdə ölmuş, ona ölüm haqqında şəhadətnamə almışlar. Mərhum qardaşı Sarvana və mərhum anasına isə ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ailələrinə vacib olan bəzi sənədləşmə işlərinin aparılması üçün mərhum qardaşı X2 və mərhum anası X* ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət edib mərhum qardaşı X2 və mərhum anası X* ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndə qardaşı Sarvanın və anası Abihəyatın ölümünün qeyd edilmədiyini bildirib ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müractət etməsini izah edib, bu barədə məktub vermişlər. Mərhum qardaşı X2 və mərhum anası X* ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin *5.04.*975ci il təvəllüdlü qardaşı X2 *6.0*.2008-ci il tarixdə Kürdəmir şəhərində ölməsi və 04.03.*947ci il təvəllüdlü anası X* 02.*2.2022-ci il tarixdə Kürdəmir şəhərində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X5 və X6 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, *5.04.*975-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş X2 *6.0*.2008-ci il tarixdə Kürdəmir şəhərində ölməsi və 04.03.*947-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş X* 02.*2.2022-ci il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 305, 339-34*-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *5.04.*975-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş X2 *6.0*.2008-ci il tarixdə Kürdəmir şəhərində ölməsi və 04.03.*947-ci il tarixdə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş X* 02.*2.2022-ci il tarixdə Kürdəmir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1325/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1325/2023
20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver