Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1326/2023 16.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçınun və Cavabdeh1 iş iştirakı ilə İddiaçınun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 96 KV\M olan fərdi yaşayış sahəsinə köçürülməklə həmin evə yaşayış hüququnun bərpa edilməsini və cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək göstərdi ki, o, İsmayıllı rayonunda anadan olmuş 1992-ci il tarixdə Kürdəmir rayon Topalhəsənli kənd sakini Cavabdeh1 yaşadığı anasına məxsus evə gəlin köçmüşdür. Cavabdehlə həmin evdə ərarvad kimi birgə yaşamışlar. O, cavabdeh Allahverdinin ondan əvvəl başqa nikahdan olmuş uşağına qulluq edib baxmışdır. Cavabdehə ərə gələndə həmin uşağın 7 yaşı olmuşdur və həmin uşağı 16 yaşınadək böyüdüb boya çatdırmışdır. Sonradan o, ərə getmişdir. Cavabdeh onu 2016-cı ildə evdən çıxarmışdı. 24 il həmin evdə yaşamağına və həmin evdə qeydiyyatda olmağına baxmayaraq cavabdehlər onu döyərək gecə saat 01 radələrində evdən qovmuşlar. Hazırda o Topalhəsənli kəndində müvəqqəti olaraq başqa bir inzibati binada yaşayır. Lakin həmin ünvanda yaşamaq çox çətindir. Yaşadığı ünvanda heç bir şərait yoxdur. Artıq dövlət idarəsinin inzibati binası olduğundan həmin ünvandan çıxmağı tələb olunur. Oradan çıxsa başqa yerdə yaşamağa yeri olmayacaq. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış sahəsinə köçürülməklə həmin evə yaşayış hüququnun bərpa edilməsini və cavabdeh tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ilə nikahsız birlikdə yaşayıblar və birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. İddiaçı 2016-cı ildə evdən çıxıb getmiş və bir daha evə qayıtmamışdır. Ev qəzalı vəziyyətdədir, iddiaçının bu evə köçməsi mümkün deyil. Cavabdeh göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını mıəhkəmədən xahiş etdi. Məhkləkə göstərilən mübahisəni obyektiv araşdırılması məqsədilə mübahisəli Kürdəmir rayon Topalhəsənli kəndində yerləşən evə yerli baxış keçirmiş, məhkəmə baxışı zamanı, mübahisəli evin bir mərtəbəli, iki otaqlı, mətbəx və aynabənddən ibarət 27 sot torpaq sahəsində 60-cı ilin rayon ərazilərində ümumi üslubunda inşa edilmiş evdir. Yerli baxış zamanı iddiaçının (qaynanası) Cavabdeh2 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı oğlu Cavabdeh1 ilə bir müddət birlikdə yaşamışlar sonra Rusyaya getmişlər və nəhayət Kürdəmirə gələndən sonra mübahisəli evdə bir müddət yaşadıqdan sonra onlara bir məlumat vermədən çıxıb getmişdir. İddiaçının həmin evə heç bir hüququ olmadığından iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Yerli baxış zamanı ifadə vermiş ünvan 2 bələdiyyəsinin sədri X6 bildirdi ki, onda olan məlumata görə İddiaçı 1992-ci ildən Cavabdeh1 ilə Cavabdeh2 məxsus mübahisəli evdə yaşamışlar. İddiaçı cavabdehlərin ailə üzvü (gəlini) olmuşdur. Belə ki, 1998-ci ildə onların ailə üzvlərinə birgə istifadə etmək üçün Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli, 04 nömrəli, qərarı ilə 2.50 ha torpaq sahəsi verilmişdir. Hazırda mübahisəli evin yerləşdiyi torpaq sahəsi də müvafiq şəhadətnamə ilə onların yəni Cavabdeh2, Cavabdeh1 və İddiaçı paylı mülkiyyətindədir. Bütün bunlara baxmayaraq İddiaçı 2016-cı ildən mübahisəli evdən qovularaq çıxarılmışdır. Sonra o, evdən qovulduğunu ona bildirmiş sonra Topalhəsənli Bələdiyyəsinə müraciət edərək yaşayış yerindən qovulduğuna və onun başqa yaşamaq üçün yeri olmadığını bildirmiş bu səbəbdən ona müvəqqəti olaraq sığınacaq yerinin verilməsini xahiş etmişdir. Almaz Ağayeva isə Topalhəsənli kənd bələdiyyəsinin inzibati binasında ona müvəqqəti yaşamaq üçün dərzi otaqında yer vermişdir. Topalhəsənli kənd bələdiyyəsinin sədri Almaz Ağayeva sonra əlavə etmişdir ki, hazırda bələdiyyənin inzibati binasında İddiaçı verilmiş otaq bələdiyyənin özünə lazım olduğuna görə ona tezliklə həmin yerin boşaldılaraq təhfil verilməsi tələb edilmişdir. Yerli baxış zamanı Kürdəmir rayon İHB-nın Topalhəsənli kənd üzrə İcra nümayəndəsi X8 ifadəsində göstərdi ki, həmin vəzifədə 2020-ci ildən işləyir. Qonşu (Qaraqocalı) kənddən olduğundan mubahisə ilə bağlı məlumatı olmuşdur. Belə ki, İddiaçı və Cavabdeh1 bir ailə kimi 1993-cü ildən Cavabdeh2 məxsus mübahisəli evdə yaşamışlar. 2016-cı ildən iddiaçı həmin evdə yaşamır. Bildiyinə görə ailə uzun müddət Rusiyada yaşamışlar. Yerli baxış zamanı Kürdəmir rayon İHB-nın Topalhəsənli kənd üzrə İcra nümayəndəsinin müavini X7 ifadəsində göstərdi ki, həmin vəzifədə 2019-cu ildən işləyir. Ailə barədə məlumatsızdır. Lakin mübahisə ilə bağlı bildirir ki, onlarda olan təsərrüfatbaşına kitabda İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon İHB-nın Topalhəsənli kənd üzrə İcra nümayəndəsi A.A.Kərimov və nümayəndənin müavini T.Ş.Əhmədov tərəfindən imzalanmış xx.xx.2023cü il tarixli, 1220 nömrəli, arayışdan görünür ki, Kürdəmir rayon Topalhəsənli kənd sakini Cavabdeh2 məxsus olan şəxsi hesab 1045 olan kitabın 13 nömrəli təsərrüfat başına kitabda İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ünvan 2 bələdiyyəsinin sədri X6 tərəfindən təqdin edilmiş xx.xx.2023-cü il tarixli, 35 nömrəli arayışdan görünür ki, Kərimi X1 sakini Cavabdeh2 gəlini olub və onun təsərrüfatında qeydiyyatdadır. 1998-ci ildə islahatlar zamanı Topalhəsənli kənd sakinlərinə həyətyani və pay torpaq sahəsi verilmişdir. Cavabdeh2 həyətyanı və pay torpaq sahəsinə 0.30 ha 205 A nömrəli şəhadətnamə verilmişdir. İddiaçı düşən həyətyani və pay torpaq sahəsi Cavabdeh2 verilən şəhadətnamədə qeyd edilmişdir. Pay torpaq sahəsi satılmış, həyətyani torpaq sahəsində isə İddiaçı gəlin gəldiyi 3 otaqlı bir aynabəndli ev vardır. Qeyd edilən həyətyani torpaq sahəsində əlavə 2 otaqlı ev vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair KOD- 90615018, JN-565 nömrəli Dövlət Aktının surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli, 04 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhədd daxilində 2.50 hektar Kənd təsərrüfatı məhsulları istehsalı üçün ünvan 2ində yaşayan Cavabdeh2, Cavabdeh1 və İddiaçı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2014-cü il tarixli AN-İ N-0424460 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2ində yaşayan Cavabdeh2, Cavabdeh1 və İddiaçı – satıcılar adlanan tərəf və alıcı X4 ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyət hüququ əsadsında 2.50 hektar torpaq sahəsini satmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair KOD- 90615018, JN-205 A nömrəli Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli, 04 nömrəli qərarı ilə verilmiş 0.30 ha fərdi yaşayış evinin tikilməsi üçün ünvan 2ində yaşayanlar Cavabdeh2, Cavabdeh1 və İddiaçı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının, cavabdehlərin izahatlarını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı 1992-ci il tarixdə Kürdəmir rayon Topalhəsənli kənd sakini Cavabdeh1 yaşadığı anasına məxsus evə gəlin köçmüşdür. Cavabdehlə həmin evdə ər-arvad kimi birgə yaşamışlar. O, cavabdeh Allahverdinin ondan əvvəl başqa nikahdan olmuş uşağına qulluq edib baxmışdır. Cavabdehə ərə gələndə həmin uşağın 7 yaşı olmuşdur və həmin uşağı 16 yaşınadək böyüdüb boya çatdırmışdır. Sonradan o, ərə getmişdir. Cavabdehlər İddiaçı 2016-cı ildə evdən çıxarmışlar. 24 il həmin evdə yaşamağına və həmin evdə qeydiyyatda olmağına baxmayaraq cavabdehlər onu döyərək gecə saat 01 radələrində evdən qovmuşlar. Hazırda o Topalhəsənli kəndində müvəqqəti olaraq başqa bir inzibati binada yaşayır. Lakin həmin ünvanda yaşamaq çox çətindir. Yaşadığı ünvanda heç bir şərait yoxdur. Artıq dövlət idarəsinin inzibati binası olduğundan həmin ünvandan çıxmağı tələb olunur. Oradan çıxsa başqa yerdə yaşamağa yeri olmayacaq. Göstərilənləri nəzərə alaraq cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış sahəsinə köçürülməklə həmin evə yaşayış hüququn bərpa oluynmasını xahiş edir. Cavabdehin onu ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində birgə inşa edilmiş evə buraxmaması səbəbindən onun hüquqları pozulmuşdur. Onun ilə birlikdə mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş mübahisəli evdən başqa yaşamağa evi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ailə üzvləri olmuşlar və ünvan 2i ərazisindən ayrı-ayrı yerlərdən olmqla iddiaçı və onun digər ailə üzvlərinin birgə mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,30 hektar və 2.50 hektar təsərrüfat üçün topaq sahəsi verilmişdir. Birgə mülkiyyət əsasında verilmiş 0.30 ha torpaqda dövlət qeydiyyatından keçməmiş iki tikili: birisi yaşayış üçün yararsız, digəri isə yaşayış üçün istifadəyə yararlı və tikildiyi müddət dəqiq bilinməyən tikili mövcuddur. Həmin tikiliyə iddiaçı 1992-ci ildə gəlin gəlmiş və cavabdehlərlə birlikdə təsərrüfat apardığından, İddiaçı nəzərə alınmaqla torpaq üçün Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair KOD-90615018, JN-205 A nömrəli Şəhadətnamə verilmişdir. Hazırda iddiaçı həmin mübahisəli tikiliyə köçmək istəyir. Məhkəmə hesab edir ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə üzvü olduğundan və mübahisəli evdə yaşamaq hüququ olduğundan həmin mübahisəli evə köçməlidir və ona qarşı olan maneələr aradan qaldıırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından göründüyü kimi ünvan 2i ərazisində 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 məxsus (təsərrüfat başı kitabda) olmaqla onun ailə üzvləri Cavabdeh1 və onun keçmiş həyat yoldaşı İddiaçı ilə birlikdə birgə təsərrüfat idarə etmələri nəticəsində əldə olmasına baxmayaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı hazırda və gələcəkdə əldə edə biləcəyi mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, İddiaçı KOD-90615018, JN-205 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,30 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Kərimi X3 Solmaz Ədil qızı və Cavabdeh1 məxsus ünvan 2ində yerləşən KOD- 90615018, JN-205 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,30 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış sahəsinə köçürülməklə həmin evə yaşayış hüququ bərpa edilsin və cavabdehlər tərəfindən qoyulmuş maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1326/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1326/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver