Məhkəmə qərarları › İş №2(3-7)-559/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-559/2026

06.07.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-559/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 və cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,0399 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlak Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. A № ****** nömrəli bakalavr diplomunun surətindən görünür ki, İddiaçı ## #### 2015ci il tarixdə tərcümə-ingilis dili ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.

4. IM № ****** nömrəli Magistr diplomunun surətindən görünür ki, İddiaçı ## ###### 2018-ci il tarixdə Biznesin idarə edilməsi ixtisasının MBA-Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr ixtisas dərəcəsi verilmişdir.

5. AM № ****** nömrəli magistr diplomunun surətindən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistr ixtisas dərəcəsi verilmişdir

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 228, 262.6-cı maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, təqdim olunmuş subutlara düzgün hüquqi qiymət verilməmişdir. Əslində uzun illər ərzində mübahisəli evdə yaşadığı üçün həmin evə istifadə hüququ yaranmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçının atası ilə anasının nikahı pozulmasada 2012-ci ildən faktiki olaraq ayrı yaşayırlar. 2017-ci ildən 2020-ci ilədək xxxxda, 2020-ci ildən 2025-ci ilədək Beynəlxalq Bankda, hal-hazırda isə Xarici Işlər Nazirliyində işləyir. Iddiaçının yaşamağa yeri olmadığına görə Gəncə şəhərində gəlib yaşamaq istəyir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, iş üzrə cavabdeh Cavabdeh atası Sabir 2011-ci ildə olmüşdür. Iddiaçının valideyinləri arasında mübahisə hələ Sabir kişi ölməmişdən əvvəl iddiaçının valideyinləri arasında mübahisə olmuş və sonuncular faktiki olaraq faktiki olaraq 2011-ci ilin noyabr ayından ayrılmışlar və iddiaçı anası Bəturə ilə birlikdə həmin mənzildən çıxaraq başqa yerə getmişdir. Mübahisəli fərdi yaşayış evi də cavabdehə vərəsəlik qaydasında keçmişdir. Iddiaçı 2011-ci ilin noyabr ayından mübahisəli evdə yaşamır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Sonuncular nümayəndələri vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

18. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

19. Maddə 53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

20. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

21. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

22. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Işin müəyyən olunmuş faktiki hallardan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı nənəsi X4 mülkiyyətində olmuş və sonuncunun ölümündən sonra Gəncə şəhəri * saylı notariat kontorunun ## ####### 2009-cu il tarixli *V-*-*** saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən miras Cavabdeh mülkiyyətinə keçmişdir. Iddiaçı İddiaçı anadan olduğu vaxtdan mübahisəli evdə yaşamasını, 2011-ci ildə universitetə daxil olduğu üçün müvəqqəti olaraq Bakı şəhərinə getməsini, fərdi yaşayış evi vərəsəlik qaydasında atasının mülkiyyətinə keçdikdən sonra atasının evdən istifadəyə maneə yaratmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

35. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Iddiaçı İddiaçı doğulduğu vaxtdan, yəni 1994-cü ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından iddia tələbi həmin dövrdə qüvvədə olmuş ## #### 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və ## ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki MPM-nin 217.2ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Iddiaçı İddiaçı doğulduğu vaxtdan, yəni 1994-cü ildən mübahisəli fərdi yaşayış evində yaşaması işin mübahisəsiz halıdır və bu da onu deməyə əsas verir ki, sonuncu həmin vaxtdan evdən istifadə hüququ əldə etmişdir.

38. Iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmış olduğu təsdiq olunduğuna görə, artıq növbəti araşdırılmalı məsələ - həmin hüququn itirilib-itirilməməsinin müəyyən edilməsidir.

39. Çünki, mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

40. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

41. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

42. Iddiaçı İddiaçı 2011-ci ildə Bakı şəhərində bakalavr təhsili, daha sonra isə müxtəlif universtetlərdə magistr təhsili almışdır. Sonuncu təhsil aldığı vaxtlarda, eləcədə sonrakı vaxtlarda Gəncə şəhərinə gələrkən qeydiyyatda olduğu fərdi yaşayış evində qalmasını iddia etsədə, lakin bu dəlili təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

43. Əksinə, iddiaçı İddiaçı anası X2 Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsində qaldırdığı iddia ərizəsindən (birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi və pul tələbinə dair) müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının valideyinləri ailə münasibətlərinin 2010-cu ildən pozulması səbəbindən sonuncular faktiki olaraq ayrılmış, Cavabdeh həmin vaxtdan nə onu, nədə uşaqlarını evdə yaşamağa qoymamışdır.

44. Azərbaycan Respublikası Gəncə şəhər Icra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Gəncə Regional Vəkil Bürosuna təqdim etdiyi ## ####### 2025-ci il tarixli **** saylı arayışdan da müəyyən olunur ki, İddiaçı 2011-ci ildən qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamır.

45. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə Regianal Vəkil Bürosuna ünvanladığı ## ####### 2025-ci il tarixli *-**-*/*- *****/**** nömrəli sorğuya cavabdan isə müəyyən olunur ki, İddiaçı əmək müqaviləsi əsasında ## ### 2017-ci ildən ## ###### 2020-ci ilədək Bakı şəhərində yerləşən “xxxx” KB ASC-nin analitika şöbəsinin aparıcı mütəxəsisi vəzifəsində, ## ### 2020-ci ildən ## ### 2025-ci ilədəkisə “xxxx” ASC-nin QA üzrə mütəxəsis vəzifəsində işləmişdir. Iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 sonuncu məhkəmə iclasında bildirməsinə görə İddiaçı hal-hazırda Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyində işləyir.

46. Iddiaçı İddiaçı 2017-ci ildən hal-hazıradək əmək müqaviləsi əsasında Bakı şəhərində işləməsi özlüyündə onu deməyə əsas verir ki, artıq sonuncu özünə daimi yaşayış yeri seçmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir k, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

47. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar