Məhkəmə qərarları › İş №2(049)-3237/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3237/2025

21.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3237/2025 21.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “evə köçürülmə, digər yardımçı sahələrədən istifadə hüququmun tanınması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, digər yardımçı sahələrədən istifadə hüququmun tanınması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək onun, o İddiaçı, ünvan 1i ünvanında gəlin köçdüyü Cavabdeh məxsus ümumi sahəsi 96 kv/m və yaşayış sahəsi 40 kv/m olan fərdi yaşayış evinə köçürülmə digər yardımçı sahələrədən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı, Cavabdeh ilə 1989-cu il tarixdə rəsmi nikaha daxil olub ailə qurub. Həmin ildə, o ünvan 1i ünvanında qaynatası X5 tərəfindən inşa edilmiş və hal-hazırda da, həyat yoldaşı Cavabdeh mülkiyyətində olan evə gəlin köçüb. birgə nikahlarından 3 övlad uşaqları anadan olmuşdur : X6, d/t - xx.xx.1989cu il, X9, d/t - xx.xx.1991-ci il. X4, d/t — xx.xx.1996-cı il. Cavabdeh ilə nikahları xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra, Cavabdeh tərəfindən gəlin köçdüyüm evdən çıxarılıb qovulub lakin cehiz əmlakları hal-hazırda cavabdehin evində saxlanılır. Hal-hazırda qardaşı X2 istifadəsində olan evdə müvəqqəti yaşayır. Odur ki, evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədr. Bu səbəbdən gəlin köçdüyü evin yəni, ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının kimin adma olması barədə məlumat verilməsini “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edib. Daşınmaz əmlakın 10 saylı Lənkəran Ərazi İdarəsi, xx.xx.2025-ci il tarixli, № 3-21-3-43/2-N-00xx-xx/2025 nömrəli cavab məktubunda evin sənədləri barədə heç bir məlumat vermədi. Odur ki, etibarlı nümayəndəm tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşı kitabına əsasən Cavabdeh adına torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair qeydiyyatın olması barədə müvafiq Arayışın verilməsindən ötrü müraciət edib. Lənkəran ŞİH başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.V.Həsənov tərəfindən xx.xx.2025-ci il tarixli, № 12-10/01 nömrəli cavab məktubunda : “Viravul kənd nümayəndəliyin 06 №-li ev təsərrüfatların uçotu kitabının 167-ci səhifəsində Cavabdeh məxsus şəxsi hesab nömrəsi № 514 olan təsərrüfatda 0,41 ha. həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində mərhum atası X5 tərəfindən 1966-cı il ildə inşa edilmiş ümumi sahəsi 96 kv/m və yaşayış sahəsi 40 kv/m olan fərdi yaşayış evi haqqında qeydlər”-in olması barədə yazmışdır. Yenidən etibarlı nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixli ərizə ilə, Lənkəran ŞİH başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşı kitabında mən iddiaçının və ailə üzvülərinin adına fərdi yaşayış evinə dair qeydiyyatın olması və həmin fərdi yaşayış evinin ümimi sahəsi həmçinin otaqlarının sayı haqqında müvafiq arayışın verilməsi barədə müraciət edib. Lənkəran ŞİH başçısının Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.V.Həsənov tərəfindən xx.xx.2025-ci il tarixli, № 12-10/02 nömrəli cavab məktubunda : “Viravul kənd nümayəndəliyin 06 №-li ev təsərrüfatların uçotu kitabının 167-ci səhifəsində Cavabdeh məxsus şəxsi hesab nömrəsi № 514 olan təsərrüfatda aşağıda adları qeyd olunmuş şəxslər haqqında qeydlər”- in olması barədə məlumat vermişdir. Cavabdeh, xx.xx.1969-cu il, İddiaçı, xx.xx.1970-ci il, X6, xx.xx.1989-cu il, X7, xx.xx.1989-cu il, X8, xx.xx.2010-cu il, X11, xx.xx.2016-cı il. Bu o derməkdir ki, gəlin köçdüyü evdə qeydiyyatda olmaqla bərabər, ümumi sahəsi 96 kv/m və yaşayış sahəsi 40 kv/m olan həmin fərdi yaşayış evinin mülkiyyət hüquqları keçmiş əri Cavabdeh məxsusdur. O iddiaçının, qeydiyyatda olduğu yaşayış sahəsinə köçüb yaşamaqdan ötrü mübahisənin məhkəməyə qədər sülh yolu ilə həll etməkdən ötrü Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət edib. Lakin cavabdeh ilə Mediasiya Təşkilatında ümümi razılığa orta məxrəcə gəlmək mümkün olmadı. Çünki, cavabdeh Mediasiya prosesini davam etdirməyə razılıq vermədi. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən, mediator qismində təyin edilmiş X1, “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞL/MTO14/2025-01841 saylı, 10 yanvar 2025-ci il tarixli verdiyi X18 əlava edib. Qanunvericiliyin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Çünki, cavabdeh keçmiş əri, o iddiaçının ailə üzvü hesab olunur. Bununla belə cavabdeh keçmiş əri tərəfindən, gəlin köçdüyü 40 kv/m yaşayış sahəsini zəbt etməklə orada köçüb yaşamağıma heç bir imkan şərait yaratmır. Məhz bu səbəblərdən təsərrüfatbaşı kitabı əsasında cavabdeh keçmiş ərinin mülkiyyətində olan 0,41 ha. həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində mərhum atası X5 tərəfindən 1966-cı il ildə inşa edilmiş ümumi sahəsi 96 kv/m və yaşayış sahəsi 40 kv/m olan fərdi yaşayış evinə köçürülmə, digər yardımçı sahələrədən istifadə hüququmun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair, hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olub. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə münasibətləri yaxşıdır. Cavabdeh müəyyən hallarda ona dəstək olur. Hazırda daimi olaraq yaşamağa yeri yoxdur. Bakı şəhərində qızının yaşadığı evə müvəqqəti olaraq sığınmışdır. Lakin qayıdıb gəlin köçdüyü evdə yaşamaq istəyir. Hazırda Lənkəran şəhərinə gəldiyi zaman da keçmiş həyat yoldaşının evində qalır. Lakin cavabdehə bir şey olacağı təqdirdə onun digər qohumlarının onu evdən çıxarmaq imkanı vardır. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə nikahları pozulmuşdur. Həmin nikahdan 3 övladları olmuşdur. Övladlarının talehi də yaxşı olmamışdır. İddiaçı ilə hazırda da münasibətləri yaxşıdır. Hətta məhkəmə prosesslərinə də birgə gedib-gəlirlər. Həmişə iddiaçıya dəstək olmuş, bundan sonra da olacaqdır. İddiaçının mübahisə predmeti olan evə gəlməsinə orada yaşamasına heç bir etirazı yoxdur. Lakin bunun məhkəmə aktı ilə deyil şifahi razılıqla olmasını istəyir. İddia tələbini qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikaha ər-arvadın xx.xx.2024-cü il tarixli ərizəsi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ondan ötrü ki,həqiqətən o Lənkəran rayonunun Viravul kəndində yerləşən keçmiş qayınatası X5 tərəfindən inş edilmiş və halhazırda mövcud olan evə gəlin köçmüşdür. Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən o Lənkəran rayonunun Viravul kəndində mərhum atası tərəfindən inşa edilmiş hal-hazırda qardaşı X2 istifadəsində olan fərdi yaşayış evində yaşayır. Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Viravul kənd nümayəndəliyin 06№-li ev təsərrüfatların uçotu kitabının 167-ci səifəsində Cavabdeh məxsus şəxsi hesab nömrəsi № 514 olan təsərrüfatda 0.41 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində mərhum atası X5 tərəfindən 1966-cı ildə inşa edilmiş ümumi sahəsi 96 kv /m və yaşayış sahəsi 40 kv/m olan fərdi yaşayı evi haqqında qeydlər vardır. Lənkəran ŞİHB-nın Viravul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Viravul kənd nümayəndəliyin 06 №-li ev təsərrüfatların uçotu kitabının 167-ci səhifəsində Cavabdeh məxsus şəxsi hesab nömrəsi N°514 olan təsərrüfatda aşağıda adları qeyd olunmuş şəxslər haqqında qeydlər”- in olması barədə məlumat vermişdir.

1. Cavabdeh xx.xx.1969-cu il.

2. İddiaçı xx.xx.1970-ci il.

3. X6 xx.xx.1989-cu il.

4. X7 xx.xx.1989-cu il.

5. X8 xx.xx.2010-cu il.

6. X11 xx.xx.2016-cı il. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan 14 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İV bəndlərinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi konpensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin Məcəllənin 56-cı maddəsində göstərilir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, 1989-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzilə köçmüş, həmin mənzildə qeydiyyatdadır, başqa yaşayış yeri yoxdur və 2009-cu il tarixədək olan Mənzil Məcəlləsinə əsasən qeyd edilən mənzildən istifadə etmək hüququ vardır. İşin faktiki hallarıdır ki, İddiaçı və Cavabdeh 1989-cu il tarixdə nikaha daxil olmuşlar və onlar arasında nikah 2024-cü il tarixdə pozulmuşdur. İddiaçının daimi olaraq yaşamaq üçün yaşayış yeri yoxdur, hazırda da həmin mənzildən istifadə edir və bu halllar cavabdeh tərəfindən də mübahisələndirilmir. Hətta cavabdeh özü də iddiaçının qeyd edilən fərdi yaşayış evindən istifadə etməsinə razıdır, lakin bunun şifahi razılıq əsasında olmasını istəyir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbində haqlıdır. Nə qədər ki, cavabdeh də iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə köçməsinə və yaşamasına razılıq versə də bu razılığın gələcəkdə dəyişməyəcəyinin təminatı yoxdur. Hazırda iddiaçı xx.xx.1970-ci il təvəllüdlü, cavabdeh isə xx.xx.1969-cu il təvəllüdlü olmaqla hər birinin 55-dən artıq yaşları vardır. Bu ehtimal olsa belə onların bundan sonraki müddətdə yenidən ailə həyatı qurma, mənzil alma imkanları kifayət qədər ağlabatan deyildir. Cavabdehin isə iddiaçını başqa mənzillə və ya ağlabatan kompensasiya verməklə evdən çıxarması ən azı məhkəmə iclasında səsləndirilməmiş və ya bununla bağlı hansısa təklif verilməmişdir. Cavabdehin iddiaçıya fərdin yaşayış evindən istifadəyə görə dözülməz şərait yaratması halları da mövcud olmamaqla hazırda tərəflərin münasibələri kifayət qədər yaxşıdır. Həmçinin işin faktiki halıdır ki, iddiaçının real olaraq mənzilə ehtiyacı vardır. İddiaçı uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşılaya bilmir. İddiaçının iddia tələbi ehtiyac və zərurətdən irəli gəlir. Beləliklə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını və iş materiallarını, qanunvericiliyin yuxarıda sadalanan normalarını təhlil edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı Nəzərova X3 rayonu, Viravul kəndi ünvanında gəlin köçdüyü Cavabdeh məxsus ümumi sahəsi 96 kv/m və yaşayış sahəsi 40 kv/m olan fərdi yaşayış evinə köçürülməli, onun həmin fərdi yaşayış evi və digər yardımçı sahələrədən istifadə hüququ tanınmalı və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırılır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Nəzərova X3 rayonu, Viravul kəndi ünvanında gəlin köçdüyü Cavabdeh məxsus ümumi sahəsi 96 kv/m və yaşayış sahəsi 40 kv/m olan fərdi yaşayış evinə köçürülsüni, onun həmin fərdi yaşayış evi və digər yardımçı sahələrədən istifadə hüququ tanınsın və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın (istifadəyə yaradılan maneələrə qadağa qoyulsun). İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar