Məhkəmə qərarları › İş №2(041)-1373/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1373/2025

12.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1373/2025 12.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi ilə, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Kürdəmir regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Kürdəmir regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********02 Reyestr nömrəli çıxarışa əsasən 0,23 ha və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********04 reyestr nömrəli çıxarışa əsasən 0.14 ha torpaq sahəsindən mərhum X2, İddiaçı, mərhum X3 ümumi birgə mülkiyyətdə olan əmlakdan hər birinin paylarının müəyyən edilməsi, 0.23 ha və 0.14 ha torpaq sahələrindən mərhum X4 çatacaq miras əmlakından isə onun vərəsəsi mərhum X3 payının müəyyən edilərək ayrılması, 0.23 ha və 0.14 ha torpaq sahələrindən X1 çatacaq miras əmlakından isə onun vərəsələri İddiaçı, Cavabdeh2 və X6 hər birinin vərəsəlik hüquqları tanınaraq paylarının müəyyən edilərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Kürdəmir regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakdan payların müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar