Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1400/2024 23.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1969-cü il təvəllüdlü qardaşı X5 xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, 1973-cü ildə Kürdəmir şəhərində doğulmuşdur. Atası Gündüz ilə anası Tamellanın birgə nikahlarından xx.xx.1969-cu ildə Əfqan adlı qardaşı dünyaya gəlib. Valideynləri ona xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamə alıblar. Qardaşı Əfqan 3 aya yaxın yaşayıb və xx.xx.1969-cu ildə qəflətən vəfat edib. Atası və anası da vəfat ediblər. Valideynləri sağ olarkən Əfqana ölüm haqqında şəhadətnamə almayıblar. Valideynlərinin deməsinə görə qardaşı Əfqan qəflətən xəstələnib elə 2-3 günün içərisində ölüb. Bəlkə də ata və anası savadsız olduğundan vaxtında ölüm haqqında şəhadətnamə almayıblar. Lakin hazırda qardaşı Əfqanın ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac yaranıb. Belə ki, müəyyən sənədləşmə işləri apararkən qardaşı Əfqanla bağlı problemlər yaranır. Ona görədə həmin sənədin zəruriliyini nəzərə alıb Maraqlı şəxsnə müraciət etmiş, lakin orada qardaşı Əfqanın ölümünün qeyd edilmədiyi ona bildirilmiş və məhkəməyə müraciət etməyi izah olunmuşdur. Ona görə ki, həmin sənədi artıq başqa cür əldə edə bilmir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmağını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin qardaşı Əfqan xx.xx.1969-cu ildə ölmüş, onları kənd camaatı Kürdəmir rayon qəbirstanlığında dəfn etmişlər. O, yaxın qonşu kimi uşağın dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 digər şahid X2 ilə eyni məzmunda ifadə verərək Əfqanın xx.xx.1969-cu ildə öldüyünü, onun Kürdəmir şəhər qəbirstanlığında dəfn edildiyini təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 25/2024 nömrəli məktubundan müəyyən olunur ki, X5 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1969-cu il tarixli, 157 saylı doğum haqqında xəbərdarlıq vərəqəsinə əsasən X5 adına çağırış daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Kürdəmir rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsi tərəfindən yazılı sorğuya cavab olaraq bildirilib ki, X5 ölümü ilə bağlı Kürdəmir rayon X4 bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il 100 nömrəli əmrinə əsasən 1.3.28 saylı (ölüm hadisələrinin qeydiyyat kitabı) sənədlərin saxlanma müddətinin 3 il olması və ondan sonra aktlaşdırılaraq utilizasiya olunmasıdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1969-cu il tarixdə doğulmuş X5 xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə doğulmuş X5 xx.xx.1969-cu ildə Kürdəmir şəhəri M.B.Qasımov küçəsi ev 9-da ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1400/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1400/2024
23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver