Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1419/2025 10.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X19 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs X14 Xidmət Mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994cü il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuş qızı X6 08 fevral 1995-ci il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Cəyli kəndində yaşayır. Mərhum qızı X9 xx.xx.1994-cü il tarixdə doğulmuş və həmin ildə də olan doğum haqqında şəhadətnamə almışdır. Qızı Xumar anadangəlmə xəstə doğulmuş və onu uzun müddət müalicə etdirməyinə baxmayaraq xx.xx.1995-ci il tarixdə yaşadıqları evdə vəfat etmiş, onu yaşadıqları Cəyli kənd qəbristanlığında dəfn etmişlər. Qızı Xumarın körpə ikən ölməsi ailəsinə çox pis təsir etdiyinə görə həmin vaxt onun ölməsi barədə heç bir sənəd almamışdır. Hazırda vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması məqsədi ilə mərhum qızı X8 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndə qızı Xumarın ölümü haqqında akt qeydinin aşkar olunmadığını bildirib, ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsinin olmasını, həmin sənədlər olmadığı təqdirdə isə ona məhkəməyə müraciət etməyi izah edilmişdir. Bundan sonra o qızı Xumarın ölümü ilə bağlı tibbi şəhadətnaməni almaq üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Kürdəmir rayon X2 ölməsi barədə heç bir məlumat tapılmamışdır. Mərhum qızı X6 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Odur ki, qızı X6 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi yaxından tanıyır. X9 1994-cü il tarixdə anadan olub, 1995-ci ilin fevral ayında xəstəlikdən vəfat etdi. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, xx.xx.1966-cı il tarixdə anadan olub, orta təhsillidir. Ərizəçi həmkəndlisidir, münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. X9 anadan gəlmə xəstə olub. 1995-ci ilin fevral ayında vəfat etdi. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində göstərdi ki, Ərizəçi qardaşıdır. Seyidova Xumar 1995-ci ilin fevral ayında vəfat etdi. Onu Kürdəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. İşə əlavə olunmuş XVİİİ ЖГ 404052 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-165/8-10-1xx-xx/2025 nömrəli məktubdan görünür ki, X6 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşdə olan, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası-nın xx.xx.2025-ci il tarixli 18-1- 49/2S-43-xx-xx/2025 nömrəli məktubdan görünür ki, X3 ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, X6 ölümü haqqında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. İşdə olan, Kürdəmir rayon İHB-nın Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi V.A.İsayevin tərtib etdiyi xx.xx.2025-ci il tarixli 54 nömrəli arayışda Kürdəmir rayonu Cəyli kəndində xx.xx.1994-cü ildə doğulmuş X1 sakinlərinin, qohum-qonşunun və ailə üzvlərinin dediyinə görə xx.xx.1995-ci ildə vəfat etmişdir. Həqiqətən Cəyli kənd Qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Seyidov X11 rayonunun Cəyli kəndində yaşayır. xx.xx.1994-cü ildə anadan olmuş X6 xx.xx.1995-ci ildə ölmüşdür, Kürdəmir rayon Cəyli kənd qəbristanlığında dəfn edilmişlər. X4 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi vərəsəliklə bağlı sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X6 xx.xx.1995-ci ildə ölməsi və onun Kürdəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1994-cü ildə anadan olmuş X6 xx.xx.1995-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-165/8-10-1xx-xx/2025 nömrəli məktubunda X6 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1994-cü ildə anadan olmuş X6 xx.xx.1995-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü ildə anadan olmuş X6 xx.xx.1995-ci ildə Kürdəmir rayonu Cəyli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 iyun 1994-cü il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuş X6 08 fevral 1995-ci il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1419/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1419/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver