Məhkəmə qərarları › İş №2(041)-1421/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1421/2024

30.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1421/2024 30.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X2nun 30 mart 1995-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Kürdəmir rayonu Sığırlı kəndində yaşayır, 5 övladı olmuşdur. Onların biri oğlu X12 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmaqla ölənə kimi Sığırlı kəndində yaşamış və 30 mart 1995-ci il tarixdə yaşadığı Kürdəmir rayonunun Sığırlı kəndində ölmüşdür. X2 öləndən sonra onu Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. X2 öləndən sonra ona ölüm haqqında şəhadətnamə almamışlar. 1998-ci ildə torpaq islahatı zamanı ailələrinə pay torpağı verilərkən vəfat etmiş X2nun adı Dövlət Aktında qeydə alınmışdır. 2023-cü ildə əkinə görə subsidiyaların verilməsi üçün pay torpaqlarına Çıxarışın əldə olunması ilə əlaqədar Reyestr Xidmətinə müraciət edib və həmin zaman məlum olub ki, vəfat etmiş X2 sağ olan şəxs qismində onun yaşadığı ünvanda qeydiyyatdadır. Oğlunun qeydiyyatdan çıxarılması üçün aidiyyəti təşkilatlara müraciət edib və bu zaman məlum olub ki, vəfat etmiş oğlunun ölüm haqqında şəhadətnaməsi əldə olunmalıdır. Maraqlı şəxsnə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixdə imtina məktubu verilərək məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Ona görə də 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X2nun 30 mart 1995-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur, X1 onun qonşusu Ərizəçi oğlu olub. X8 30 mart 1995-ci il tarixdə 13 yaşında vəfat etmiş və onu Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. O, qonşu kimi X1nun dəfn və bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. X1 onun qonşusu Ərizəçi oğlu olub. X8 13 yaşında, 30 mart 1995-ci il tarixdə vəfat etmiş və onu Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. O, yaxın qonşu kimi X1nun dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli, Vİİİ JQ 382446 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-578-25 nömrəli məktubdan görünür ki, onun oğlu 23 iyun 1982-ci il təvəllüdlü X5 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamış və ona ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1608 nömrəli Arayışdan görünür ki, X8 30 mart 1995-ci il tarixdə ölmüş, Kürdəmir rayonu, Sığırlı kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli Qərarının surətindən görünür ki, 23 iyun 1982-ci il təvəllüdlü X5 ölümü ilə bağlı Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi polis leytenantı X6 tərəfindən araşdırılma aparılmış və cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi X2 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmaqla ölənə kimi Sığırlı kəndində yaşamış və 30 mart 1995-ci il tarixdə yaşadığı Kürdəmir rayonunun Sığırlı kəndində ölmüşdür. X2 öləndən sonra ona ölüm haqqında şəhadətnamə almamışlar. 1998-ci ildə torpaq islahatı zamanı ailələrinə pay torpağı verilərkən vəfat etmiş X2nun adı Dövlət Aktında qeydə alınmışdır. 2023-cü ildə əkinə görə subsidiyaların verilməsi üçün pay torpaqlarına Çıxarışın əldə olunması ilə əlaqədar Reyestr Xidmətinə müraciət edib və həmin zaman məlum olub ki, vəfat etmiş X2 sağ olan şəxs qismində onun yaşadığı ünvanda qeydiyyatdadır. Oğlunun qeydiyyatdan çıxarılması üçün aidiyyəti təşkilatlara müraciət edib və bu zaman məlum olub ki, vəfat etmiş oğlunun ölüm haqqında şəhadətnaməsi əldə olunmalıdır. Maraqlı şəxsnə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixdə imtina məktubu verilərək məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Mərhum X2nun ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Ərizəçinin 23 iyun 1982-ci il təvəllüdlü X2nun 30 mart 1995-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi özünün izahatı, iş üzrə dindirilmiş şahidlər X9 və X7 ifadələri ilə, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X2nun 30 mart 1995-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 iyun 1982-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuş X5 30 mart 1995-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar