Məhkəmə qərarları › İş №2(041)-145/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-145/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-145/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961ci ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuş xx.xx.1961-ci ildə tarixdə Kürdəmir rayon Cəyli kəndində vəfat etmiş bacısı X2 ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, bacısı Mətanət xx.xx.1961-ci ildə anadan olmuş və 2 aya yaxın yaşayaraq xx.xx.1961-ci ildə vəfat etmişdir. Hazırda valideynləri vəfat edib. Valideynləıri vəfat etməmişdən əvvəl bildirmişlər ki, Mətanət cəmi 2 ay yaşamış, may ayının 2-də vəfat etmişdir. Atası və anası savadsız insan olduğundan onun ölümü ilə bağlı şəhadətnamə almamışdır. Hazırda bəzi sənədləşdirmə işlərinin aparılması ilə əlaqədara olaraq bacısının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, bacısının ölümü barədə Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. X2 ölümünün qeyd edilməsi ilə bağlı sənədi başqa cür əldə edə bilmir. Odur ki, X2 xx.xx.1961-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun yaxın qonşusudur. Arzunun bacısı Mətanət 1961-ci ilin mart ayında anadan olub, 2 aylıq olanda ölmüşdür. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X4, X3 digər şahid X6 ilə eyni məzmunda ifadə verərək X2 xx.xx.1961-ci ildə öldüyünü, onun Kürdəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn edildiyini təsdiq etdilər. İşə əlavə olunmuş 111E100992 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X5 xx.xx.1961-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş, Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-165/8-10-3xx-xx/2024 nömrəli məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, X2 xx.xx.1961-ci ildə vəfat etməsi və Kürəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn olunmasını şahidlər təsdiq etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi bacısı-xx.xx.1961-ci ildə anadan olmuş X5 xx.xx.1961-cü ildə ölmüş, Kürdəmir rayon Cəyli kənd qəbristanlığında dəfn edilmişlər. X1 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi sənədləşmi işləri apara bilmir. X2 xx.xx.1961-ci ildə ölməsi və onun Kürdəmir rayon Cəyli kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu-nun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1961-ci ildə anadan olmuş X2 xx.xx.1961-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən, o cümlədən Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-165/8-10-3xx-xx/2024 nömrəli məktubunda X2 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1961-ci ildə anadan olmuş X2 xx.xx.1961-ci ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-cü ildə anadan olmuş X2 xx.xx.1961-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə anadan olmuş X2 xx.xx.1961-ci ildə Kürdəmir rayonu, Cəyli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar