Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1455/2025 25.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş mərhum oğlu X2 xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, mərhum X4 onun oğludur. Oğlu Elməddin xx.xx.1995-ci ildə doğulmuş və xx.xx.1996-cı ildə vəfat etmişdir. Onu Kürdəmir rayon Sığırlı kənd qəbirstanlıqda dəfn etmişlər. Oğlu Elməddinin ölümü haqqında heç bir sənəd almamışlar. Daha sonra Qeydiyyat və rayon xəstəxanasına müraciət etsələr də onun ölümü barədə sənəd əldə edə bilməmişlər. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün bu gün vərəsəliklə bağlı evin sanədini qeydiyyatdan keçirə və heç bir əməliyyat apara bilmirlər. Bununla bağlı dövlət orqanlarına o, cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bildirmişlər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Oda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisi nəvəsidir. O, taksi sürücüsü işləyir. Ərizəçinin oğlu Atamaliyev Elməddin xx.xx.1995ci ildə doğulmuşdur. Təxminən 6 aydan sonra məlumatı olmuşdur ki, Elməddin qızdırması olduğu üçün evdə vəfat etmişdir. Onu kənd camaatı Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Doğulduqdan bir neçə ay sonra Elməddin qızdırmalı olduğu üçün onu xəstəxanaya aparmışlar. Sonra xəstəxanadan evə gətirmişlər. 1996-cı il tarixdə Elməddinin öldüyünü eşitmişdir. Onu Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həm bacısı, həm də qonşusudur. Kamalənin oğlu Elməddin təxminən 6 aylıq olanda qızdırmadan yaşadıqları Kürdəmir rayonu, Sığırlı kəndində ölmüşdür. Onu Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-11-2xx-xx/2025 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxiv məlumatlarına və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan Kürdəmir regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/142 nömrəli arayışdan görünür ki, X4 xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuşdur. Bu barədə xx.xx.1995-ci il tarixdə Kürdəmir rayon Sığırlı kənd icra nümayəndəliyində 110 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi ərazi bölmələrinin idarəetmə birliyi “Kürdəmi rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-49/2-A-46xx-xx/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X3 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1995-ci ildə doğulmuş X3 xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə doğulmuş X3 xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1455/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1455/2025
25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver