Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1478/2025 17.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X24 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs X21 Xidmət Mərkəzində Qeydiyyat şöbəsi) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 1978-ci ildə doğulmuş qızı X3 30 may 1979-ci il tarixdə Kürdəmir rayonu, Qaraqocalı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, qızı Elnurə Məmmədova xx.xx.1978-ci ildə doğulmuş və 30 may 1979-cu ildə xəstəlikdən vəfat etmiş və Kürdəmir rayonu, Tohalhəsənli qəbirstanlıqda dəfn etmişlər. Qızı Elnurənin ölümü haqqında heç bir sənəd almamışdır. Daha sonra Kürdəmir rayonu, Topalhəsənli İcra nümayəndəliyinə, Maraqlı şəxsnə və Kürdəmir rayon xəstəxanasına müraciət etsə də onun ölümü barədə sənəd əldə edə bilməmişdir. Onun doğumu dövlət orqanında qeydiyyata alındığı üçün o bu gün vərəsəliklə bağlı və heç bir əməliyyat apara bilmir. Bununla bağlı dövlət orqanlarına və o cümlədən qeydiyyat şöbəsinə müraciət etdikdən sonra ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilib. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi yaxından tanıyır. X4 1978-ci il tarixdə anadan olub, 1979-ci ilin may ayında xəstəlikdən vəfat etdi. Onu kənd camaatı ilə birlikdə Kürdəmir rayon Topalhəsənli kənd qəbirstanlığında dəfn etmişlər. Dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X20 ifadəsində göstərdi ki, xx.xx.1953-cü il tarixdə anadan olub, orta təhsillidir. Ərizəçi yaxından tanıyır. münasibətləri həmişə normal olmuş, biri-birinin xeyir-şər işlərində iştirak etmişlər. Ərizəçi 1979-cu ilin may ayında xəstəlikdən vəfat etdi. Dəfndə şəxsən iştirak etmişdir. İşə əlavə olunmuş, Kürdəmir rayon Topal Həsənli kənd icra nümayəndəliyinin nikahın bağlanması haqqında arayışdan görünür ki, X5 ilə X6 nikahı xx.xx.1977-ci il tarixdə Kürdəmir rayon Topal Həsənli kənd icra nümayəndəliyində 09 nömrə ilə qeydə alınıb. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə “Kəskin respirato çatmamazlıq Covid-19 virus diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 229 nömrə ilə qeyd edilmişdir. İşdə olan, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1- 49/2-M-45-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi sənədi ilə əlaqədar müraciətlərinə cavab olaraq bildirmişlər ki, X3 ölümü haqqında Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində məlumat tapılmamışdır. Səbəb isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş "Tibbi qeydiyyat sənədlərinin saxlanılması müddətinə əsasən ölüm haqqında qeydiyyat kitabının saxlanılma müddəti 3(üç) ildir. Müddət bitdikdən sonra utilizasiya olunur. İşdə olan, X21 Xidmət mərkəzi qeydiyyat şöbəsinin arayışından görünür ki, 30 sentyabr 1978-ci ildə Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə AR ƏN-nin “X9 Sistemində” xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan, X21 Xidmət mərkəzi qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 30 sentyabr 1978-ci ildə Kürdəmir rayonu, Qaraqocalı kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan, Kürdəmir rayon İHB-nın Qaraqocalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib etdilən xx.xx.2025-ci il tarixli aktda, Ərizəçi Hacıağa qızının qızı X3 həqiqətən məzarını gördükləri barədə Kürdəmir rayon İHB-nın Topalhəsənli İƏD-si üzrə nümayəndəsi A.A.Kərimov, Kürdəmir rayonu Qaraqocalı kənd sakinləri X20, X10, X11 və Kürdəmir rayonu Şahsevən kəndində yerləşən qəbiristanlığa nəzarətçi X12 həmin akta imza etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. xx.xx.1978-ci ildə anadan olmuş X4 xx.xx.1979-cu ildə ölmüşdür, Kürdəmir rayon Topalhəsənli kənd qəbristanlığında dəfn edilmişlər. X1 ölümü haqqında şəhadətnamə alınmadığından, ərizəçi vərəsəliklə bağlı sənədləşmənin aparılması ilə bağlı işləri apara bilmir. X3 xx.xx.1979-cu ildə ölməsi və onun Kürdəmir rayon Topalhəsənli kənd qəbirstanlığında dəfn edilməsi dindirilmiş şahidlərin ifadələri və işdə olan sənədlərlə bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırki iş üzrə ərizəçi xx.xx.1978-ci ildə anadan olmuş X3 xx.xx.1979-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərdən X3 ölüm haqqında akt qeydinin Maraqlı şəxsndə aşkar edilmədiyi göstərilmişdir. Başqa sözlə, xx.xx.1978-ci ildə anadan olmuş X3 xx.xx.1979-cu ildə ölməsi faktının dövlət qeydiyyatı orqanlarında qeydə alınmasından imtina edildiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 30 sentyabr 1978-ci il tarixdə Kürdəmir rayonunun Qaraqocalı kəndində anadan olmuş X3 30 may 1979-cu il tarixdə Kürdəmir rayonunun Qaraqocalı kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 339-341-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 sentyabr 1978-ci il tarixdə Kürdəmir rayonunun Qaraqocalı kəndində anadan olmuş X3 30 may 1979-cu il tarixdə Kürdəmir rayonunun Qaraqocalı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1478/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1478/2025
17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver