Məhkəmə qərarları › İş №2(041)-1483/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1483/2025

15.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1483/2025 15.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “onlara məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, nar ağaclarının cavabdehlərin öz vəsaitləri hesabına çıxarılması və yerinin əvvəlki vəziyyətdə onlara qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, onların torpaq sahəsində icazəsiz əkdikləri nar ağaclarının öz vəsaitləri hesabına çıxarılmaları və yerlərinin əvvəlki vəziyyətində onlara qaytarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək bildirdi ki, onun ailəsinin Kürdəmir rayonunun Sığırlı kəndində xüsusi mülkiyyət əsasında 1,3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahəsi həmkəndliləri- hazırki iş üzrə cavabdehlər tərəfindən düz 10 ildir ki, qeyri-qanuni zəbt edilərək istifadə edilir və onlar həmin əkin sahəsində onların icazəsi olmadan nar ağacı əkiblər. Həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən çıxarış verilsə də onlar xüsusi mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Dəfələrlə onlardan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, lakin onlar, torpaqdan çıxmayacağını bildirmişlər. Cavabdehlər onlara məxsus torpaq sahəsindən istifadə etməyə imkan vermir və bu işin məhkəmədən kənar həll edilməsini istəmirlər. Məhkəmə iclasında iddiaçı qismində iştirak edən İddiaçı1 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarına olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin **********66 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 1.3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 1.3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri xx.xx.2023-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara uyğun naturada mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı cavabdehlərin naturada göstərdikləri faktiki istifadə etdiklərini bildirdikləri 3.51 ha torpaq sahəsinin koordinatları da mütəxəssis tərəfindən müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 1.3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edildiyi mütəxəsis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 1.3895 ha torpaq sahəsi üzərində nar kollarının mövcud olduğu və nar kollarının cavabdehlərə məxsus olduğu mütəxəssisə bildirilmişdir. Məhkəmə iş materiallarını, iddiaçıların izahatlarını, mütəxəssis rəyini və dövlət qeydiyyatı sənədlərini araşdırmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və Qədiyev X2 rayonunun Sığırlı kəndində 1,3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququna malikdirlər (çıxarış №**********, reyestr №**********66). Cavabdehlər sahəni icazəsiz zəbt etmiş və nar ağacları əkmişdirlər. Mütəxəssis rəyinə əsasən cavabdehlərin faktiki istifadə etdiyi sahəyə iddiaçılara məxsus 1,3895 ha torpaq sahəsi tam şəkildə daxildir. Cavabdehlər iclasa gəlmədikləri və etiraz təqdim etmədikləri üçün onların arqumentləri araşdırılmamışdır. Mütəxəssis rəyinə görə torpaq sahəsi iddiaçılara məxsusdur və cavabdehlərin sahəyə əkdikləri nar ağacları mövcuddur. İddiaçılar bildirmişlər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsini icazəsiz zəbt etmiş, sahədə nar ağacları əkmiş və iddiaçıların sahəyə çıxışını uzun müddət əngəlləmişlər. Məhkəmə iclasına cavabdehlər çağırılmalarına baxmayaraq gəlməmiş, iddia ərizəsinə etirazlarını təqdim etməmişlər. Bu səbəbdən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmış, iddiaçıların təqdim etdiyi sübutları və mütəxəssis rəyini əsas götürmüşdür. Mütəxəssis rəyinə və yerində baxışın nəticələrinə görə, torpaq sahəsi iddiaçılara məxsusdur və cavabdehlərin sahəyə əkdiyi nar ağacları həmin sahədə mövcuddur. Torpaq sahəsinin ölçüləri və sərhədləri mütəxəssis tərəfindən müəyyən edilmişdir, cavabdehlərin sahədə faktiki istifadə etdikləri iddiası sübut olunmuşdur. Məhkəmə işin faktiki hallarını obyektiv, qərəzsiz və hərtərəfli şəkildə qiymətləndirərək, iddiaçılar tərəfindən irəli sürülmüş tələblərin əsaslı olduğuna qərar vermişdir. Cavabdehlər torpaq sahəsinə hüquqi əsas olmadan sahiblik etdiklərindən, həmin sahədə əkilmiş çoxillik əkinlər mülkiyyətçinin razılığı olmadan yaradılmışdır və onların saxlanılması üçün hüquqi əsas mövcud deyildir. Nəticə etibarilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən çıxarılmalı, onların həmin sahəyə əkdikləri nar ağacları öz vəsaiti hesabına çıxarılmalı və torpaq sahəsi iddiaçıların faktiki istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 1.3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsində cavabdehlər tərəfindən əkilmiş nar kolları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən öz vəsaitləri hesabına çıxarılmalı və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək iddiaçıların faktiki istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 1.3895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. Həmin torpaq sahəsində cavabdehlər tərəfindən əkilmiş nar kolları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən öz vəsaitləri hesabına çıxarılsın və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək iddiaçıların faktiki istifadəsinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçılara ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar