Məhkəmə qərarları › İş №2(041)-15/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-15/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-15/2025 02.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi, öhdəliyinin icrası tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şərafəddin qızından vurulmuş maddi zərərin əvəzi olaraq təmir xərclərinin qarşılanması məqsədilə 3000 manat məbləğində pul vəsaitinin birdəfəlik qaydada tutularaq ona ödənilməsi, təmir zamanı evdə yaşayış olmayacağı nəzərə alınaraq həmin şərtlərə cavab erə biləcək kirayə mənzilin 1 aylıq qiyməti olan 500 manat məbləğində pul vəsaitinin və müvəqqəti olaraq əşyaların daşınması və onların 1 ay müddətə müvafiq saxlanc yerində saxlanılaraq yenidən təmirdən sonra evə gətirilməsi, həmçinin evin təmizlik xidmətlərinə görə ümumi olaraq əlavə xərc kimi 450 manat məbləğində pul vəsaitinin, məhkəməyə nüraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tam şəkildə birdəfəlik qaydada tutularaq ona ödənilməsi, gələcəkdə də oxşar hadisənin baş verməməsi üçün su axıntısının səbəbinin usta tərəfindən cavabdehin şəxsi vəsaitləri hesabına müəyyən edilərək qarşısının alınması-təmir etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 40 saylı mənzil ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adıma həmin mənzilə dair RX seriyalı, ******* saylı çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixində ona məxsus ünvan 1 ünvanındakı 40 saylı mənzilin yuxarı mərtəbəsində yerləşən ünvan 1 ünvanındakı 43 saylı mənzildən onun evinə suyun axıdılması nəticəsində ciddi şəkildə zərər dəymişdir. Suyun axıdılmasından sonra dəymiş zərər evə baxış keçirən ustalar tərəfindən 3000 manat müəyyən edilmişdir. Bundan əlavə olaraq evdə təmir müddəti 1 ay müddətində olacağı bildirilmiş, ondan evdə yerləşən əşyaları evdən çıxarmağı və evdə yaşayışın dayandırılması tələb edilmişdir. Müraciəti əsasında xx.xx.2023-cü il tarixində 138 saylı MKİS tərəfindən də müvafiq akt tərtib edilmişdir. Zərərin əvəzini cavabdehdən mülki qaydada-məhkəmədən kənar tələb etdikdə o bundan imtina etmişdir. Müvafiq xtissaslı ekspert tərəfindən evə baxış keçirildiyi təqdirdə vurulmuş zərərin əhatə dairəsinin daha çox olması müəyyən ediləcəkdir. Həmçinin cavabdehin həmin mənzilin mülkiyyətçisi olması da aktda öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən ona dəymiş zərərim heç bir formada qarşılanmadığına görə hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, evin digər təmir materialları hazırda bazarda satışda olan materiallarla eynilik təşkil etsə də parket hissə eynilik təşkil etmir. Hadisədən sonra evin parket döşəmə hissəsinin 12 kv.m hissəsi ciddi şəkildə zədələnmişdir. Həmin parket döşəmə tərəfindən 6-7 il öncə alınmış və evdə istifadə edilmişdir. Hazırda həmin otağın parketinin (12 kv.m olan sahənin) təkcə dəyişdirilməsi mümkünsüzdür. Həmin məhsuldan hazırda satış həyata keçirən mağazalarda yoxdur. Təkcə otağın parketinin dəyişdirilməsi isə evin təmir proyektinininteryer və dizaynını pozur. Hesab edir ki, Cavabdeh Şərafəddin qızından vurulmuş maddi zərərin əvəzi olaraq təmir işlərinin qarşılanması məqsədilə 3000 manat məbləğində pul vəsaitinin, təmir zamanı evdə yaşayış olmayacağı nəzərə alınaraq həmin şərtlərə cavab verə biləcək kirayə mənzilin 1 aylıq qiyməti olan 500 manat məbləğində pul vəsaitinin və müvəqqəti olaraq əşyaların daşınması və onların 1 ay müddətə müvafiq saxlanc yerində saxlanılaraq yenidən təmirdən sonra evə gətirilməsi, həmçinin evin təmizlik xidmətlərinə görə ümumi olaraq əlavə xərc kimi 450 nanat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin birdəfəlik qaydada cavabdehdən tutularaq ona ödənilməsi xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmiyərək izahatında göstərdi ki, 25 ildir dil və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir. İddiaçı ona deyəndə ki, sizin mənzildən su axıdır narahat olub dərhal maklerə zəng vurub. Makler mənzilə qalxaraq ona video zəng edərək mənzildə heç bir axıntı olmadığını, mənzilin tam quru olduğunu bildirdi və göstərdi. Onun evində kirayəşin olaraq tələbələr qalırdı amma bu hadisə onlar yay tətilində olduqları zaman baş verib, yəni, həmin müddətdə evdə yaşayış olmayıb. Bu evdə yaşayış olmadığına görə su hardan və necə axa bilər deyə bildirdi və göstərilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 4549/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qaerşı maddi və mənəvi zərərin ödənilməsi və öhdəliyin icrası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən xx.xx.2012ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - 138 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi M.Məmmədli, mühəndis B.Məhərrəmov və sahə nəzarətçisi F.Hüseynovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktda xidməti sahədə yerləşən Əhməd Cəlil küçəsi ev 23, m 40 ünvanında yaşayan İddiaçı şikayəti əsasında yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həmin binanın 6-cı mərtəbəsində mənzil 43 də yaşayan Cavabdeh məxsus olan mənzildən 5-ci mərtəbədə yaşayan İddiaçınin mənzilinə su axıdılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(041)-1769/2023 saylı qərardadı ilə iş üzrə məhkəməmühəndis texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanındaki 40 saylı mənzilə suyun cavabdehə məxsus Bakı şəhəri Yasamal rayon Sadıx Dadaşov küçəsi ev 23 mənzil 43-dən axıdılıb-axıdılmaması, həmçinin suyun axıdılma mənbəyi müəyyən edilsin; Əgər İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanındaki 40 saylı mənzilə məxsus evə su cavabdehə məxsus Bakı şəhəri Yasamal rayon Sadıx Dadaşov küçəsi ev 23 mənzil 43-dən axıdılıbsa iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilsin. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/688 saylı ekspert rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 40 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 40 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 43 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 40 saylı mənzilə su sızması 43 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 43 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilmə səbəbindən baş verə bilər. ünvan 7 ünvanında yerləşən 40 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2578,0 manat məbləğində müəyyən edilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus ünvan 1 ünvanındakı 40 saylı mənzilin yuxarı mərtəbəsində yerləşən ünvan 1 ünvanındakı 43 saylı mənzildən iddiaçının evinə suyun axıdılması nəticəsində ziyan dəymişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/688 saylı ekspert rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 40 saylı mənzilə dəymiş ziyan 2578 manat müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1111.2-ci maddəsinə göstərilir ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Hazırki iş üzrə də iddiaçıya məxsus mənzilə dəymiş ziyan cavabdehə məxsus mənzildən axıdılan su səbəbindən yarandığına görə, dəymiş ziyan ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni 2578 manat həddində təmin edilməlidir. İddia tələbinin təmir müddətində hər ay 500 manat kirayə haqqının, təmizlik xidmətlərinə görə əlavə xərc kimi 450 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində heç bir sübut məhkəməyə təqdim edilmədiyinə görə rədd edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının mənzilinə dəymiş maddi ziyanın əvəzi olaraq 2578 manat tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzinə görə iddiaçı hazırki iddia tələbinə görə 60 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun 30 manatı cavabdehlərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçının mənzilinə dəymiş maddi ziyanın əvəzi olaraq 2578 (iki min beş yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar