Məhkəmə qərarları › İş №2(041)-1514/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1514/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1514/2025 21.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş mərhum qızı (Xələfova) X1 xx.xx.2020-ci il tarixdə Kürdəmir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, mərhum X2 onun qızıdır. X9 xx.xx.1969-cu ildə Kürdəmir rayonunda anadan olub. Sitarə xx.xx.2020-ci il tarixdə xəstəlikdən ona məxsus ünvan 1 ünvanında yerləşən evdə vəfat etmişdir. Qızının ölümü onlara çox pis təsir etdiyindən vaxtında onun ölüm haqqında şəhadətaməsinin surətini almamışlar. X5 ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsində heç bir akt qeydi aşkar olunmamışdır. Hazırda mülkiyyətində olan torpaq sahəsini sənədləşdirmək istəyir, lakin qızının ölümü ilə bağlı sənəd olmadığı üçün torpaq sahəsini sənədləşdirə bilmirlər. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. X7 isə onun bacısı qızıdır. O, 2020-ci ilin qış aylarında qəfildən infakt keçirtmiş və ölmüşdür. Onu kənd camaatı Kürdəmir rayonunun Şıxlıq kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun nənəsidir. Mərhum xalası Salayeva Sitarə xx.xx.2020-ci ildə vəfat etmişdir. O, ölümündən qabaq pandemiya vaxtı xəstəxanada yatırdı. Xəstəxanadan çıxarıb evə, nənəsinin yaşadığı ünvan 1 ünvanına gətirmişlər. O, həmin evdə olan zaman infakt keçirmişdir. Xalası Sitarə nənəsi Ərizəçila birgə yaşayırdı. Onu ünvan 2a dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi əmisinin qaynanasıdır. Salayeva Sitarə 13 gün xəstəxanada yatmışdır. Vəziyyəti ağır olduğundan həkim evə buraxmışdır. O, nənəsinin yaşadığı ünvan 1 ünvanında, öz anasına məxsus evdə ölmüşdür. Onu ünvan 2a dəfn etmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-3xx-xx/2024 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi bildirilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü Xələfova (Salayeva) Sitarə Tofiq qızının ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar olunmamışdır. Ölümünün qeydə alınması üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmalıdır. Qeyd edilən sənədləri təqdim edə bilmədiyi üçün ölüm faktını qeydə almaq səlahiyyətləri daxilində deyildir. Bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Kürdəmir şəhər sakini olmuş X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum Kürdəmir rayon Şıxlıq qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan xx.xx.1969-cu il tarixli AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Kürdəmir rayon mərkəzi xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-49/2-S-5- 31-2/2025 nömrəli Ərizəçi ünvanlandığı məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm hadisələrinin qeydiyyat kitabı”-nın baxılma müddəti 3 (üç) il olduğu üçün və vaxtı keçmiş tibbi sənədlərin utilizasiya olunması ilə bağlı sözü gedən X1 ölümü barəsində “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1969-cu ildə doğulmuş Xələfova (Salayeva) Sitarə Tofiq qızının xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə doğulmuş Xələfova (Salayeva) Sitarə Tofiq qızının xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə Xələfova (Salayeva) Sitarə Tofiq qızının ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar